Göyük Xaqanın Papa IV İnnokentiyə məktubunun ilk sətirləri
Çingizoğulları dövründə aid ən əski sənədlərdən biri olan, Hülakü Xan tərəfindən, Mengü Xanın adından Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərilən yarlıq dövrümüzədək ərəb dilinə tərcümədə yetişib. Bu yarlıq haqqında məlumatı İslam aləmində “Əbül Fərəc” və “İbnül-İbrî” adları altında tanınan XIII əsr suryani tarixçisi Qreqorius Bar Hebraeusun “Târîx-i Müxtəsərid-Düvəl adlı əsərindən almış oluruq. Sözügedən əsərin suryanicə variantı “Chronicon Syriacum” adlanmaqdadır.
Maraqlıdır ki, həmin yarlıq “Tarîx-i Müxtəsərid-Düvəl”də yer alsa da, “Chronicon Syriacum”da mövcud deyildir.
Bar Hebraeus Yaxın Şərqdəki tatar fütuhatına bilavasitə şahid olmuş, tatarlarla şəxsi əlaqələr belə qurmuşdu. O, tatar hökmdarı Hülakü Xan ilə də görüşmüş və suryani camaatının patrikləri üçün müxtəlif tərxanlıq yarlıqları almışdı. Əhməd Təküdar Xanın (öl.1284) da hüzurunda da olmuş və ondan da yarlıq almışdı. Elə bu səbəbdən də George Lane kimi bir sıra alimlər Bar Hebraeusun əsərində tatarlara olan isti münasibətin bundan qaynaqlandığı hesab edirlər.
Hülakü Xanın elmə məlum başqa bir yarlığı da Misirin Məmlüklü sultanı əl-Malik əl-Müzəffər Seyf əd-Din Qutuza (الملك المظفر سيف الدين قطز) ünvanlanmış yarlıqdır. O da dövrümüzədək ərəb dilinə tərcümədə yetişmişdir.
Elxanlılar (Hülakülər) dövründə Azərbaycanda və ətraf bölgələrdə işlənmiş rəsmi dövlət dilinin hansı dil olduğunu anlamağımız baxımından Mosul şəhərindən 30 km kənarda, Əl-Xıdır kəndində yerləşən Mar Bəhnam adlı bir suryani (nestorian) manastrının divarında uyğur əlifbası ilə, xaqaniyyə türkcəsində yazılmış bir kitabənin son dərəcə böyük önəmi var.
Sözügedən yazı barədə elm alıminə ilk məlumatı verən Josef Halevi olmuşdur. Mövzuya daha sonralar Niu Ruji, Osman Sertkaya, Bertold Spüler, Zeki Kaymaz və s. tədqiqatçılar toxunmuş, dəyərli fikirlər söyləmişlər.
Mar Bəhnam manastrı Sasanilər dövründə qırx tərəfdaşı ilə birlikdə öldürülən Bəhnamın və bacısı Saranın dəfn edildikləri yerdə tikilmişdir. 1127-ci ildən etibarən ətrafında yeni tikililər ucaldılmışdır. Onlardan biri manastırın sol tərəfində, ondan 5 m aralıda kiçik bir bina tək girişli bir bina var. Həmin binada aşağıya doğru enən 10 pilləli kiçik bir pilləkan, onun sonunda isə 5 m uzunluğunda bir dəhliz var. Dəhliz Mar Bəhnam və bacısı Saranın dəfn edildikləri silindir şəklində qübbəli bir yere aparır. O yerə “yeraltı türbə” deyilir.
1295-ci ildə altıncı Elxanlı hökmdarı Baydu Xanın əskərləri manastır, kilsə və türbəyə böyük ziyan vurmuşdular. Baydu Xandan sonra onun taxt-tacına sahib olan Müzəffər Xan bunu eşidən kimi kompleksin dərhal bərpa edilməsini əmr etmiş və onun buyuruğu ilə başlayan tikinti-bərpa işləri beş il sürmüş və 1300-cü ildə tamamlanmışdır.
Haqqında söhbət açdığımız yazı da divara məhz həmin dövrdə həkk edilmişdir.
Z. Kaymazın yazdığna görə, divar içərisindəki məzarın anıtsal qapısının ən üstündə bir sətirlik ərəbcə yazı vardır və onun tərcüməsi belədir: “Xətalı qul Məsud bin Yəqub bin Mübarək Nazikin əsəridir, ona rəhmət diləyənə uca Allah rəhmət etsin”.
Bu ərəbcə yazıdan sonra qapının üzü suryani yazısıyla üз tərəfdən yelən şəklində çevrələnmişdir. Buradaki bilgilərə görə Mar Bəhnam manastırı 1295-ci ildə Elxanın əskərləri tərəfindən yağmalanmış, belə olan halda baş rahib Yəqub durumu Müzəffər Xana şikayət etmiş və xan, peşimanlığını bildirərək manastıra bir hədiyyə bağışlamış, sözügedən uygur yazısının da məzara həkk edilməsini buyurmuşdur.
Suryani yazılı qisim qısa bir ərəbcə cümlə ilə bitirilmişdir: “Bu yazı Teymur Alsaıg tərəfindən yazılmıştır.
Bundan sonra sözügedən türkcə yazı gəlməkdədir. Ondan altda yenə də ərəbcə yazı var. Orada belə yazılıb: “Bu, rəhmətli ustad Məsud bin Yusuf əl-Fəssal tərəfindən yapılmışdır. Allah rəhmət eyləsin”.
Uygur hərfli mətnin uzunluğu 1.5 m-dir və bu bir dua mətnidir: Mətndə aşağıdakı sözlər yer alır:
Dostları ilə paylaş: |