VII FƏSİL
Rotşildlərin Çin iqtisadi mərkəzli “Dünya dövləti” və Çin kommunizmi modeli
Çin mərkəzli Yeni Dünya düzəninin tərəfdarları ilə ABŞ mərkəzli Yeni Dünya düzəni modelini dəstəkləyənlərin qarşı-qarşıya gəldikləri bir dünyada yaşayırıq. Bir çoxları bu iki fərqli baxışın Rokfellerlərlə Rotşildlər arasında dünyanın gələcəyi ilə bağlı mövcud olan fikir ayrılığından qaynaqlandığını düşünür və bunu sələm kapitalı ilə sənaye kapitalı arasındakı ziddiyyətlərlə əlaqələndirirlər.
Çinin Yeni Dünya düzəninə baxışının əsasını tarixi İpək yolunun bərpası və canlandırılması təşkil edir. Rəsmən “Bir zolaq, bir yol” adlandırılan bu layihə İpək yolunun, ərazilərindən keçməsi nəzərdə tutulan dövlətlər arasında dəmir və avtomobil yolları, dijital əlaqələr, körpülər, neft və qaz boru xətləri, lojistik bazalar, enerji stansiyaları, hava limanları və aerodromlar kimi böyük təsisatların qurulmasını nəzərdə tutur. Onun İpək Yolu İqtisadi Zolağı və Dəniz İpək Yolundan ibarət iki əsas hissəsi vardır. Bunlardan birincisinin güzərgahında 6 dəhliz yerləşir. Bunlar aşağıdakılardır:
1.Çin - Hindiçin yarımadası iqtisadi dəhlizi (CICPEC)
2.Çin - Pakistan iqtisadi dəhlizi (CPEC)
3.Çin - Orta Asiya – Qərbi Asiya iqtisadi dəhlizi (CCWAEC)
4.Bangladeş - Çin - Hindistan - Myanma iqtisadi dəhlizi (BCIMEC)
5.Çin - Monqolustan - Rusiya iqtisadi dəhlizi (CMREC)
6.Yeni Avrasya quru köprüsü iqtisadi dəhlizi (NELBEC)
“Bir zolaq, bir yol” layihəsi
Azərbaycan 3 dəhliz üzərində yerləşir. Ələt bərə limanının və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindən sonra ölkəmizin yerləşdiyi düzərgahın önəmi daha da artıb. Bununla belə, Xəzər dənizinin çox dalğalı olması səbəbindən Qazaxıstan-Türkmənistan-İran-İraq-Suriya marşrutu Qazaxıstan-Azərbaycan-Türkiyə marşrutuna nisbətən daha avantajlı hesab edilir. Fəqət İraq və Suriyadakı qeyri-sabit vəziyyət Azərbaycanın yerləşdiyi dəhlizi daha aktual edir.
Layihənin maliyyə ayağını təmin edəcək qurumlar 2 şəkildə ortaya çıxmaqdadır. Bunlar beynəlxalq qurumlar və Çinin milli maliyyə təşkilatlarıdır. Bunlardan Çin Regionlararası İnkişaf Bankı, Çin İnkişaf Bankı, Çin İxracat-İdxalat Bankı, Çin İnşaat Bankı, Çin İnvestisiya Qurumu, İpək Yolu Fondu, Asiya İnkişaf Bankı, Asiya Altyapı Bankı və Yeni İnkişaf Bankının adlarını çəkmək mümkündür.
“Bir zolaq, bir yol” layihəsinə daxil olan ölkələrin böyük əksəriyyəti az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrə yatırılan investisiyalar onların iqtisadi vəziyyətləri baxımından bəzi iqtisadi sıxıntılar doğurmaqdadır. Belə ki, onsuz da durumları yaxşı olmayan bu ölkələr borç yükü altına girərək, layihənin xərclərini çəkə bilməməkdədirlər. Bu da inşa edilən limanların, nəqliyyat yollarının Çin dövlətinə ötürülməsinə səbəbolur. Təsadüfi deyil ki, Şri-Lankanın Hambantota, Pakistanın Qvadar, Yunanıstanın Pire və Türkiyənin Kumport limanlarının 65 %-i, Afrikadaki çeşidli ölkələrdə bulunan bir çox dəmir yolu, hava limanı, eləcə də Tacikistanın qızıl və kömür yataqları həmin ölkələrin borçlarını ödəyə bilmədikləri səbəbindən Çinin nəzarətinə keçmişdir.
Layihənin qarşısındakı ən böyük əngəl Rokfellerlərin başçılığı ilə qurulmaq istənilən alternativ Yeni Dünya modelidir. Rotşildlərin Çin üzərindən qurulmasını dəstəklədiyi və mövcud suveren dövlətlərlə işbirliyini öngörən modeldən fərqli olaraq, alternativ model suveren dövlətləri parçalamağı və mövcud sərhədləri dəyişdirməyi, bu məqsədlə də ölkələr daxilində və arasında qarşıdurmalar yaratmağı hədəfləyir. Nəticədə “Bir zolaq, bir yol” layihəsinin gerçəkləşdirilməsi Myanmadakı buddist-müsəlman qarşıdurması, Hindistanla Pakistan arasında yaşanan Kəşmir sorunu, Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olması, eləcə də İraq və Suriyadakı etnik və məzhəb savaşları üzündən çox da rahat və rəvan getmir.
Dostları ilə paylaş: |