Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız”.
“Mən xalqlar arasında izzətimi göstərəcəyəm. Onlar hökmümün icrasını və qolumun gücünü görəcəklər. O gündən İsrail evi biləcək ki, Mən onların Allahı Yehovayam. Onda xalqlar biləcək ki, İsrail evi öz günahına görə sürgünə aparıldı, çünki Mənə bivəfa çıxmışdılar. Buna görə də Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncdan keçirildi. Murdarlıqlarına və asiliklərinə görə onlara cəza verdim. Onlardan üz döndərdim”.
Külli-İxtiyar Yehova deyir: “Mən Yaqubun əsir düşmüş balalarını geri qaytaracağam, bütün İsrail evinə rəhm edəcəyəm, adımın müqəddəsliyini qoruyacağam. Vəfasızlıqlarına görə alçaldıqdan sonra öz yurd-yuvalarında dinc yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq. Onları səpələndikləri digər xalqlar arasından geri qaytaranda, düşmən ölkələrindən toplayanda Özümü onların arasında ucaldacağam, xalqlar da buna şahid olacaq”.
“Onları xalqlar arasına sürgün edib, sonra hamısını bir nəfər kimi yurd-yuvasına qaytaranda biləcəklər ki, Mən onların Allahı Yehovayam. Bir də onlardan üz döndərməyəcəyəm, çünki İsrail evinin üzərinə ruhumu tökəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir”.
Belə hesab edilir ki, Həzrət İsanın (ə) ikinci zühuru sözügedən savaş sırasında baş verəcək. İsa Məsihin (ə) başçılığı ilə İblisə və onun təmsilçisi Antixristə (Dəccala) qarşı baş verməsi gözlənilən bu savaş İsrailin şimalında yerləşən Karmel (əski Megiddo) dağının ətəyində mövcud olmuş qədim Megiddo (bugünkü Karmel) şəhərində və ətrafında baş verəcək.
Qüdsü İsrailin bölünməz paytaxtına çevirə və Beytül-Məqdisin yenidən qura bilmək üçün buna qarşı olan müsəlmanların müqavimətini qırmaq və onları daha da zəiflətmək həm Ümumdünya yəhudi dövləti qurmaq hədəfini güdən Rotşildlərin, həm də Ümumdünya xristian dövləti qurmaq planını həyata keçirməkdə olan Rokfellerlərin qarşısında duran ən vacib şərtlərindən biridir. Bu məsələdə onlar arasında fikir ayrılığı yoxdur. Odur ki, ABŞ-ın ortaya atdığı Böyük Orta Şərq planı hər ikisinin mənafeyinə tam uyğun idi.
Böyük Orta Şərq planı (Greater Middle East) və ya da tam adıyla “Genişləndirilmiş Orta Şərq və Şimali Afrika Bölgəsi ilə Müştərək bir Gələcək və İrəliləmə üçün Ortaqlıq (Partnership for Progress and a Common Future with the Region of the Broader Middle East and North Africa)” layihəsi XXI əsrin ilk on ilində İslam dünyasını, ilk növbədə də İraq, Suriya, İran, Türkiyə, Əfqanıstan və Pakistanı əhatə etməkdəydi və Corc Buş administrasiyası tərəfındən işlənib hazırlanmışdı. Bu planın sonrakı hədəfləri arasındaa Güney Qafqaz və Orta Asiya ölkələr də yer almaqda idi.
Plan 2004-cü ildə G8 zirvəsinə təqdim edilmək üçün hazırlanmışdı. Planın əsas hədəflərindən biri müsəlman dövlətlərini parçalamaq, ABŞ-ın keşmiş dövlət katibi Kondaliza Raysın da ifadə etdiyi kimi, “22 dövlətin sərhədlərini dəyişmək” idi. I Dünya savaşından sonra əski Osmanlı dövlətini parçalayaraq onun yerində çox sayda kiçik dövlət və dövlətcik yaradan, başlarına özləri tərəfindən idarə edilən diktatorlar qoyan Qərb imperializmi bu dövlət və dövlətciklərdən bəzilərinin əldə edə bildikləri müəyyən iqtisadi və hərbi gücü də yox etmək qərarına gəlmişdi. Bunun üçün mövcud siyasi-inzibati sərhədlərin dəyişdirilməsi, yeni konflikt ocaqlarının yaradılması və müsəlmanların bir-biri ilə savaşaraq güclərini tükətməsi öngörülürdü.
Bir çoxları bu planın ortaya çıxmasını 2011-ci ilin 11 sentyabr tarixində “Əl-Qaidə”nin Nyu-Yorkdakı əkiz qüllələrə düzənlədiyi hücumla bağlamaqdadırlar ki, bu da məsələnin kökünü və əsil səbəblərini bilməməkdən qaynaqlanır. Məsələnin kökündə isə İsrailin keçmiş baş naziri Şimon Peresin 1993-cü ildə dərc etdirdiyi “Yeni Yaxın Şərq” kitabında önə sürülən ideyalar durmaqdadır. O bu kitabda İsrail və ABŞ-ın aparıcı iqtisadçı və alimlərinin çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirmişdir. Lakin onun kitabında yeniləşdirilməsi nəzərdə tutlan bölgə Livandan başlanır və şərq istiqamətində uzanırdı. Böyük Orta Şərq planı bu bazis üzərində qurulsa da, Afrikanın şimal-qərbindən Hindistan sərhədlərinə qədər uzanan daha geniş bir ərazini əhatə etməkdəydi.
İkinci hədəf isə sionistlərin “Ərzi-Məvud” (Vəd edilmiş torpaqlar) idealının gerçəkləşə bilməsi üçün zəmin hazırlamaq idi. Bu xəyalın həyata keçə bilməsi üçün də müsəlman ölkələrinin müqavimətinin zəiflədilməsinə, onların hərbi potensialının yox edilməsinə ehtiyac var idi.
Dostları ilə paylaş: |