Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Şübhəsiz ki, Şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”



Yüklə 14,92 Mb.
səhifə28/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
Şübhəsiz ki, Şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”. 

Əl-Müminun surəsinin 97-ci ayəsində oxuyuruq:

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!”.



Şeytan barədə məlumata Əl-Ənfal surəsində də rast gəlməkdəyik. Həmin surənin 11-ci ayəsi də Şeytandan qorunmağın tək yolunun Allaha sığınmaq olduğunu təsdiqləməkdədir:

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin”.

Bu faktın üzərində diqqətlə durmalıyıq. Deməli, insan Allaha sığındıqca, onun Şeytana qul olması mümkün deyil. Madam ki, Şeytan insanları özünə qul etməyə çalışır və Allaha olan iman və inam ona bunda mene olur, həmin iman və inamı zəiflətmək, hətta mümkün olarsa, imanı qəlblərdən tamamilə silmək lazımdır. Buna isə ateizmi qəlblərə və zehinlərlə yerləşdirməklə nail olmaq mümkündür.

Ateizm
Dəqiq bilməliyik ki, ateizm İblisin əlindəki əsas silahlardan biridir.

Allahın, eləcə də mələk, ruh, cin və s. bu kimi varlıqların varlığını inkar edən, Axirət həyatını rədd edən bu təlim öz adını qədim yunan dilindəki “a” inkar şəkilçisi və Tanrı anlamına gələn “teo” sözünün birləşməsindən almaqdadır.

2015-ci ildə keçirilən rəy sorğularından belə aydın olur ki, dünyada ən çox ateist Çin, Avropa Birliyi və ABŞ-da yaşayır. Çin əhalisinin 64 faizi, Avropa Birliyində yaşayanların 20 faizi, Amerikalıların isə 11 faizi özünü ateist kimi xarakterizə edir.

Ateizm təlimini müdafiə edən filososflar bunun səbəbini müxtəlif cür izah edirlər. Məsələn, Pol Anri Holbax yazırdı: "Hər uşaq ateist olaraq doğular: onların Tanrı haqqında fikirləri yoxdur".

Eyni şəkildə, Corc H. Smith 1979-cu ildə belə demişdir: "Teizm ilə tanış olmayan adam, bir Tanrıya inanmadığı üçün ateistdir. Bu kateqoriyada olanlar, həm də bu məsələləri başa düşmək üçün konseptual qabiliyyəti olan, lakin bu məsələlərdən hələ xəbərsiz olan uşaqları da əhatə edir. Bu uşağın Tanrıya inanmaması onu ateist olaraq təyin edir".

Heç şübhəsiz ki, ateistlər və ya başqa sözlə ifadə etsək, kafirlər Şeytanın dostlarıdır. Şeytan onların üzərinə sövq edilmişdir və bunun belə olduğunu Məryəm surəsinin 83-cü ayəsi təsdiqləməkdədir:

Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?”



Eyni surənin 68-ci ayəsində onların aqibəti haqqında belə deyilməkdədir:

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik”.



İblis insanların qəlbinə və zehninə satanizm və ateizm kimi fikirləri təlqin etsə də, onları Allahdan uzaqlaşdırmağa çalışsa da, Əl-Ənfal surəsinin 48-ci ayəsindən göründüyü kimi, özü Allaha inanır və hətta ondan qorxur da. Həmin ayədə oxuyuruq:

O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi”.

Gördüyümüz kimi, Şeytan Allahdan qorxduğunu, Allahın cəzasının şiddətli olduğunu bilir və etiraf edir. Fəqət öz şər işlərindəd də əl çəkmir.

İblisin “din”lərindən biri də deizmdir.

Ana dilimizə “Allahçılıq” və ya “Tanrıçılıq” kimi tərcümə edilə bilən “deizm” kəlməsi latın dilindəki “deus” (Tanrı, Allah) sözündən törəmişdir. Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən deizmin tərəfdarları “deist” adlanırlar. Onların fikrincə, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir.

Deizm və deistlər barədə Vikipediyadan aşağıdakı məlumatları əldə etmək mümkündür:

Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.

Kəhanət, möcüzə və digər buna bənzər demaqoq ideyaları o cümlədən savab, günah, cənnət, cəhənnəm, axirət günü, vəhy, alın yazısı, zühur, cihad, mələk, cin və şeytan kimi mövhumları da inkar edir. Təkbir, şəhadət, namaz, oruc, qibtə, ibadət və dua etməyin, Məhərrəmlik, Qurban, Ramazan bayramı, Pasxa və Pentekostun qeyd olunması kimi hadisələrin önəm kəsb etməsini təkzib edir. Deistlər yaxşı insan olmaq üçün cəhənnəm əzabı qorxusuna ehtiyac görmür. Deistlər humanizmin insanın vicdanında təzahür etdiyini düşünürlər.

Deizm
Deizm Tanrının bütün kainatı təbiət qanunları ilə vəhdət halında yaratdığını, insanlara həqiqəti dərk etmək üçün ağıl verdiyini iddia edir. Bu fəlsəfi cərəyanın hansısa ciddi qanunları olmadığından deizmin sərhədlərini də müəyyən etmək mümkünsüzdür. İxtiyari təməl qaydaları özündə cəmləşdirərək insanları onlara inanmağa məcbur edən dinlər yerinə, deizm azad düşüncə yolu ilə həqiqətə çatmağımızın mümkünlüyü fikrini önə sürür. Bu səbəblə deistlər kainat haqqında fərqli inanclara və düşüncələrə sahib ola bilərlər. Məsələn, təkamülün doğru olub-olmaması fikri deistə görə dəyişir. eyni sözləri ruh haqqında söyləmək də olar. Deizm anlayışının müəyyən bir istinad mərkəzi, təmsilçi və yaxud nümayəndəsi, ya da diqqətə çarpan qanunları olmadığı üçün bir çox dəyişik dünyagörüşünə malikdir. Bir sözlə, bu inanc sistemi İncil, Quran, Tövrat və digər dini kitabların ilahiliyini qəbul etmir. Meyarlardan biri ondan ibarətdir ki, ənənəvi dinlər onlara xidmət edənləri cəhənnəm əzabları və digər anlayışlarla qorxudur və insanları azad düşüncədən və dünyanı dərketmədən məhrum edir.

Deistlərin dinlərdə olduğu kimi "müqəddəs" tikililəri, deizmə xidmət edənlər kimi anlayışları yoxdur. Sadəcə olaraq deistlərin kluba bənzər yığışa biləcəyi yığıncaqlar olur.

Deizmin xüsusi qanunlarının olmamasına baxmayaraq, bütün deistlərin inancını təşkil edən bir neçə ortaq müddəa mövcuddur.

-Kainatı yaradan bir (və ya bir neçə) Tanrı mövcuddur.

-Bu Tanrı hadisələrə fəal müdaxilə etmir.

-Vəhy olunduğu müdafiə edilən bütün dinlər, eyni zamanda ənənəvi dinlər insan məhsuludur.

-Möcüzələr, kəhanətlər, alın yazısı və buna bənzər dini doqmalar yalandır.

-Dinlərdə təbliğ edilən mələk, şeytan, cin kimi naməlum elementlərin heç bir elmi əsası yoxdur.

-Yalnız məntiq və idraki düşüncə bizi doğrulara yönəldə bilər.

Qeyd etdiyimiz kimi deizmin azad düşüncəyə açıq olması bərabərində bir sıra fərqlilikləri də özüylə gətirmişdir. Belə ki, bu fəlsəfi inanc sisteminin bir neçə altqrupları və branşları mövcuddur: pandeizm , panendeizm, spiritual deizm, amorian deizm, pastafarian deizm, polideizm, jesuist deizm, moralistik deizm, terapiotik deizm və s. Deistlər arasında bir sıra fikir ayrılıqları mövcududr. Lakin, deistlər digərlərinin düşüncə və inanclarına humanistik mövqedən yanaşmalı olduqlarına düşündükləri üçün adətən aralarında elə də böyük bir münaqişə yaşanmır. Ümumiyyətlə, deistlərin Tanrı, ölümdən sonrakı yaşam və s. kimi mövzularla bağlı fikirləri sadəcə təsəvvür mahiyyəti kəsb etdiyindən ortada bir diskriminasiyanın mövcud olmasına da gərək yoxdur. Deistlər arasındakı bəzi fikir ayrılıqları bunlardır:



Bəzi deistlər ruh qavramının heç bir elmi əsasa dayanmadığını irəli sürərək ruhun mövcudluğu fikrini təkzib edirlər. Bir sıra deistlər isə ruhun var olduğu fikrini irəli sürürlər. Onlar ölümdən sonra yaşayışın davam edəcəyini düşünürlər. Ruhun var ola biləcəyini düşünən, lakin bu mövzuda qəti fikir irəli sürməyən və yaxud belə bir fikrin irəli sürülə bilməyəcəyini iddia edən deistlər də vardır. Onlar bu suala yalnız insanın fiziki ölüm təcrübəsindən sonra cavab tapa biləcəyini düşünürlər.

Ruhun varlığını təkzib edən deistlər bir qayda olaraq ölümdən sonrakı həyata inanmırlar. Ruhun varlığına inanan deistlər insanın bu dünyadakı ömrünü başa vurduqdan sonra hər hansı bir formada öz yaşamını davam etdirəcəyini düşünürlər. Bu mənada bir sıra dəyişik fikir və ideyalar önə sürülür. Belə ki, ölümdən sonra Tanrının bizi etdiyimiz yaxşılıqlara görə mükafatlandıracağını və etdiyimiz pisliklərə görə cəzaya tabe tutulacağımızı düşünən deistlərin sayı kifayət qədərdir. Qeyd edək ki, bu inancın İbrahimi dinlərdə bəhsi keçən cənnət və cəhənnəm kimi mövhumatlarla sırf bağlılığı yoxdur. Bununla yanaşı, Tanrının onun varlığına inanmyanları cəzalandırması fikri də deizmdə yoxdur. Deistlər əsl imtahanın insanın dünyaya gəldiyi andan etibarən öz zehni təkamülünü keçirməsi, kamilləşməsi, o cümlədən, ağıl və vicdana dayanaraq yaxşı ilə pisi ayırd etməsi olduğunu düşünür və bu mənada insanların Tanrıya inanması və ona ibadət etməsinin Tanrını maraqlandırmadığını iddia edirlər. Ölümdən sonra yaşama inanan deistlərin önə sürdüyü bir digər fikir də reinkarnasiyadır. Reinkarnasiya insanın ölümündən sonra ruhun bədəni tərk edərək yenidən başqa bir bədəndə həyata qayıtmasıdır. Deizmd tənasühə dayalı reinkarnasiya mümkünsüzdür. Ruhun öz təkamülü çərçivəsində daha ali mərtəbəyə doğru addımladıqlarını düşünən deistlər reinkarnasiya nəticəsində insanın yalnız insan formasında dünyaya gələcəyini düşünürlər. Tənasühdə isə insanın it, pişik və s. kimi canlıya dönüşərək dünyaya gələ biləcəyi fikri əks olunur. Reinkarnasiyada karma və random fəlsəfəsi mövcuddur. Bu fikri müdafiə edən bir qrup deistlər bu prosesə karmanın təsir etdiyini söyləyir. Belə ki, bu həyatda etdiyimiz yaxşılıq və pisliklər növbəti həyatımıza təsir edir. Digər qrup reinkarnasiya müdafiəçiləri isə bu prosesinin təsadüfi formada cərəyan etdiyini düşünür. Yəni bu həyatda etdiyimiz yaxşılıq və pisliklər müəyyən bir formada mükafat və cəza ilə nəticələnir, daha sonra insan yeni bir həyata qədəm qoyur.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin