Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Uluq Orda (Turan) xaqanlarının yarlıqları nədən və kimdən xəbər verir?



Yüklə 14,92 Mb.
səhifə42/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   38   39   40   41   42   43   44   45   ...   78
Uluq Orda (Turan) xaqanlarının yarlıqları nədən və kimdən xəbər verir?
İohannes Fridrix özünün “Yazı tarixi” kitabında Çingiz xanın və oğullarınn dövründə uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır. Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum olan və dövrümüzədək “Şəcərət əl - Ətrak” (Türklərin şəcərəsi) adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd şeri də uyğur türkcəsindədir:

“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,

Terek tubtin cıqılsa turquzar olum Cuçi dur”.

Marko Polonun verdiyi məlumatdan da belə məlum olur ki, Hubilay apostola (həvariyə) göndərdiyi məktubu türk dilində yazmışdı.

Tatarlar, əlbəttə ki, Çingiz Xandan da öncə Kaşğarlı Mahmudun “xaqanların dili” və ya “xaqaniyyə türkcəsi” kimi vəsf etdiyi uyğur yazısı ilə tanış idilər. Çünki, tarixi qaynaqlardan da göründüyü kimi, uyğurlarla iç-içə yaşayırdılar. Təsadüfi deyil ki, Orxon-Yenisey abidələri içərisində tatarlar barədə ən son məlumatın bulunduğu abidə Uyğur xaqanı Eletmiş Bilgə Xaqanın (716-cı il) Moqon Şine Usda yerləşən epitafiyasıdır.

Çin mənbələrindən belə aydın olur ki, tatarlar Uyğur Xaqanlığı dövründə, daha doğrusu, uyğurların Turana hakim olduqları dövrdə (744-840) uyğurların təəbələrindən biri idilər. Məsələn XII əsr müəllifi Van Mintszi sözügedən dövrü göz önündə tutaraq, onlardan uyğur naxırlarının çobanları kimi bəhs etməkdədir. Van Yande isə Çin elçisinin tatar və uyğurlara baş çəkməsi barədə məlumat verməkdədir.

Tatarların adı təkcə Orxon-Yenisey abidələrində deyil, bəzi uyğur yazılarında da keçməkdədir. Bu baxımdan Doloogoidoi yazılarını misal çəkmək olar. Həmin yazılar indiki Monqolustan ərazisində Uvs aymağına bağlı Har-Us adlı bölgədə “Doloogoidoi Bulş” kimi bilinən büyük bir kurqanda 1955-ci ildə arxeolog Ts. Dorjsüren tərəfindən aşkarlanmışdır. Ts. Battulğanın yazdığına görə, “Məzar alanında yapılan kazı çalışması sonucunda yazıt dışında başka herhangi bir kalıntıya rastlanılmamıştır. Ts. Dorjsüren, bordo renkli iki taş üzerinde runik yazının ve uygur yazısının oyma yöntemiyle yazılmış olduğunu tespit etmiştir. Günümüzde bu iki taş, söz konusu bölgedeki araştırma müzesinde muhafaza edilmektedir. İlk olarak akademisyen B. Rintchen yazıtların resmini bir kitapta yayımlamıştır. Türkolog S. G. Klyaştorniy runik harfli yazıt hakkında ön bilgileri yayımlamış, ardından yazıtın hangi döneme ait olduğunu ve yazıtta anlatılanları makalesinde yayımlamıştır. Ünlü tarihçi L. N. Gumilyev, Doloogoidoi Yazıtı’nın tarihî önemi hakkında bilgi vermiştir. Uygur harfli yazıt üzerindeki yazının ön okuma çalışmalarını yaparak Rusçaya çevirisini Rus bilim adamı A. M. Şçerbak yapmıştır”.

Həmin yazının 3-cü sətrində “tatar” etnoniminə rast gəlməkdəyik.

A. Şerbak IX əsrə aid edilən uygur hərfli yazını aşağıdakı kimi transkripsiya etmişdir:

1. er atım Boğaz-tegin jeti jigirmi jaşımta Bur-uluğta

2. süledim miŋ jont altïm toquz jigirmi joqïmta


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin