BəXTİyar tuncay etnoqonik miFLƏR


SAXA-YAKUT TÜRKLƏRİNİN ETNOQONİK MİF, RƏVAYƏT VƏ DASTANLARI



Yüklə 1,66 Mb.
səhifə98/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   94   95   96   97   98   99   100   101   ...   165
SAXA-YAKUT TÜRKLƏRİNİN ETNOQONİK MİF, RƏVAYƏT VƏ DASTANLARI
Saxa-yakut xalqının etnogenezi ilə bağlı məqamları özündə əks etdirən “Ər Soqotox” dastanı, eləcə də bu xalqın dili onun əsas nüvəsinin xalis türk elementindən təşkil olunduğunu birmə­nalı şəkildə təsdiq edir. Eləcə də aparılmış genetik testlər də eyni məqamdan xəbər verir. Bununla belə, saxa-yakut türkcəsi çuvaş türkcəsi ilə yanaşı kök (ana) türkcədən çox uzaqlaşmışdır. Mütə­xəssislərin fikrincə, bunun da səbəbi sözügedən dilə yerli tun­qus-mancur (evenk və even), monqol və fin-uqor dillərindən çox sayda yad substratın qarışmasıdır. Görkəmli türkoloq Fərhad Zeynalovun yazdığına görə, yakut dilində özünü göstərən fərq­lənmələr bir tərəfdən bu dilin ən qədim türk qəbilə və tayfa bir­liklərinin təmərküzləşməsi nəticəsində ortaya çıxması, sonralar yeni türk dilləri, əsasən, Sibir türkləri (xakas, şor, tuva, çülım və s.) ilə təmasda olması və ən başlıcası isə monqol, tunqus-man­cur, evenk dillərinin təsiri altında olması ilə izah oluna bilər (Zey­nalov, 1981, səh. 335).

Yəni bir vaxtlar Lena çayı hövzəsinə kütləvi köç edən türk-sak tayfaları buranın aborigen xalqları ilə qaynayıb-qarışmış, nəticədə saxa-yakut xalqı yaranmışdır. Elə bu səbəbdən də ani­mist və kosmoqonik təsəvvürləri Sibir və Altayın digər türk xalq­larının mifik təsəvvürləri ilə üst-üstə düşən saxa-yakutların mifoloji sistemində digər türk xalqlarının mifoloji sisteminə xas olan ortaq, ənənəvi personajların adlarına rast gəlinmir. Əvə­zində isə digər türk xalqlarınınkından fərqli personajlarla üzləşi­rik. Halbuki, eynən saxa-yakutlar kimi sakların birbaşa varislə­rin­dən sayılan saqay türklərinin əsas mifoloji personajları ilə Al­tay, xakas, şor, kumandı və s. türk xalqlarının mifik personajları tam bir eyniyyət təşkil edir.

XVII əsrin yazılı mənbələrində saxa-yakutların inancları barədə qeydlərə çox nadir hallarda rast gəlinir. Eyni hal XVlll əsrin ilk rübündə davam etməkdədir. Yəni sözügedən zaman di­limində bu xalqın inanclar sistemi xüsusi tədqiq olunmamışdır. Həmin dövrdə daha çox saxa-yakutların yaşadıqları ölkənin coğ­rafiyası, bu xalqın tarixi və etnoqrafiyası diqqət mərkəzində ol­muşdur (Иванов, 1974, səh. 77). S.A.Tokarevin fikrincə, XVII-XVIII əsrin ilk rübündə regiona göndərilən ekspedisiyalara rəh­bərlik etmiş İ.K.Kirillov, V.N.Tatişev, Q.F.Miller, İ.Q.Qmelin və Y.İ.Lindenaunun qeydləri o qədər ətrafı və zəngindir ki, Sibirin etnoqrafiyası barədə əvəzsiz mənbə rolunu oynaya bilərlər (Токарев, 1966, səh. 87).

Saxa-yakutların inanclar sisteminin bilavasitə tədqiqat ob­yektinə çevrilməsi əsasən XIX-XX əsrləri əhatə etməkdədir ki, bu istiqamətdə İ.A.Xudyakovun, N.A.Vitaşevskinin, V.M.İono­vun, E.K.Pekarskinin, V.L.Seroşevskinin, V.F.Troşanskinin, S.V.Yastremskinin, V.N.Vasilyevin əməyini xüsusi qeyd etmək lazımdır. N.A.Alekseyev (Алексеев, 1984, səh. 11-12) həmin dövrdə dərc edilmiş tədqiqat əsərlərini üç qrupa ayırır: 1. Ya­kutların inancları barədə sosial proqramların nəticələri (Со­ловьев, 1976; Припузов, 1884; Слепцов, 1886); 2. Yakutların inanc sistemi barədə onların etnoqrafiyasına həsr edilmiş təd­qiqatlar çərçivəsində toxunulması (Миддендорф, 1896, səh. 789-828; Маак, 1887; Худяков, 1969; Серошевский, 1896); 3. Xüsusi dinşünaslıq mövzulu tədqiqatlar (Виташевский, 1890; Ястремский, 1897; Трошанский, 1904; Приклонский, 1886; Пекарский, Васильев, 1910).

Saxa-yakutlardan toplanan yaradılış dastanları cüzi fərqlərə baxmayaraq, Altayda yazıya köçürülmüş dastanlara bənzəyir. Bu da təbiidir. Çünki həm altaylılar, həm də saxa-yakutlar mən­şəcə türkdürlər və bütün bu dastanlar da ümumtürk mahiyyəti daşıyırlar.

Saxalardan (yakutlardan) toplanan dastanlar bir neçə va­riant təşkil etməkdədir. Seroşevskinin topladığı I variantın məz­munu belədir:




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin