Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


Neftin qiymətinin 2020-ci ilin mart ayındakı düşüşünü əks etdirən qrafik



Yüklə 14,92 Mb.
səhifə3/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   2   3   4   5   6   7   8   9   ...   78
Neftin qiymətinin 2020-ci ilin mart ayındakı düşüşünü əks etdirən qrafik
Maraqlıdır ki, təkcə ABŞ-da 1200 neft şirkəti qeydə alınınb və dediyimiz sürədə onlarda 1100-ü tam iflas həddinə gəlib çatmışdı. Bu ölkədə 20. 04. 2020 tarixində neftin qiyməti 304.60% azalaraq -37 dollar 60 sentə düşmüşdü. Bu o demək idi ki, ABŞ bir barrel neft satmaq üçün onu alıcıya nəinki havayı verməli, üstəlik də üstündə 37,6 dollar pul ödəməli idi.

2 may 2020-ci il tarixindəki göstəricilər yuxarıdakı qrafikdəki göstəriciyə nisbətən stabilləşmədən xəbər verirdi və aşağıdakı kimi idi:

Şübhəsiz ki, neft bazarındakı çöküş ümumdünya sənayesindəki azalmanın və neftə tələbatın azalmasının məntiqi nəticəsi idi. Bu hal milli gəlirinin böyük hissəsinin neft ixracatından əldə edən ölkələrin iqtisadiyyatlarına böyük zərbə oldu. Bu sırada gəlirlərinin 90 faizini neft ixracatı təşkil edən İraqı, eləcə də Qətəri (87%), Səudiyyə Ərəbistanını (93%), Birləşmiş Ərəb Əmirliklərini (67%), Bəhreyni (64%), Küveyti (84), İranı (86%), Rusiyanı (69%) və s. ölkələri misal çəkmək olar.


bbb
Maraqlıdır ki, 2019-cu ildə BMF növbəti 2020-ci ildə 3.3% yüksəliş gözləməkdə idi, fəqət koronavirus hər şeyi alt-üst etdi. Və proqnozlar koordinal şəkildə dəyişdi. Belə ki, hazırda Beynəlxalq Valyuta Fondunun 2020-ci ilə olan proqnozlarına görə, dünya iqtisadiyyatını Böyük depresiyya illərindən bu günə qədər ən böyük geriləmə gözləyir. Belə hesab edilir ki, stabilləşmə 2021-ci ildə, yalnız koronavirus üzərində qələbə çalındıqdan sonra baş verəcək. Təbii ki, qələbə çalınarsa. Ona qədər isə dünya ÜDM-nin 7,5%, Almaniyanın eyni göstəricisinin 7%, İtaliyanınkının 9,1% azalacaq. Koronavirus bəlası aşılarsa, 2021-ci ildə dünya iqtisadiyyatı 4,7%, Almaniyanın iqtisadiyyatı isə 5.2 % arta bilər.

2020-ci ildə MDB məkanında da azalma gözlənilir. Proqnozlara görə, Rusiyada ÜDN-nin 5,5%, Ukraynada 7,7%, Belorusda 7% azalma olacaq. Koronavirusdan sonra isə Rusiya və Belorusun iqtisadi göstəricilərinin 3,5%, Ukraynanınkının isə 3,6% arta biləcəyi söylənilir.

Koronavirusun ortaya çıxması, ardınca da ölkələr arasında karantin məqsədilə sərhədlərin bağlanması nəqliyyat, beynəlxalq ticarət, turizm və s. kimi sektorların da çökməsinə səbəb olmuşdur. Məsələn, koronavirus olayından öncə hava yolu şirkətləri tərəfindən hər gün orta hesabla 107 min uçuş gerçəkləşdirilməkdə, 11,9 milyon sərnişin daşınmaqda idisə, virusun ortaya çıxması ilə bu rəqəmlər, 20 aprel 2020-ci il tarixinin statistikasına görə, ortalama 5 min uçuşa və 996 min sərnişinə enmiş vəziyyətdədir.

Bütün dünyada müxtəlif sahələrdə 3 milyard 300 milyon adam çalışırdısa, koronavirusun ortaya çıxması ilə bu rəqəm də aşağı düşdü, 2,7 milyard nəfərin durumu önəmli dərəcədə pisləşdi. Bunlardan bir qismi iş yerini itirdi, bir qismi maaşsız məzuniyyətə göndərildi, digər bir qismi də daha nisbətən az maaşla, uzaqdan çalışma şərti ilə, evində oturmağa məhkum edildi.

Koronavirusdan iqtisadiyyatları ən çox zərər görmüş ölkələr içərisində Çin, ABŞ, İngiltərə, İtaliya, İspaniya, Almaniya, Braziliya, Rusiya və təbii ki, neft ixrac edən körfəz ölkələri öndə gəlməkdədirlər. Təkcə belə bir faktı qeyd edək ki, sözügedən ölkələrdə tikilməsi planlaşdırılan 50 və daha çox mərtəbəli 613 binanın inşaası dayandırılıb ki, bu da dünyanın inşaat sektorunda necə bir tənəzzüllə üz-üzə qaldığının ən bariz göstəricisidir.

Beynəlxalq İşçi Təşkilatının (İLO) verdiyi məlumata görə, yaxın zamanda 195 milyon və ya daha çox adamın işsiz qalma ehtimalı var. 2020-ci il böhranını əvvəlki illərin böhranı ilə müqayisə etsək, hazırda vəziyyətin daha kritik olduğunu görə bilərik. Məsələn, 1982-ci il iqtisadi böhranı zamanı 4 milyon, 1991-ci il böhranı zamanı 5 milyon, 2001-də 14 milyon, 2008-də 28 milyon adam işsiz qalmışdısa, 2020-ci ilin ilk rübündə bu göstərici 124 milyona yüksəlmişdir.

Ən maraqlı faktlardan biri də budur ki, pandemiyadan öncə Yer üzndə 30 milyon və daha çox sərvətə sahib olan 513 min adam var idi. Hazırda onların sayı 441 min nəfərə düşüb və bu, sadəcə 40 gün ərzində baş verirb. Buna paralel olaraq da onların sahib olduqları şirkət və daşınmaz əmlakın dəyəri əvvəlkinə nisbətən bir neçə dəfə azalıb.

İndi ortaya belə bir sual çıxmaqdadır: Dünya iqtisadiyyatında önəmli paya sahib olan böyük şirkətləri bilərəkdən müflisləşdirməkdə məqsəd nədir?

Cavab sadədir. Məqsəd onların ilk mərhələdə milliləşdirilməsinə, başqa sözlə, dövlətlərin mülkiyyətinə, sonrakı mərhələdə isə “Dünya hökuməti”nin monopoliyasına keçməsini təmin etməkdir. Bunsuz “Dijital Kommunizm” cəmiyyətinə keçid mümkün deyil. İş adamlarının müflisləşdirilməsi ilə isə həmin cəmiyyətin əsas prinsiplərindən biri olan “siniflər arasında fərqin aradan qaldırılması” şərtinin gerçəkləşdirilməsinə start verilmişdir. Kapitalizm dövrünün əsas atributu olan burjua sinfinə postkapitalizm, yəni vijital kommunizm dövründə yer olmayacaq.

Bəli, məhz DİJİTAL KOMMUNİZM...


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin