Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Əbu Səid Bahadur Xan yarlığındin (yarlığından)



Yüklə 14,92 Mb.
səhifə48/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   44   45   46   47   48   49   50   51   ...   78
Əbu Səid Bahadur Xan yarlığındin (yarlığından).

Filan, filan, filan sözündin (sözündən).

Sahib Divan sözi (sözü).

Daha sonra farsca yazılmış əsas mətn gəlməkdədir:

Əbu Səid Bahadur Xanın 9 fevral 1331-ci il tarixli farsca yazılmış dördüncü yarlığının başlığında ərəbcə və türkcə qeyd edilmiş eyni kəlmələrlə rastlaşırıq.

Əbu Səid Bahadır Xanın yarlıqlarından daha ikisi dövrünmüzədək kitabə şəklində yetişmişdir. Bunlardan birincisi Ankara qalsına həkk edilmişdir, digəri isə Ani xarabalıqlarında üzə çıxarılmış və Ani camesinin hər kəs tərəfindən göreləbiləcək bir yerinə həkk edilmişdir. Hər iki yarlıq vergilərlə bağlıdır və farsca qələmə alınmışdır.

Elm aləminə hələlik xristian mitropolitlərinə verilmiş və əski slavyan dilinə tərcümə edilmiş yeddi xan yarlığı məlumdur. Bunlar aşağıdakılardır:

Mengü Teymur Xanın 1267-ci ildə mitropolit Kirillə verdiyi yarlıq.

Özbək Xanın 1313-cüildə mitropolit Pyotra vertiyi yarlıq.

Taytuqlu Xatunun 1347-ci ildə mitropoli İohana verdiyi yarlıq.

Taytuqlu Xatunun 1351-ci ildə mitropolit Feqnosta verdiyi yarlıq.

Taytuqlu Xatunun 1354-cü ildə mitropolit Alekseyə verdiyi yarlıq.

Berdibəg Xanın 1357-ci ildə mitropolit Alekseyə verdiyi yarlıq.

Bulaq Xanın 1379-cu ildə mitropolit Mixailə verdiyi yarlıq

Mengü Teymur Xanın 1267-ci ildə mitropolit Kirillə verdiyi yarlığın başlığının əski salvyan dilindən çağdaş Azərbaycan türkcəsinə tərcüməsi belədir: “Qıpçaq çarı Menqü Teymurun rus mitropolitlərinə və din xadimlərinə verdiyi yarlıq: Onların hər cür vergi və xəracdan azad edilməsi, ibadətlərinə sayqı göstərilməsi, tatar məmurlarının onları incitməkdən və sıxışdırmaqdan çəkinməsi, buna əməl etməyənlərin ölüm cəzasına məhkum edilməsi barədə”.

Özbək Xanın 1313-cüildə mitropolit Pyotra vertiyi yarlığın başlığında isə əski slavyanca bu sözlər yazılıb: “Qıpçaq çarı Özbəyin mitropolitə verdiyi yarlıq”.

Başlıqlardan göründüyü kimi, XIV əsrdə yaşayan ruslar Tatar xanlarını “Qıpçaq xanları” adlandırır, tatarlarla qıpçaqlar arasında heç bir fərq qoymurdular. Əlbəttə, mətnlərdə “tatar” etnoniminə də rast gəlinir. Məsələn, Toqay Toqlu Xatunun mitropolit Faqnosta verdiyi 1351-ci il tarixli yarlığın dövrümüzədək əski slavyan (rus) dilində yetişmiş tərcümə mətni bu sözlərlə başlayır: “По Ченибекову ярлыку Таидулино слово татарьским улусным князем и волостным и городным и селным дорогам и таможником и побережником и мимохожим послом или кто на какове дело придеть ко всем”.

Biz dövrün digər xan yarlıqların mətnindən çıxış edərək, bu sözləri çağdaş Azərbaycan türkcəsinə belə tərcümə etməyi lazım bildirk:

Canıbəyin buyuruğu.

Toqay Toqlu.

Sözüm.

Ön qol və sol qol oğlanlarına (əyalət başçılarına). Tümənbaşı, minbaşı, yüzbaşı, onbaşı bəylərinə. Daxili (ulus içi) şəhərlərə. Darğa və bəylərə. Dövlət katiblərinə (mirzələrinə). Gömrükçülərə və gömrük qapançılarına (tərəziçilərinə // tərəzibaşılarına). Yol göstərənlərə və yol nəzarətçilərinə. Poçt rəis və məmurlarına. Hamıya.

Əski slavyan (rus) mətnində diqqəti çəkən “Tатарьским улусным князем” (Tatar Ulusunun knyazlarına // bəylərinə) ifadəsini çağdaş ruscaya çevirən A. P. Qriqoryev nədənsə buradakı “Tatar” kəlməsini “Monqol” kəlməsi ilə əvəz etmək, mətnə orada olmayan İsa Gürgən adlı şəxsin adını artıqmaq qərarına gəlmiş, beləcə, mətnin məzmununu məqsədyönlü şəkildə təhrif etmişdir: “Джанибека повелением, мой, Тайдулы, указ Монгольского государства тем, под началом с Исой-гургеном, тысяч, сотен и десятков князьям, городов и селений даругам-князьям, писцам, таможникам, проезжим послам, многим людям, идущим по какому-нибудь делу, всем”.

Beləcə, ruslar Turan tarixini hafizələrdən silməyə çalışmış və tarix kitablarına saxta məlumatlar yerləşdirmişlər.

Avropa və rus qaynaqlarında adı daha çox “Taydula” və ya “Taydulu” kimi çəkilən Toqay Toqlu Xatun (?-1861) Uluq Ulus (Turan) dövlətinin xanı Özbək Xanın arvadı və onun oğlanların - Tinibəg və Canıbəgin, eləcə də Xorəzm hökmdarı Qutluq Teymurun oğlu Harun bəyə ərə verilmiş xan qızının anası idi.

1341-ci ilə Özbək Xanın ölümündən sonra Toqay Toqlu Xatunun oğlu Canibəglə birlikdə hakimiyyətə sahib olsa da, bu halla barışmayan Uluq Ulus (Turan) dövlətinin yüksək rütbəli məmurları buna qarşı çıxdılar və həmin dövrdə Xorəzmdə bulunan Tinibəgi xan seçdilər.

Toqay Toqlu Xatunun mitropolit Alekseyə verdiyi 11 fevral 1354-cü il tarixli yarlığın da əvvəlki yarlıqlar kimi uyğur hərfləri ilə, xaqaniyyə türkcəsində qələmə alınmış orijinalı dövrümüzədək yetişməmişdir. Fəqət əlimizə onun əski slavyan (rus) dilinə tərcümə mətni yetişmişdir

Dövrümüzədək mətni əski slavyan (rus) dilinə tərcümədə yetişmiş yarlıqlardan biri də Berdibəg Xanın mitropolit Alekseyə verdiyi 1357-ci il tarixli yarlıqdır. Əsli uyğur hərfləri ilə, xaqaniyyə türkcəsində qələmə alınmış olan bu sənədin orijinalı bugünə qədər tapılmamışdır.

Çingizoğulları soyundan səkkizinci Uluq Ulus (Turan) xanı olan Mühəmməd Berdibəg (1357-1359) Canıbəg Xanın oğlu və varisi idi. 1356-cı ildə atasının başçılığı ilə Azərbaycan səfərində iştirak etmiş, atası tərəfindən Təbriz hakimi təyin edilmişdi. Lakin elə həmin il Canıbəg Xanın xəstələndiyini eşidib geri dönmüşdü.

Berdibəg Xanın 1357-ci iıdə rus mitropoliti Alekseyə, 1358-ci ildə isə Azov dənizində və Krım sahillərində ticarətlə məşğul olan Venesiya tacirlərinə verdiyi yarlıqlar məşhurdur. Sonuncu yarlı sözügedən tacirlərə Kırımın Köktəbel və Sudak limanlarına enmək və orada ticarətlə məşğul olmaq hüququ verməkdə idi.

Dövrümüzədək mətni əski slavyan (rus) dilinə tərcümədə yetişmiş yarlıqlardan biri də Bulaq Xanın mitropolit Mixailə verdiyi 1379-cu il tarixli yarlıqdır. Əsli uyğur hərfləri ilə, xaqaniyyə türkcəsində qələmə alınmış olan bu sənədin orijinalı bugünə qədər tapılmamışdır.

Günümüzə bəzi Uluq Ulus (Turan) xanlarının yarlıqlarının latın və italyan dillərinə tərcümə variantları gəlib yetişmişdir. Bunlar əsasən Özbək Xanın, Canıbəg Xanın, Tanıbəg Xanın, Mengü Teymur Xanın, eləcə də Toqay Toqlu Xatun və Solxat hakimi Ramazanın Kırım sahillərində ticarətlə məşğul olan Venesiya və Genuya tacirlərinə verilmiş yarlıqlardır.



Sözügedən yarlıqlardan söhbət açan İ. Vaşari onları rus mitropolitlərinə verilən və dövrümüzədək əski slavyan dilində yetişmiş xan yarlıqları ilə müqayisə etmiş və bu sənədlərin məzmun və quruluşlarının bənzər olduğunu dilə gətirmişdir.

Yarlıqları elm aləminə məlum olan növbəti Uluq Ulus (Turan) xaqanı Toxtamış Xandır.

Toxtamışın Bəg Hacıya verdiyi yarlıq digər önəmli sənədlər kimi XV-XVIII əsrlərdə Turanın mərkəzi olmuş Krımın divan dəftərxanasında saxlanılmış və Krımın sonuncu hakimi tərəfindən knyaz M. Vorontsova təqdim edilmişdi.

Sənənd ard-arda bir-birinə yapışqanla yapışdırılmış və zamanın təsiri ilə saralmış 4 vərəqdən ibarətdir. Onların uzunluqları 33, 36, 35.5 və 18 sm-dir. Ümumilikdə isə yarlığın uzunluğu 119 sm, eni isə 25.2 sm təşkil edir.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin