Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Toxtamış Xanın Bəg Hacıya verdiyi yarlıq və ona vurulmuş möhürlər



Yüklə 14,92 Mb.
səhifə49/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   45   46   47   48   49   50   51   52   ...   78
Toxtamış Xanın Bəg Hacıya verdiyi yarlıq və ona vurulmuş möhürlər
Vərəq kənarlarının hər iki tərəfindən 5 sm-lik məsafə ilə ayrılan və 21 sm x 90 sm sahəni tutan mətn qara mürəkkəblə, “divani” və ya “cəliy” adlandırılan gözəl ərəb xətti ilə, xaqaniyyə türkcəsində yazılmışdır. Buradakı bütöv sətirlərin uzunluğu 21, qısa sətirlərin uzunluğu isə 11 sm-ə çatır. Hərflərin hündürlüy əlif hərfi də diqqətə alınmaqla 1.5 – 2 sm, sətirlərin ümumi eni isə 4-6 sm-dir.

Mətndəki “xan” və onu əvəz edən əvəzlik qızıl hərflərlə yazılması ilə digər sözlərdən fərqlənir. Mətndə Teymur Poladın adı və şağıdakı sözlər də eyni qaydada, qızıl hərflərlə qeyd edilib:



Burada eynən Yaqayloya göndərilmiş sonrakı yarlıqda olduğu kimi iki kvadrat möhür var. Onların ölçüləri sözügedən sonrakı möhürlərdən təqribən iki dəfə böyükdür. Tərəflərinin uzunluğu 12 sm-dir (12 sm x 12 sm). Yaqayloya göndərilmiş yarlıqdakı möhürdən əsas fərq bir də odur ki, burada “sultan” kəlməsindən öncə tamğaya bənzər işarələr var.

Möhürlərin ortasında ərəbcə bu sözlər yazılıb:

Əl-Sultan əl-Adil Toğtamış (Ədalətli Sultan Toxtamış)

Bu kəlməni əhatə edən haşiyədə isə ərəbcə aşağıdakı sözlər qeyd edilib:

Bismillah əl-Rəhman əl-Rəhim la ilahə illəllah (Rəhman və Rəhim olan Allahın adı ilə. Yoxdur başqa ilah (tanrı).

Allah. Mühəmməd rəsululllah (Allah. Məhəmməd Allahın elçisidir).

Möhürlərdən birincisi 7-8-ci sətirlərin qarşısına, sağ tərəfə, 2 və 3-cü vərəqlərin birləşdiyi yerə vurulub. İkinci möhür isə 4-cü vərəqdə, 14-15-ci sətirlərin sol tərəfində yer almaqdadır.

Pis vəziyyətdə olan sənəd 1970-ci ildə restavrasiya edilib. Bununla belə, bəzi hərflər və sözləri müəyyənləşdirmək olmur.

Toxtamış tərəfindən Sutkul soyundan olan Bəg Hacı adlı şəxsə verilən və tərxan yarlıqları tipindən olan sözügedən sənədin məqsədi vaxtilə tümən bəyi (əmir) Teymur Polad tərəfindən Sutkul soyuna tanınmış imtiyazların təsdiq edilməsi idı. Həmin sənəd knyaz M. Vorontsovun əlinə düşdükdən sonra surətinin çıxarılması üçün Odessa Tarix və Əntiq Əşyalar Cəmiyyətinə təqdim edilmiş, orada A. Borzenkov tərəfindən onun gerçək ölçülərində litoqrafik surəti çıxarılmışdır. Tarmonin soyadlı mütəxəssis mətnin sadələşdirilmiş ərəb qrafikası ilə transkripsiyasını tərtib etmiş, Rusiya Xarici İşlər Nazirliyinin tatar dili üzrə birinci draqmonu Yartsov isə onun ilk tərcümə variantını gerçəkləşdirmişdir. Bundan sonra yarlıq Q. Qriqoryevin yazdığı ön söz və şərhlərlə birlikdə dərc edilmişdir.



Mətnin uyğur türkcəsindəki orijinalı və çağdaş Azərbaycan türkcəsinə sətirbəsətir təqribi tərcüməsi belədir:

  1. Ərəb dilində yazılmış dua:




2. Toğtamış. Sözüm. Mən – Toxtamış Xanın sözüdür.

3. Qırım tumanınq Qutlu Buğa başlı daruğa bəgləringə. Başında Qutlu Buğanın durduğu Kırım vilyətinintinin bəylərinə.

4. Qazi, müftiləringə, şeyx və məşayexləringə, divan bitikləçiləringə. Qazi və müftilərə, şeyxə və əyalətlərdəki təmsilçilərinə, dövlət divanının mirzələrinə // katiblərinə.

5. Tamğaçi tartanqçilariğa, bukavul tutğavullarğan kim hər fət ağalarınğa. Gömrükçü və qapancılara (gömrük tərəziçilərinə), yol nəzarətçilərinə, kimliyindən və məqamından asılı olmayaraq, ağalara.

6. Barçağa. Bu yarlığını tutub turğan Bəg Hacığa bəpnahlığ ili cümləsin... Hamıya. Bu yarlığı tutub duran (yarlığa sahib olan, yarlığı təqdim edən) Bəg Hacıya və onun cümlə (bütün) elinə (tayfasına)...

7... bizninq sıyurğal bulub, Sutkul ildin yıl sanı nı kim çığar çığışın mərfular berlə barçası beytülmal. ...bizim tərəfimizdən siyurğal edilib (iqta torpaqlrı və mülklər istifadə üçün icarəyə verilib). Sutkul elinə bu ildən etibarən vergi-xərac tətbiq edilməsin. Onlar ixtiyarına verilənlərin hamısı beytülmaldır.

8. Berildi bu kündin ilgəri sutkulğa salığ müsəmma salmasunlar ulağ şusun tiləməsünlər. Anbar həqqi ikin xr... Verildi ki, bu gündən etibarən sutkudan (sutkul elindən) heç bir ödəniş istənməsin, anbar haqqı da daxil olmaqla...

9... tiləməsünlər. Tumandin ərkdin bulub Qırım içində, tışında, qonumlarda sutkulğa tbanlığ kişilərin kim ərsə tiyamasunlar. ...haqq tələb edilməsin. Vilayətdə, Krımın daxilində və xaricindəki

10. Barçaları bir yergə cəm bulub çığar-çığışların usal qılmadan himayət inayət bulmadin payza yarlığlığ tərxan... Hamısı bir yerə cəm olub vergi-xərac tətbiq edilmədən, inayət bulmadan sözsüz himayə edilsinlər (?). Bu payza (metaldan hazırlanmış xüsusi təsdiqləyici nişan) və tərxan yarlığı ...

11... betmədin Bəg Hacığa künilik berlə barçalarınğız buğarın küc beringlər tib Təmür Pulad. Bəg Hacıya və elinə daha öncə Teymur Polad tərəfindən verilmiş imtiyazları təsdiqləyir.

12. Bulay tidurğaç ərsə tuman salığın qismətin salğanlar zəhmət yuncuğ tikurğanlar. Vilayətin gəlir-çıxarlarını tənzimləyənlər onlara zəhmət versələr, çətinlik çıxarsalar, buna görə cavab verməli olacaqlar (?).

13. Qurh(m?)arlar ərnə bsaps Bəg Hacı bulay siyurğaym tib miskin yarlığlarğa küc qılur bulsınq singə təqi ez(d?)gusi bulmağay. Əgər Bəg Hacı miskinlərə (fəqir-füqaraya) əziyyət versə, buna görə cavab verəcəkdir (?).

14. Tib tuta turğuğa altamğalığ yarlığ berildi tn ortubadə qrda tbaldi. Yarlıq Ortubada (Ortuba şəhərində?) verildi, aşağıdakı qırmızı möhürlə təsdiq edildi.

15. Təhərrərən ərrabe vəl eşrin şəhr ziqədə sənə ərbəə və tesun piçin yılı berildi Yarlıq meymun ilinin yayında, 94-cü ilin (?) Zülqədə ayının 24-də verildi.

Uluq Ulusun xaqanı Toxtamış Xanın Polşa kralı Yaqayloya göndərdiyi yarlıq Polşanın qədim sənədlərin qorunduğu Baş Arxivində, 5612 nömrəli şifrə altında qorunmaqdadır. Bundan öncə isə sözügedən yarlıq Polşa Kral Arxivində saxlanılırdı. XIX əsrin əvvəllərində həmin sənədi üzə çıxaran Naruşeviç soyadlı polyak alimi onun surətini çıxarmış və Rusiya Xarici İşlər Nazirliyinin Baş Arxivinə göndərmişdi. 1834-cü ildə həmin sənəd Kazan Universitetinin üzvü K. Obolenskinin diqqətini çəkir. O da sələfi kimi yarlığın dəqiq surətini çıxararaq tədqiq edilməsi üçün Kazan Universitetinin professorları A. Kovalevskiy və Mirzə Kazım bəyə göndərir.

Toxtamışın uyğur əlifbası ilə türkcə (xaqaniyyə türkcəsi ilə) qələmə alınmış olan yarlığının orijinalı iki xüsusi hamarlanmış vərəqdə yazılmışdır. Bunlardan birincisinin uzunluğu 40 sm, ikincisininki isə təqribən 42,22 sm-dir. Hər iki vərəqin eni təqribən 17 sm-dir. Yazı hər iki vərəqin sadəcə bir üzünə həkk edilmiş, vərəqin digər üzləri təmiz saxlanmışdır. Sətirlərin sayı birinci vərəqdə 13, ikincisində isə 12 olmaqla üst-üstə 25-dir.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin