Yusif Əmin və Məlik Yeqanov kimi iki mərd oğlu türklər tərəfindən qətlə yetiril-mişdir.Bu məqsədlə də onun haqqında ölüm hökmü çıxarılmışdır.Fəqət o,əzabla
ölməlidir.Çünki ani ölüm onun üçün cəza yox,mükafat olar.Mən sözümü bitirdim,
mərasimə başlaya bilərik.
Qara keşişlərdən ikisi mıx və çəkic götürürlər.Onlardan biri Ohanın əlləri-ni, digəri isə ayaqlarını xaça mıxlamağa başlayır.Ohanın tükürpədici qışqırığı alə-
mi başına götürür.Mıx vurulan yerlərdən axan qanlar yerdə kiçik qan yığnaqları yaradır.Sonra qara keşişlər dəhşətli cığırtılar altında üzərinə həmkarlarını mıxladıq-
ları xaçı dikəldərək divara söykəyirlər.İpləri açıb məkanı tərk edirlər.
***
Şuşa şəhərinin Gəncə qapılarının çöldən görünüşü. Qapılar açılır və şəhər-dən ona qədər silahlı əsgər çıxır.Onların ardınca bir-birinə iplərlə bağlı olan ard-
arda üç dəvə çıxır.Dəvələrdən birincisinin ipi əsgərlərdən birinin atının yəhərinə
bağlanmışdır.Onun üzərində bər-bəzəkli bir kacəvə var.Digər dəvələr isə İbrahim-
xəlil xanın İrakli xana göndərdiyi hədiyyələrlə yüklənmişdir.Dəvələrin ardınca Va-
qif və şəhərin qazısı öz atlarında çıxırlar.Şəhəri son tərk edənsə daha on silahlı əs-gər olur.Bundan sonra qapılar bağlanır.Vaqif və qazı atlarının sürətlərini bir qədər
artıraraq kəcavəyə yaxınlaşırlar və Vaqif üzünü kəcavəyə tərəf cevirərək soruşur:
-Necəsiniz,xanım,yeriniz narahat deyil ki?
Kəcavədən İrakli xanın bacısı boylanaraq gülümsəyir və deyir:
-Cox təçəkkür edirəm,hər şey yaxşıdır.Zərrə qədər də narahatçılığım yox-
dur.İnşallah,Tiflisə neçə günə çatarıq?
-İnşallah, iki günə sizi qardaşınız İrakli xanın sarayına çatdırarıq.Heç nara-
hat olmayın.
İrakli xanın bacısı:
-Əsla narahat deyiləm.Madam ki,Qarabağ xanının vəziri və Şuşanın qazısı
özləri şəxsən məni müşayiət edirlər,narahatçılığa heç bir əsas ola biməz.İbrahimxə-
lil xandan gördüyüm hörmətin heç yüzdə birini də Ümmə xandan görmədim.Özü
də,adamları da çox kobud və sərtdirlər.
Vaqif:
-Biz öndə olacağıq.Əgər bir arzunuz,bir istəyiniz olarsa,əsgərlərə söyləyin,
bizə bildirsinlər.
İrakli xanın bacısı:
-Allah sizdən razı olsun,çox nəzakətlisiniz.
Vaqif:
-Borcumuzdur.İcazənizlə...
Xanım:
-Buyurun.
Vaqif və qazi yüngülcə təzim edib sürəti artırırlar və ən önə keçirlər.
***
Gəncə xanı Cavad xan və Molla Vəli Vidadi atbelində söhbət edə-edə meşə
yolu ilə Göy-göldən Gəncəyə qayıdırlar.Turqut bəy və Uğurlu bəy onların adınca gəlirlər.Onların ardınca isə iyirmiyə yaxın silahlı mühafizəçi gəlir.Vidadi deyir:
-Uşaqlıqdan Göy-gölü görmək arzusu ilə yaşayırdım.Axır ki,bu ahıl yaşım-
da sayənizdə bu mənə qismət oldu.
Cavad xan:
-Öncələr buranın yolu çox bərbad idi.Yağış yağanda palçıq-zığ əlindən tər-pənmək olmurdu.Xanlıq taxtına oturar-oturmaz, bu yolu və xanlığın digər yollarını
təmir etdirdim.İndiyə qadər 33 körpü,46 karvansaray,23 hamam,68mədrəsə və 3 məscid tikdirmişəm.
Vidadi:
-Maşallah!Müəllim məsələsi nə yerdədir?
Cavad xan:
-Gəncədə savadlı adam çoxdur.Bir miqdar Təbrizdən,Bakıdan,Naxçıvandan və İstanbuldan da müəllim dəvət etdik,xəzinədən onlara yaxşı maaş verdik,hamısı bu günə qədər burdadırlar.Bütün elmləri tədris edirik.İki ildir ki,hər il 30 nəfər İs-
tanbula,30 nəfər də Təbrizə xəzinə hesabına tələbə gömdəririk.İnşallah onlar geri dönəndən sonra böyük bir Darülfünun və bütün ətrafdakı xəstələrin müalicə oluna
biləcəyi Darüşşəfa tikdirmək fikrim var.
Vidadi:
-Bəh-bəh-bəh!İstanbula tələbə gondərəndə dindarlardan buna etiraz edən ol-
madı ki?
Cavad xan:
-Necə olmadı?Mollalar,axundlar,seyidlər iki ayaqlarını bir başmağa dirədi-
lər ki,uşaqları sünni məktəblərinə buraxmaq olmaz,məzhəbimiz əldən gedər.Şəhər-
də üsyan da çıxarmağa cəhd etdilər,bir –iki seyid var idi,farsların şahına şikayət də
yazmışdılar,guya Zəndilərdən qorxan,onları adam yerinə qoyan varmış.Hamısını
bazar meydanında çubuqladdırdım,pısları yatdı.
Vidadi:
-Ölkəmizi ruhanilərin cəhalət,nadanlıq,xürafat,mövhumat və məzhəbçilik bəlasından mütləq qurtarmalıyıq...Xan,deyəsən gəldiyimiz yolla getmirik,axı.
Xan:
-Hə,qarşıda çox gözəl bir aşxana var,ləzzətli plov,piti,dolma,bozbaş və baş-
qa yeməklər bişirirlər.İstədim ki,naharı təbiətin qoynunda edək.Nə deyirsiniz?
Vidadi:
-İtaət borcumdur,ağa deyir,sür dərəyə,deməli,dərəyə sürməkdən başqa bir çarə yoxdur.
Hər ikisi gülüşürlər.
***
Erməni katalikosunun gizli məşvərət yeri.Xaça mıxlanmış Ohan keşiş zarı-yır.Gözləri önündə Mesropu oldürdüyü səhnə canlanır...
***
EPİZODUN TƏKRARI
Mesrop beli götürüb qazımağa başlayır.Bu dəm çapan at ayaqlarının sə-
si gəlir.Mesrop cəld çaladan çıxır.Külüngü əlinə götürüb həyacanla səs gələn tərəfə
baxır.Səs isə get-gedə yaxınlaşır və səngiyir.Kolların arasından Ohan keşiş çıxır.
Mesrop təəccüb və qorxu hissi ilə:
-Ohan ağa,bu,sənsən?Bəs,səni asmadılar?!Yoxsa,sən ruhsan?!
O,bu sözləri deyib sərbəst əli ilə xaç çəkir.Sonra isə özünü qorumaq üçün
külüngü başı üzərinə qaldırır.Keşiş qorxub hürkmədən bir-iki addım irəli atır:
-Bilirdim ki,səni burada tapa bilərəm,satqın köpək!(Belindən tapança çı-
xarıb Mesropa sarı tuşlayır.)Söylə,məni Mirzə Əliməmmədə neçəyə satdın?
Mesrop diz üstə düşüb ağlamağa və yalvarmağa baılayır:
-Bağışla məni,ağa, bir qələtdir,eləmişəm
***
Mahmud və Süsən bütün bunları kolun dalından həyacanla izləyirlər.Kadr arxasından keşişin səsi eşidilir:
-Sən nə axmaq adamsan,Mesrop,yəni məni bu qədərmi axmaq hesab et-din? Qızıl küplərini çoxdan buradan çəxardıb evimin həyətində basdırmışam.Bü-
tün ömrü boyu həyatımı təhlükəyə soxaraq bir küp qızıl oğlum,bir küp də qızım
üçün toplamışam.Sən isə istəyirdin,onlara sahib olub balalarımı heç nəsiz qoyasan?
Mesrop kadr arxasından ağlayaraq yalvarmaqda davam edir:
-Qurbanın olum,Ohan ağa,məni balaların Akop və Süsənin başına çevir!
Atəş səsi Mesropun sözünü yarımçıq kəsir.Gördüklərindən və eşitdiklər-indən dəhşətə gələn Süsən qışqırmaq istəyir.Mahmud cəld əli ilə onun ağzını sıxıb buna imkan vermir.Onlar aşağı sürüşüb kadrdan itirlər.
***
Keşiş tüstülənməkdə olan tapançasının lüləsinə üfürür.Mesrop qazıdığı çalanın yanında uzanıb.Güllə onun düz ürəyindən dəyib.Meyidə yaxınlaşan Ohan
keşiş tapançasını belinə keçirir,sonra isə Mesropun ayaqlarından dartaraq çalaya
itələyir.Keşiş beli götürüb çalanı doldurmağa başlayır.
***
Kadrda yenidən xaça mıxlanmış və zarıyan Ohan keşiş canlanır.Qapı
açılır və katalikos içəri girir.O gəlib Ohanla üz-üzə dayanaraq deyir:
-Hələ gəbərməmisən?!(Əlindəki əsanın üstündəki xaçı onun dodaqlarına
yaxımlaşdırır.)Öp,bəlkə,o biri dünyada cəzan bir qədər yüngülləşər.
Ohan ağır-ağır gözlərini açaraq öncə katalikosa,sonra isə xaça baxır və gözlənilmədən xaçın üzərinə tüpürərək zəif bir səslə deyir:
-La ilahə illəllah ,Mühəmmədən Rəsulullah!
Ohan bu sözləri deyib gözlərini yumur.Katalikos ilan vurmuş kimi dala sıçrayır.Gözləri bağlı olan Ohan bu dəfə artıq pıçıltı ilə təkrar edir:
-La ilahə illəllah,Mühəmmədən Rəsulullah...
Katalikos əsasının xaç və əjdahalar olan hissəsini var qüvvəsi ilə keşişin
başına çırpır.Əsa sınır və xaç yerə düşür.Ohanın başından axmağa başlayan qan
sınmış xaçın üstünə tökülür.
***
İstsnbulun Sultan Əhməd camesi.Camedən ətrafa azan səsləri yayılır.Ca-maat namaza axışır.Mirzə Əliməmməd,Camal,Cavid və Vaqifin digər dörd tələbə-
si camaatın içindədirlər.Onlar dəstəmaz alınan yerə yaxımlaşırlar.Mirzə Əliməm-məd gənclərə deyir:
Parça-parca bölünmüş islam ümmətinin və türk millətinin birliyi naminə
dəstamazı yerlilər kimi alın,namazı da onlar kimi qılacağıq.Qarabağlılar yaxınlaşıb
hər kəslə eyni qaydada dəstəmaz alırlar.
***
Sultan Əhməd camesinin içi.Möminlərin əlindən iynə atmağa yer yoxdur.
Mirzə Əliməmmədgil də namaz qılmaq üçün səfdə yerlərini almışlar.İmam gəlib öz yerini tutur və namaz başlayır.
***
Mahmudun evi.Süsən yerə sərilmiş yorğan döşəkdə yatmışdər.Körpəsi də
yanındakı nənnidədir.Kamera yavaş-yavaş Süsənin üzünə yaxınlaşır.O yuxuda gü-
lümsəyir.Şirin bir yuxu gördüyü üz cizgilərindən açıq-aydın sezilir.
***
SÜSƏNİN YUXUSU
Süsən güllü-çiçəkli bir bağçadadır.Körpəsi qucağında,Mahmud da yanında-dır.Ətrafda ala-bəzək tutu və tovuz quşları,maral və ceyranlar dolaşır.Çiçəklərin arasindan çıxan Ohan gülümsəyərək qızına yaxınlaşır və deyir:
-Evimin həyətindəki qızılları yoxsul,şikəst və yetimlərə payla ki,Allah gü-nahlarımızı bağışlasın!
Ohan qızının saçlarını oxşamağa başlayır.
***
Süsən yuxudan ayılır və başının üstündə gülümsəyərək onun saçlarını oxşa-yan Mahmudu görür.Cəld yerindən qalxaraq ərinə sarılır və ağlamağa başlayır.Əri
gülümsəyərək deyir:
-Niyə ağlayırsan,ay dəli,görürsən ki,işlərimi tamamlayıb sənin və balamızın
yanına qayıtmışam.
Süsən hıçqırmağa başlayır:
-Bundan sonra bizi bir də heç vaxt tək qoyma!Eşidirsən,heç vaxt!
Mahmud:
-Nə olub,axı?Düz-əməlli anlatsana.Gəl,keçək o biri otağa,yoxsa uşağı oya-
darsan.
Ər-arvad o biri otağa keçirlər.
***
İbrahimxəlil xanın sarayının bağçası.Xan və Şahnisə xanım hovuzun qırqğında oturublar.
Xan:
-Tehran bəylərbəyisi Allahverdi oğlu Məcnun Pazukidən məktub almışam.
Kiçikbəyimi oğluna istəyir.Elçilər göndərəcəyi barədə xəbər verir.Böyük qızımızı Tehrana ərə verdik.İndi Kiçikbəyimi dəmi Tehrana verək.?Ağabəyimi verdik,xoş-bəxt olmadı.Əri ilə birgə sərgərdan həyat keçirməyə məcburdur,Qacarların təqibin-dən yaxa qurtarmaq üçün o şəhərdən bu şəhərə,bu şəhərdən o şəhərə qaçırlar.Allah kəssin belə həyatı!
Lap başımı itirmişəm.Verməsək,Qacarlar bunu düşmənçilik kimi yozacaq-
lar,deyəcəklər necə oldu ki,düşmənlərimiz Zəndilərə qız verirsiz,bizə vermirsiz?
Camaat da deyəcək,fars şahının adamına qız verdi,türk şahınınkına “yox”dedi.Ve-rərəm,amma qorxuram Ağabəyim kimi Kiçikbəyimi də öz əlimlə bədbəxt edəm. Yuxarı tüpürürsən bığdır,aşağı saqqal.
Şahnisə:
-Sənə neçə dəfə dedim,gəl qızı Məmmədə adaxlayaq,sözümə baxmadın.On-
suz da Qacarlar səni sevmirlər,səni özlərinə rəqib görürlər.Odur ki, “yox”demək
olmaz.O biri yandan da onlarla qohumluq əmniyyət baxımından bizə sərf edər.Am-
ma ikinci balamın da bədbəxt olduğunu görsəm,ürəyim buna dözməz.
Xan:
-Mən səndən məsləhət almaq istəyirəm,sənsə məni daha da dolaşdırırsan. İşin tərsliyindən Vaqifi Tiflisə,Ağası bəyi isə Car-Balakənə göndərmişəm.Mirzə Əliməmməd də İstanbula oğlunu görməyə gedib.Dərdimi söyləməyə,məsləhət etməyə adam da tapmıram.Bu azmış kimi qazını da Vaqifə qoşdum.
Şahnisə:
-Deyirəm,gəl tələsməyək.Vaqifin gəlməyini gözləyək.Qasidə deyək,getsin
ağasına desin ki,elçiləri göndər.Qasid Tehrana gedib,çatana qədər,oradan elçilər gələnə qədər Vaqif də qayıdar,Ağası bəy də,üstəlik Mirzə Əliməmməd ağa da.
Xan:
-Vallah, doğru söyləyirsən.
Şahnisə:
-Qoy bir qızın özü ilə də danışım.Bəlkə elə özü deyəcək ki,razıyam.
Xan:
-Bu da doğru.Qasid qaçmır ki!Nə qədər desək,o qədər gözləyəcəkdir.Sən Kiçikbəyimlə bir danış.Allah kərimdir.
Şahnisə:
Amin!
***
Istanbul,Boğaziçi.Boğaziçində onlarla qayıq gözə dəyir.İnsanlar qayıqlarda üzərək İstanbulun gözəlliklərini seyr edirlər.Mirzə Əliməmməd və oğlu Əlirıza da
qayıqların birində əyləşmişlər.Qayıqçı avarı ahəstə-ahəstə suya salıb çıxarır.
Mirzə Əliməmməd:
-Anan da,qardaş-bacıların da sənin geri dönəcəyin günü səbirsizliklə gözlə-yirlər.Çoxdan gəlmək istəyirdim,amma İbrahimxəlili xan qoymurdu.İş çox idi.
Əlirza:
-Çoxu gedib,azı qalıb. Papağını bir çevirəcəksən,bir də görəcəksən,altı ay da gəlib keçdi.Bilsən beynimdə nə qədər layihələr var.Dəri karxanası...Ayaqqabı kar-xanası...Kağız karxanası...və daha nələr,nələr...
Mirzə Əliməmməd:
-Afərin,oğlum,görürəm ki,günlərini burada boşa verməmisən.
Əlirza:
-Çox bilikli müəllimlərimiz var.Bildikləri hər şeyi bizə öyrətməyə çalışırlar.
Ümumiyyətlə, Osmanlılar gözəl və mütərəqqi insanlardır.Onlardan çox şey öy-
rənməliyik.Bilsən nə qədər mehriban,nə qədər nəzakətli,nə qədər kübar insanlar-
dırlar.Burada başa düşdüm ki,bizim mollaların,axundların,seyidlərin Osmanlı döv-
ləti və xalqı haqqında söylədiklərinin hamısı yalan,şər və böhtandan başqa bir şey
deyilmiş.Onu da başa düşdüm ki,bədbəxtliyimizin,geriliyimizin əsas səbəblərindən
biri məzhəbçilikdə və məzhəb təəssübkeşliyində,dinimizin əslindən uzaqlaşmağı-mızda,Quranı və Peyğəmbəri unutmağımızdadır.Yadındadırmı,axund İstanbula getməyimin əleyhinə təbliğat aparırdı.Sən demə,qorxurmuş ki,gəlib burada savadlı, elmli din adamlarını görüb,onun savadsız və nadan olduğunu,söylədiklərinin də Allahın Kəlamına zidd olduğunu başa düşərik.
Mirzə Əliməmməd:
-Əlirıza,oğlum,sən bu məsələlərlə maraqlan,amma cox da aludə olma.Əsas diqqətini elmə yönəlt.Nə qədər ki,elmimiz olmayacaq,axund kimilər hələ çox mey-
dan sulayacaqlar.Peyğəmbərimiz nə deyib?Deyib ki,elm Çində də olsa,onun ardın-ca get.Və deyib ki,ana bətnindən qəbr evinə qədər oxu,oxu və yenə də oxu!Və çox
sevdiyim bir hədisi-qüdsüdə sevimli Peyğəmbərimiz belə buyurub:Heç elmsiz də
Quran olar?
***
Mahmudun evi.Mahmudla Süsən üz-üzə oturublar.Süsən ağlaya-ağlaya de-yir:
-Mən balamızı qoruya bildim,amma ata qatili oldum,başa düşürsən məni?
Mahmud:
-Sakit ol!Əvvəla, sən məcburiyyət qarşısında bu addımı atmısan,ikincisi heç kəsi qətlə yetirməmisən,üçüncüsü isə atanın ölüb-ölmədiyi hələ məlum deyil.
Süsən:
-Axı,niyə başa düşmək istəmirsən?Mən onu yuxumda gördüm,o ölüb.
Mahmud:
-Yaxşı,sən deyən olsun,amma yuxunda o səni ittiham etmədi.Demək,sənin
heç bir günahın yoxdur.Əgər sən gördüyün yuxunun həqiqət olduğuna inanırsansa,
ağlamaq əvəzinə onun məsləhətinə əməl et.İstəyirsən,elə günü sabah gedim o qızıl-ları qazıyıb gətirim.Sən də onun dediyi kimi payla yoxsullara.
Süsən:
-Hə,istəyirəm.
Mahmud:
-Get,dincəl.Əsəblərin cox gərilib,sənə istirahət etmək lazımdır.Sonra söhbət
edərik.
Süsən ayağa qalxır.Mahmud onun əlindən tutub yatağına ötürür.
***
Gecənin zülməti.Qara keşişlərdən ikisi ölü olduğunu sandıqları Ohan keşi-
şin kisəyə qoyulmuş bədənini kisə ilə birlikdə çaya atırlar.Kisə bir qədər üzdükdən
sonra sahildəki kollardan birinin budağına ilişir.Bunun sayəsində Ohanın başı su-dan kənarda qalır.
***
Eyni görüntülər.Hava artıq işıqlanıb.Kadr arxasından qoyun mələmələri səsi gəlir.Böyük bir çoban iti kola ilişmiş,içindən keşişin başı görünən kisəyə yaxımla-şır və onu iyləyir,sonra isə hürməyə başlayır.Kadr arxasından qoyun mələmələri fonunda cobanın səsi gəlir:
-Yenə nə tapmısan?
Kadra daxil olan çoban Ohanın kisədən çıxan başını görüb,yoldaşına səslə-nir:
-Təkin!Ay Təkin,tez ol bura gəl!Cinlər yenə də adam öldürüblər.
Kadrın arxasımdan Təkinin səsi gəlir:
-Sənə demədim,gəl o biri yolla gedək.Sənsə...(ağzını əyərək)kəsmə yolla ge-dək...kəsmə yolla gedək...Bu da sənə kəsmə yol!(Kadra daxil olur.)Bu artıq neçən-ci meyiddir bu çaydan tapılır?Allah buranı lənətləyib,ona görə də adına “Cinlər də-rəsi” deyirlər.
Elə bu an birinci coban heyrət və təəccüblə ucadan deyir:
-Aman,Allah!O sağdır,gözlərini açdı.
Ekrana iri planda Ohanın kisədən çıxan başı gəlir.Onun gözləri açıqdır və
zəif bir səslə deyir:
-Kömək edin!
***
Ekranda yazılır: “ ÜÇ AY SONRA”
***
Yaşıl dağ yamacı.Yüzlərlə qoyun ot otlayır.Bir qədər arlıda dörd çadır qu-
rulub.Cadırlardan birinin yaxınlığındakı qayanın üstündə Təkin və Ohan keşiş otu-
rublar.Ohan da çobanlar kimi geyinib.Alnında böyük çapıq var.Sağ əlində çomaq
tutub.Təkin tütək çalır.O çalmağa ara verib üzünü Ohana tutur:
-Allah qoysa,sabah arana enirik.Oradan da yola salarıq,gedərsən Şuşaya. İn-şallah üç gün sonra qızını da,nəvəni də görəcəksən.
Ohan dərindən bir ah çəkir:
-Bu üç gün mənə üç il kimi gəlir.
Təkin:
-Darıxma,Allah böyükdür.Hər şey yaxşı olar.Qayıdarkən səni tapdığımız “Cinlər dərəsi” deyilən yeri də göstərərəm.
Ohan ayağa qalxır:
-Mən gedim bir az yatım,yoruldum.
Təkin:
-Əlbəttə,get.Bədənin hələ tam möhkəmlənməyib.
Ohan axsaya-axsaya yaxındakı çadıra tərəf gedir.Gedərkən, sol əlinin şikəst
oduğu və bir qədər sallandığı hiss olunur.O,çadıra girir.Kadr arxasından Təkinin tütəyinin səsi eşidilməyə başlayır.
***
Şuşanın mərkəzi küçəsi.Kiçikbəyim xanım kəcavədə Tehrana gəlin köçür. Musiqiçilər,göyə atəş açan atlılar,güzgü,çıraq,xonça daşıyan qadınlar cehiz yüklü
araba və dəvələr bir-birini əvəz edir.Məmməd bəylə Qasım da yola salanlar içəri-sindədirlər.Gənclər at belində yanaşı gedirlər.Qasım:
-Hər kəs Kiçik bəyimi Tehrana gəlin kimi uğurlayır,bizsə, sanki,bir dövlətin
elçisini başqa bir dövlətə göndəririk .Əminəm ki,o,təşkilatımızı ən gözəl şəkildə
təmsil edəcək.
Məmməd bəy:
-Mən buna zərrə qədər də şübhə etmirəm.
***
Tehranın küçələrindən biri.Cümə məscidinin havalanmış keçmiş axundu cın-
dır paltarda qarğıya minib at kimi çapır.Əlindəki çubuğu başının üstündə qılınc ki-mi yelləyərək ardınca qaçan və onu ələ salan uşaqlara çığırır:
-Rüstəmi Zalın Rəxşinə yol verin.Haydı,qəhrəman İran cəngavərləri, ardım-ca!Turan şahı Əfrasiyabı məhv edəcəyik,irəli!
***
Yoldan keçən iki atlıdan biri digərinə deyir:
-Tehranın Cümə məscidinin keçmiş axundudur. Ağa Məhəmməd şah Qacar
məscidin zirzəmisindən Kərim xan Zəndin xəzinəsini tapandan sonra başına hava
gəlib.O gələn qadınsa onun övrətidir.
***
Keçmiş axundun çadraya bürünmüş arvadı onun qarşısını kəsib deyir:
-Bəsdir bizi el içində biabır etdin!Gəl evə!
Axund:
-Çəkil qarşımdan ,ey Əhrimən!İranlılar türklərə mütləq qalib gələcəklər.
Turanı viran qoyqcağıq.Əfrasiyabın başını kəsib köpəklərə atacağıq.
***
Ağa Məhəmməd şah Qacarın sarayı.Şahla Xanbaba eyvanda oturub qəh-
və içirlər.Xanbaba soruşur:
-Əmi,Şirazı nə zaman almağı düşünürsən?
Şah:
-Çox yaxın bir zamanda.Səbr et,vaxtı yetişəndə deyəcəyəm.Qoy narazılıq bir qədər də artsın.Dostumuz Abbasəli bəy də müxalifəti təşkilatlandırmağı tamamla-
sın.Ağıllı sərkərdələr hücumdan öncə daxili müxalifəti yetişdirməli,onu gücləndir-məli və yalnız bundan sonra hərəkətə keçməlidir.Artıq Azərbaycan xanlıqlarında
da “səltənətpərəstlər”adlanan müxalifət yetişib.Amma “dövlətpərəstlər”deyilən və
bizə əks olan qüvvələr də az deyil.Onlar İbrahimxəlil xanın padşah olmasını istə-yirlər.Fəqət İbrahimxəlilin xəbəri yoxdur ki,səltənətpərəstlərin rəhbərlərindən biri
öz doğma qızıdır və onu öz əli ilə Tehrana gəlin göndərir.
Sən anlayırsanmı bu nə deməkdir?Bu o deməkdir ki,Azərbaycandakı səltə-nətpərəst müxalifət artıq kor-koranə hərəkət etməyəcəkdir.Onu biz istiqamətləndi-rəcək, maliyyələşdirəcək və təlimatlandıracağıq.Azərbaycan səltənətini bərpa edə-cəyimiz gün uzaq deyil,oğlum.
Xanbaba:
-İnşallah yenədəmi Təbriz paytaxt olacaq?
Ağa Məhəmməd şah Qacar:
-Baxmayaraq ki,şah Abbas Səfəvinin dövründə səltənətin paytaxtı İsfahana
köçmüşdü,Nadir şah isə onu Məşhəddən idarə edirdi,səltənət hər kəs tərəfindən elə
Azərbaycan-qızılbaş səltənəti kimi qəbul edilirdi.Fəqət Zəndilər qısamüddətli haki-miyyətləri dövrlərində Azərbaycan və Xorasan sınırları xaricində qalan bütün di-gər ərazilərinlərin İran olması şüurunu formalaşdırdılar.Və indi paytaxt Təbriz və ya başqa bir Azərbaycan şəhəri olmasa,səltənətin başında türklərin olmasına bax-mayaraq,onu hamı İran dövləti hesab edəcək.Ona görə mən Təbrizi alandan sonra onu öncə vəliəhdin şəhərinə çevirəcəyəm və sən orada oturacaqsan və sənə böyük imtiyazlar verəcəyəm.Özüm isə hələlik Tehranda oturacağam.Bunun iki sabəbi var. Birincisi odur ki, Azərbaycan türkləri azərbaycanlı olmayanlara yuxarıdan baxma-ğı sevirlər. Əfşarlara və bizlərə də həmişə belə baxıblar.Halbuki,Qacarların da,Əf-şarların da kökü Azərbaycandandır. Fəqət onların nəzərində azərbaycanlı olmaq üçün Azərbaycanın özündə doğulmaq lazımdır. Odur ki, hakimiyyətimizi möh-kəmləndirə və tam ixtiyar sahibi ola bilməmiz üçün ilk növbədə öz elimizə-Qacar elinə arxalanmamız lazımdır.Qacarlar isə ən çox Tehranda güclüdürlər.Hətta Asta-rabadda bu qədər güclü deyilik.
İkincisi budur ki,birdən-birə Təbrizi paytaxt etsək,farslar,lorlar,təbərilər,
bəxtiyarilər və digərləri,yəni özlərini iranlı hesab edənlər üsyan edə bilərlər ki,bu da bizə lazım deyil.Allah qoysa,sən şah olanda səninlə birlikdə Təbriz də paytaxt
olar.
***
Sahillərində kollar bitən cay.Çayın sahili boyu yüzlərlə qoyun,6-7 atlı çoban gedir,iki ata da cadırlar və məişət əşyalar yüklənib.Çobanlar arana köçür.
Atlılardan biri Təkindir.Ohan keşiş də onun atına minib və yıxılmamaq üçün atın
yəhərindən bərk-bərk yapışıb.
Təkin kollardan birini Ohana göstərərək deyir:
-Bax səni buradan tapdıq.Deməli dediyin yer buradan çox da uzaq deyil. Amma ətrafda nə bir qala var,nə də bir tikili.
Ohan soruşür:
-Bəs,Cinlər dərəsi haradır.?
Təkin əli ilə yaxınlıqdakı alçaq dagı göstərir:
-Bax ,o dağdan bu çaya qədər olan ərazi cinlər dərəsi adlanır.İndiyə qədər
çayın bu hissəsindən səkkiz meyid tapılıb ki Onlardan altısı körpə meyidi olub.Bi-ri qarnı yırtılmış hamilə qadın olub.Biri də sən idin.Dirilən tək sən olmusan.
***
Mahmudun evinin həyət qapısı.Ohan keşiş çoban paltarında qapını döyür.
Qapının arxasımdan Səraslanın səsi gəlir:
-Kimsən?
Ohan:
-Mahmud lazım idi.
Qapı açılır.Ohanı tanımayan Səraslan deyir:
-Mahmud artıq burada yaşamır.Ailəsini də götürüb, köçüb Təbrizə.Sən onun nəyisən?
Ohan:
-Səraslan,məni tanımadın?
Səraslan diqqətlə onun üzünə baxır və heyrətlə deyir:
-Ohan keşiş bu sənsən,sən sağsan?
Ohan:
-Ohan olmağına Ohanam,amma daha keşiş deyiləm.Gördüyün kimi,sağ və salamatam.
Səraslan:
-Gəl içəri,eşikdə durma.Ohan içəri keçir.Səraslan üzünü evin qapısına tərəf tutaraq ucadan deyir:
-Ağa,ay ağa,Ohan keşiş qayıdıb!
Evin qapısı açılır və qapıda Mirzə Əliməmməd görünür.O,Ohanı çoban qi-
yafəsində görüb,qəh-qəhə çəkir,sonra isə düyr:
-Ay lotu,bu nə qiyafədir?
Ohan da öncə ona qoşulab gülür,sonra isə üzündəki gülüşü göz yaşları əvəz edir.Mirzə Əliməmməd ağa ona yaxınlaşır və onlar yüz ilin dostları kimi qu-caqlaşırlar.
***
Mahmudun keçmiş evinin içi.Mirzə Əliməmməd və Ohan süfrə arxasında
oturub,qəhvə içirlər.
Ohan danışır,xəfiyyəbaşı dinləyir:
-Özümə ölüm diləyirdim.Ölümsə gəlmirdi ki,gəlmirdi.Birdən gözlərimə ağ paltarlı,ağ əmmaməli,gözqamaşdırıcıı nurdan üzünün cizgiləri görünməyən bir nə-fər göründü və o mənə “Dinə,imana gəl,xilasın ancaq bundadır!”-dedi və qeyb ol-du.Özümə gəldim və qarşımda katalikosu gördüm.O,əlindəki əsasının başındakı xaçı dodaqlarıma dirədi...
***
EPİZODUN TƏKRARI
Kadrda yenidən xaça mıxlanmış və zarıyan Ohan keşiş canlanır.Qapı
açılır və katalikos içəri girir.O gəlib Ohanla üz-üzə dayanaraq deyir:
Dostları ilə paylaş: |