"Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (Əl-Bəqərə surəsi, 152-ci ayə).
"Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (Əl-Əhzəb surəsi, 35-ci ayə).
Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər demişdir:
“Allah kəlmələrdən dördünü seçdi: “Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”.
Kim “Subhənəllah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-Aləmin)”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər.”
Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Müəyyən vaxta və hala görə edilən xüsusi zikrlər vardır. Peyğəmbər (s) yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.
Uca Allahı zikr etmək insanı Allaha yaxınlaşdırır. Peyğəmbər (s) demişdir:
“Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm” (əl-Buxari, 6856).
Böyük İslam alimi imam ən-Nəvəvi bu hədisi şərh edərkən belə demişdir:
“Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti və yardımı ilə yaxınlaşar. Bəndə Allaha nə qədər çox müti olarsa, Onun mərhəməti də bir o qədər çox olar. Bəndə Allahın itaətinə tələsərək gələrsə, Allah da ona mərhəmətini yağdırar, onu qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaz. Bəndənin Allaha yaxınlaşmasının dərəcəsinə görə mükafatı qat-qat verilir”.
Beləliklə, İblisi qəlblərdən qovmağın ən gözəl yolu zikrdir.
Allahı zikr etməyənlər, Ona sığınmayanlar çox vaxt özləri də bilmədən və istəmədən şeytanların qurduğu tora düşür və tora düşdüklərindən heç xəbərləri belə olmur. Elə bu səbəbdən də Allah-Təala Əz-Züxruf surəsinin 37-ci ayəsində belə deyir:
“Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər”.
Tora düşənlər içərisində, çox-çox təəssüflər olsun ki, hidayət olunaraq, iman sahibi olmuşlar da az deyil. Belələri haqqında Allah –Təala buyurur:
“Hidayət yolunu tanıdıqdan sonra (haqdan dönüb) geriyə üz tutanlara şeytan (günah işləri) gözəl göstərdi və onlara uzun ömür vəd etdi”(Mühəmməd surəsi, 25-ci ayə).
Belə insanlar zənnə qapılaraq özlərini məhvə məhkum edənlərdir və onlar haqqında Əl-Fəth surəsinin 12-ci ayəsində bunlar yazılıb:
“Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, (şeytan tərəfindən) qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb məhvə məhkum adamlar oldunuz”.
Söhbətin bu yerində zənn haqqında da bir-iki kəlmə söyləməyə ehtiyac var. Çünki zikr insanları şeytanlardan uzaqlaşdırdığı kimi zənn də yaxınlaşdırır və tora düşmələrinə səbəb olur.
Bəri başdan qeyd edək ki, zənn iki cürdür:
1. Hüsnü zənn, yəni yaxşı zənn
2. Sui-zənn, yəni pis zənn.
Hüsnü zənn etmək günah deyil. Əksinə bəyənilən bir şeydir. Sui-zənn etmək isə günahdır və bəyənilməyən bir haldır. Sui-zənn bir müsəlmanı pis insan olaraq zənn etməkdir. Bir müsəlmanın günah işlədiyini zənn etmək sui-zəndir. Biz insanlar əsasən hadisələri öz gördüyümüz şəkliylə şərh edirik. Hətta çox vaxt dəqiq olaraq görmədiyimiz və ya bilmədiyimiz bir hadisəni şüphə və tərəddüd etmədən “yüzdə yüz bu iş belədir” deyə fikir irəli sürürük. Ancaq heç bir zaman, “görəsən, yanılmış ola bilərəmmi, bəlkə məsələ mən fikirləşdiyim kimi deyildir” deyə heç düşünmürük. Halbuki bu, zəndən başqa bir şey deyildir. Zənnin çoxu isə yalandır. Yalan isə Allah qatında ən böyük günahlardandır. Elə bu səbəblə Uca Allah zənn etməyi qəti bir şəkildə qadağan edərək belə buyurur:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Əl-Hücurat surəsi, 12-ci ayə).
Mücadilə surəsinin 19-cu ayəsində isə belə deyilir:
“Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır”.
Arxadan edilən söhbət və qeybətlərin də əsas səbəblərindən biri zənndir. Şeytandandır. Bu barədə Əl-Mücadilə surəsinin 10-cu ayəsindən xəbər almış oluruq:
“Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər”.
Bütün bu deyilənləri ümumiləşdirəsi olsaq, İblisin vəsvəsələrinin əsas hədəflərini aşağıdakı kimi qruplaşdıra bilərik:
Şirkə dəvət.
Böyük günahlara dəvət.
Kiçik günahlara dəvət
Məkruh əməllərə dəvət
Savabı çox olan işdən uzaqlaşdırmaq üçün savabı az olan işə dəvət.
Bidətə dəvət
Bunlardan birincisi şirkə dəvətdir. Şirk nədir?
Tövhidin ziddi olan şirk “Allaha şərik qoşmaq” deməkdir.
Şirkin ən böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayəsii və hədislər mövcuddur. Məsələn, Ən-Nisa surəsinin 48-ci ayəsində belə deyilir:
“Şübhəsiz ki, Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur”.
Bu ayədən göründüyü kimi, şirk Allahın əsla bağışlamayacağı yeganə günahdır. Digər günahların isə bağışlanması mümkündür.
Loğman surəsinin 13 ayəsindən Loğmanın öz oğluna belə nəsihət etdiyi bilinməkdədir:
Dostları ilə paylaş: |