Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə32/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   28   29   30   31   32   33   34   35   ...   78
Den Syaopin
Lakin XX əsrin 70-ci illərində Çin iqtisadiyyatında baş verən böyüməni sadəcə Syaopinin islahatları ilə bağlamaq doğru olmaz. Əslində, hər şey 1972-ci ilin iyun ayından sonra başlayıb. Həmin ay Pekinə Qonkonqdan baron Rotşild gəlmiş, Çin rəhbərliyi ilə, o cümlədən həmin vaxt Çinin ikinci adamı, Maonun sağ əli olan Den Syaopinlə və Çin Xalq Respublikasının Dövlət Şurasının sədri Çjou Enalay ilə gizli görüşlər keçirmişdi. Baron Rotşilddən öncə isə ölkəyə Henri Kissencer və Rokfellerlərin təmsilçisi gəlmişdilər. Məqsəd Çini SSRİ-yə qarşı gücləndirmək və ABŞ-ın nüfuz dairəsinə çəkmək idi.

Henri Kissencerin Çin ziyarətindən sonra dövrün ABŞ prezidenti olan Riçard Niksona aşağıdakıları söylədiyi məlumdur:

“Tarixi perspektiv baxımından Çinlilər ruslardan daha təhlükəlidirlər... ABŞ rusları cəzalandırmaq üçün Pekin və Moskva arasında olan qarşıdurmadan istifadə etməlidir”.

Həmin dövrdə Rokfellerlərin Çin rəhbərliyinə borc qismində külli miqdarda dollar verməyi təklif etdiyi, fərət Çin rəhbərliyinin bu təklifi şübhəli hesab edərək, ondan imtina etdiyi məlumdur. Bunun üçün bankçılıq metodlarında dəyişiklik etmək və Qərb modelinə keçmək lazım idi. Bu, həmin dövrdə yolverilməz hesab edilmişdi.

Bu həmin dövr idi ki, Çində Mao Tszedun tərəfindən elann edilmiş “mədəni inqilab” ayaq tutub yürüyür və bu da ölkəni eynən SSRİ kimi Çini də iqtisadi fəlakətə doğru sürükləməkdə idi. Belə bir şəraitdə islahatlara ehtiyac qaçılmaz hal halmışdı. Fəqət nə qədər ki, qoca Mao sağ idi, bunu etmək mümkün deyildi.

Çin nöcüzəsi
Rokfellerlər dolların qızıla bağlılığını qırdıqdan və qarşılıqsız pul basmaq yolunu tutduqdan sonra Rotşildlər bunun gec-tez ABŞ-ı da iqtisadi fəlakətə sürükləyəcəyini anlamışdılar. Odur ki, ailənin üzvləri öz sərvətlərinin güvənliyini düşünmək məcburiyyətində idilər. Bunun üçünsə dolların hakim olmadığı güvənli bir yer tapmaq vacib idi. Belə bir yer isə işçi qüvvəsinin son dərəcə ucuz olduğu, inanılmaz dərəcədə böyük daxili istehlak bazarına sahib olan Çin ola bilərdi. Çox düşündükdən sonra Rotşildlər artıq seçimini etmişdilər. Baron Rotşildin Çinə səfərinin əsl səbəbi də məhz bu idi. Onlar nəzarətləri altında olan bütün şirkətləri Çinə köçürməyə və Çini “ümumdünya fabriki”nə çevirməyə qərar vermişdilər.

Bu, Çinə sınırsız valyuta və texnologiya axınını təmin edəcək və bu yolla Çin tez bir zamanda dünya liderinə çevrilmək imkanı əldə edəcəkdi. Buna nail olmaq üçünsə sadəcə islahatlara start verilməli idi. Maonun ölümü və Den Syaopinin hakimiyyətə gəlişindən sonra islahatlara start verildi və nəticə artıq göz qabağındadır.

Bu gün Rotşildlər Çin üzərindən özlərinin yeni Dünya düzənlərini qurmağa girişmişlər. “Bir zolaq, bir yol” layihəsi həmin düzənin onurğa sütununu, Çin Kommunist Partiyasının sahib olduğu kommunizm ideologiyası isə həmin düzənin ideoloji əsasını təmin etməlidir. Təsadüfi deyil ki, Net Rotşil özünün tvitter hesabından 1 may 2020-ci il tarixində etdiyi bir paylaçımında qlobal sosializm və kommunizmə həyatında heç vaxt bu qədər yaxın olmadığını vurğulamışdır.

Elmi-texniki inkişaf, daha doğrusu, 4-cü sənaye inqilabı sözügedən ideologiyaya öz korrektəsini gətirib və bu gün söhbət artıq Karl Marks, Fridrix Engels, Vladimir Ulyanov (Lenin) və Mao Tszedunun təsəvvürlərindəki klassik komminizmdən yox, öncəki fəsillərdə anlatmağa çalışdığımız dijital kommunizmdən gedir.

Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin