Çin - Monqolustan - Rusiya iqtisadi dəhlizi
Deyilənlərə Qonkonq, Uyğurustan və Tibetdəki narazılıqları da əlavə etmək lazımdır. Lakin ən böyük təhlükə qarşı tərəfin planlaşdırdığı “Harmageddon (III Dünya) savaşı” planıdır. Və bu planın ən əsas hədəflərindən biri yaxın 10 il içərisində dünya liderinə çevrilmək və ABŞ-ın birincilik rolunu əlindən almaq potensialına sahib olan Çinin bilavasitə özüdür.
Mərkəzi Londonda yerləşən, bankçılıq və maliyyə xidmətləri şirkəti olan “Standart Chartered”in hesabatına görə, gələcəyin ən böyük on iqtisadiyyatına sahib olacaq ölkələrin əksəriyyəti əsasən bu gün inkişaf etməkdə olan ölkələr olacaq və siyahıya Çin başçılıq edəcəkdir. ABŞ isə birinciliyini itirərək Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşacaqdır. Onluqda sadəcə bir Avropa ölkəsi – Almaniya yer alacaq ki, o da onluğu tamamlayan ölkə olacaq.
Hesabatdan göründüyü kimi, siyahıdakı on ölkənin yeddisini inkişaf etməkdə olan ölkələrin olması proqnozlaşdırılır. Eyni zamanda, Asiya qitəsində yerləşən ölkələrin də əksəriyyət təşkil edəcəyi gözlənilir. Onların ilk sıralarda yer alaraq günümüzün ən böyük iqtisadiyyatlarına sahib ölkələrini geridə buraxacaqları təxmin edilir.
Siyahıda yer alan on ölkə sırasıyla Çin, Hindistan, ABŞ, İndoneziya, Türkiyə, Braziliya, Misir, Rusiya, Yaponiya və Almaniyadır. Bunlardan birincisinin, yəni Çinin ÜDM göstəricisinin 2030-cu ildə 64.2 trilyon ABŞ dolları həcmində olacağı söylənilir. Onu 44,31 trilyon dollarlıq göstərici ilə Hindistanın təqib edəcəyi gözlənilir.
Hesabatda ABŞ üçüncü yerin sahibi kimi qeyd edilib – 31,01 trilyon dollar.
Sonrakı yerlərdə aşağıdakı dövlətlər yer alır:
İndoneziya – 10,11 trilyon dollar
Türkiyə - 9,11 trilyon dollar
Braziliya – 8,67 trilyon dollar
Misir – 8,21 trilyon dollar
Rusiya – 7,91 trilyon dollar
Yaponiya - 7,21 trilyon dollar
Almaniya – 6,91 trilyon dollar
Təbii ki, bu vəziyyət ABŞ-ı qane edə bilməz və etmir. Bu səbəbdən də onun yeni hərbi doktrinində Çin bir nömrəli təhlükə mənbəyi kimi qeyd edilib. Təbii ki, Hindistan və siyahıdakı digər ölkələr də bu və ya digər dərəcədə rəqib və təhlükə mənbəyi kimi gözdən keçirilir.
“Bir zolaq, bir yol” layihəsi
2020-ci ilim may ay;nın 4-də "Röyter" İnformasiya Agentliyi maraqlı bir məlumat yayaraq, Çinin kəşfiyyat idarəsinin Çin Kommunist Partiyasına verdiyi hesabatdan söz açmışdır. Həmin hesabatda bildirilirdi ki, hazırda ABŞ başda olmaqla, bir çox dövlətin Çini koronavirusu yaymaqda ittiham etməsi ABŞ-Çin savaşına gətirib çıxara bilər və Çin ABŞ-la müharibəyə hazır olmalıdır.
Çinin “Bir zolaq, bir yol” layihəsi təkcə iqtisadi inteqrasiya və ümumi rifah səviyyəsinin yüksəldilməsini nəzərdə tutmur. Layihə həm də düzərgah üzərində yerləşən və əməkdaşlığa açıq olan ölkələrlə birlikdə postkapitalizm dövrünün yeni modelinin – ümumdünya kommunizm cəmiyyətinin qurulmasını öngörür. Söhbət dövrü keçmiş əski baxışlar sistemi əsasında qurulacaq xəyali bir sistemdən yox, 4-cü sənaye inqilabının gətirəcəyi yeni imkanlar əsasında qurulması planlaşdırılan yeni tipli dünya cəmiyyətindən gedir.
Bu gün hər kəs Çin möcüzəsini danışır. 20 il öncə kimsənin ağlına gələ bilməzdi ki, sadəcə 10 il sonra, yəni 2010-cu ildə mühüm tarixi hadisə baş verdi. Həmin il Çin iqtisadiyyatı Yaponiyanı adlayaraq dünyanın ikinci ən iri iqtisadiyyatına çevrildi. Rəsmi statistikaya görə, 2010-cu ildə Çinin ümumi daxili məhsulu (ÜDM) $5,878 trilyona çataraq yaponların $5,474 trilyon dollarlıq iqitsadiyyatını üstələdi.
O vaxtdan bəri ölkə iqtisadiyyatında inkişaf davam edib. Bu illər ərzində Çin Yaponiya və başqa iqtisadi qüdrətlərlə arasındakı məsafəni xeyli genişləndirərək dünyanın ən iri iqtisadiyyatı olan ABŞ-la rəqabətə daxil olub. Son göstəricilərə əsasən, ABŞ-ın $21,506 trilyonluq ÜDM-i ilə müqayisədə Çin $14,242 trilyon sərgiləyir.
Belə hesab edilir ki, Çinin iqtisadi islahatlarının əsasında kənd təsərrüfatının inkişafı dururdu. Syaopin ölkədə insanların qarınlarını doyurmağı, ağır sənayenin inkişafından daha üstün tuturdu. Den Syaopin kənd təsərrüfatında lizinq modeli ilə, ölkədəki torpaqlar üzərində dövlətin sahibkarlığını saxlamaqla, əkinçilərə torpaq sahələrini kirayə verdi. Əkinçilər isə müəyyən edilmiş sabit kvota həcmində məhsulu dövlətə verir, artıq qalanını isə böyük şəhərlərdə satırdılar. 1982-ci ildə isə Syaopin kəndlərdə kolxozları ləğv etdi və bütün torpaqlar əkinçilərin ixtiyarına verildi. 1978-1982 illər arasında əkinçilərin orta aylıq gəlirləri iki dəfə artdı və bu uğur Syaopinə yeni islahatlar üçün həm xalq, həm də partiya tərəfindən dəstəyin verilməsini təmin etdi.
Akademik Ziya Səmədzadənin və ona istinadən Əli Dadaşzadənin yazdığına görə, Syaopinin islahatlarının əsas fərqli cəhətlərindən biri də onun siyasi uğuru iqtisadi uğurlar sayəsində qazanması idi. Belə ki, Den Syaopin ölkədə totalitar rejimi iqtisadi islahatların əsas fiquru kimi görürdü və onların dəstəyini almadan hərəkət etmirdi. Syaopin Çinin sosialist rejimə ehtiyacı olduğunu bilirdi. Ən əsası, Syaopin partiyanın şəxsiyyətə pərəstiş siyasətini dəylşmək istəmirdi və ancaq gələcəyə baxırdı. Ona görə də, o, ölkədə yalnız iqtisadi islahat həyata keçirirdi və siyasi islahata yaxın durmurdu.
Yekunda onu qeyd etmək lazımdır ki, Syaopinin modeli sosialist ölkəni uğurla açıq dünya iqtisadiyyatına transformasiya edən iqtisadi möcüzədir. Bu möcüzə sayəsində ötən əsrin 70-ci illərindən sonra Çin iqtisadiyyatı böyük irəliləmələr əldə edərək, ÜDM-in həcminə görə dünyanın ən qabaqcıl ölkələri sıralamasında öz yerini tutdu. Çinin nə qədər böyük nəaliyyət əldə etdiyini başa düşmək üçün onu demək kifayətdir ki, 1970-ci ildə SSRİ-nin ÜDM-i Çinin ÜDM-dən 4 dəfə çox idisə, indi Çinin ÜDM-i 14 trilyon dollara çatdığı halda, Rusiyanın ÜDM-i cəmi 1,7 trilyon dollar səviyyəsindədir. Bəli, Çin iqtisadiyyatı bugün Rusiyanın iqtisadiyyatından 8 dəfə böyükdür.
Dostları ilə paylaş: |