Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


IX FƏSİL Sionistlərin “Ərzi-Məvud” planı



Yüklə 1,7 Mb.
səhifə43/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   39   40   41   42   43   44   45   46   ...   97
IX FƏSİL
Sionistlərin “Ərzi-Məvud” planı

Çoxları İsrail bayrağında yer alan altı guşəli Davud (ə) ulduzunun nə anlama gəldiyini bilsə də, bu ulduzu yuxarıdan və aşağıdan əhtə edən iki mavi xəttin hansı anlama gəldiyini bilməz. Bilənlər isə bu iki mavi xəttlərdən birinin Nil çayını, digərinin isə Fərat çayını ifadə etdiyindən xəbərdardırlar. Nədən sözügedən iki çay İsrail bayrağında, simvolik də olsa, təsvir edilmişdir. Cavab sadədir. Yəhudilər Allahın onlara vəd etdiyinə inandıqları “Ərzi-Məvud”un (Vəd edilmiş torpaqlar) bu iki çay arasında yerləşdiyinə, yəni Nillə Fərat çayları arasındakı geniş əraziləri əhatə etdiyinə inanırlar və bu inanış da Əhdi-Ətiq və Əhdi-Cədiddən qaynaqlanmaqdadır.

İbrânîcədə “Eretz İsrael” (İsrail diyarı) deyilən bu bölgə Əhdi-Ətîqdə “Kənan diyarı” (Yaradılış, XI, 31; XVII, 18; Çıxış, VI, 4), “Diyar” (Qanunların təkrarı, XXVI, 15; Əşiya, LVII, 13), “Qürbət diyarı” (Yaradılış, XVIII, 8), “Məmləkət” (Yaradılış, XXVI, 2-3) deyə də zikr edilməkdədir. II Məbəd (Süleyman (ə) məbədi) dönəmindən etibarən isə “Ərzı-Məvud” kimi adlandırılmış olub, Əhdi-Cədiddə də bu adla keçməkdədir (İbranîlərə Məktub, XI, 9).

Əhdi-Ətîqdə sözügedən məkan ayrıca “Yaxşı və geniş diyar” (Çıxış, III, 8), “Süd və bal axan diyar” (Çıxış, III,8; Levililər, XX, 24; Qanunların təkrarı, XI, 9; Ərəmya, XI, 5; XXXII, 22; Hizqiyal, XX, 6, 15), “Bütün məmləkətlərin bəzəyi olan diyar” (Hizqiyal, XX, 6, 15) deyə tərif edilmişdir.

Kitab-i Müqəddə əsasən, Həzrət İbrahimə (ə) verilən vəddə, “Misir çayından böyük çaya, Fərat çayına qədər olan bölgə” (Yaradılış, XV, 8), Həzrət Musa (ə) və Yeşuya (ə) edilən vəddə, “Ayaq dabanınızın basacağı hər yer sizin olacaq” deyilmişdir (Yaradılış, XI, 24; Yeşu, I, 3).

Ərzi-Məvudun sınırları Əhdi-Ətîqdə daha dəqiq verilməkdədir. Saylar kitabının XXXIV fəslinin 3-5 – ci bəndlərində onun cənub sınırları belə təsvir edilir:

Cənub sərhədiniz Sin səhrasından başlayıb Ədum boyunca uzanacaq. Şərq tərəfdə isə cənub sərhədiniz Şor dənizin qurtaracağından başlayacaq, sonra istiqamətini dəyişib Əqrəb yoxuşunun cənubundan keçərək Sinə doğru uzanacaq. Onun ucqar nöqtəsi Qədis-Barninin cənubu olacaq. Oradan Hazar-Addara, sonra isə Əzmuna istiqamət alacaq. Əzmunda Misir vadisinə tərəf dönəcək. Sərhədin qurtaracağı dəniz olacaq”.

Buradakı Sin çölü Kadeşin şimal-şərqində yer almaqda və Ərzi-Məvudun güney sınırını təşkil etməkdədir. Şor (Duz) dənizi bugünkü Ölü dənizidir. Əqrəb yoxuşu Ölü dənizinin cənubunda, bugünkü Nakb əs-Səfa, Hatsar-Addar Qədis (Kadeş)-Barneanın şimal-qərbindəki Vadil-Qudeyrat, Əzmun (Atsmon) da Vadil-Qudeyratın qərbindəki yerdir. Misir vadisi isə, Gazzənin cənub-qərbindən Ağ dənizə (Aralıq dənizinə) açılan Vadil-Arişdir.

Ərzı-Mevudun qərb sınırı “Saylar” kitabının eyni fəslinin 6-cı bəndində təsvir edilib:

Böyük dəniz və onun sahili olacaqdır”.

“Gərb dənizi” də adlandırılan (Qanunların təkrarı, XI, 24) bu dəniz Ağ dəniz, yəni Aralıq dənizidir.

Şimal sınırı:

Böyük dənizdən Hor dağına qədər özünüzə işarə qoyacaqsınız. Hor dağından Hamata giriləcək yerə qədər işarə qoyacaqsınız və sınırın uçları Sedadda olacaq və sınır Zifrona çıxacaq və onun ucları Hatsar-Enanda olacaqdır” (Saylar, XXXIV, 7-9).

Ərzi-Məvudun şimal sınırı Əhdi-Ətiqin diğər yerlərində Livan kimi göstərilməkdədir (Qanunların təkrarı, XI, 24; Yeşu, I, 4). Bəzi şərhçilər sözügedən Hor dağının Güney Anadoludakı Toros dağlarının olduğunu iddia etsə də, əksəriyyət bu fikirdədir ki, burada söhbət Livan dağından (Cəbəlil-Lübnan) gedir. Fakt budur ki, Əhdi-Ətiqin heç bir yerində Ərzi-Məvudun quzey sınırı Livan bölgəsini aşmamaqdadır.

Şərq sınırı:

Və şərq sınırınız üçün Hatsar-Enandan Şefama qədər işarə qoyacaqsınız və sınır Şefamdan Ainin şərq tərəfində Riblaya enəcək və şərqə doğru Kinneret dənizinin sahilinə toxunacaqdır və sınır Erdenə enəcək və ucları Duz (Şor) dənizi yanında olacaqdır” (Sayılar, XXXIV, 10-12).

Kinneret dənizi Tabəriyə gölüdür. Əhdi-Ətîqdə doğu sınırı “böyük çay, Fərat çayı” kimi də göstərildiyi halda (Yaradılış, XV, 18; Qanunların təkrarı, XI, 24; Yeşu, I, 4), “Saylar” kitabının XXXIV fəslinin 10-12 - ci bəndlərində Rəbb Yehova tərəfindən Həzrət Musaya (ə) cızılan şərq sınırı Tabəriyə və Lut göllərinin şərq tərəfindəki bölgəylə sınırlı qalmaqdadır. Şərq sınırının Fərata qədər uzadılması ideal ölçülərə görədir və yəhudi tarixində heç vaxt gerçək olmamışdır. İsrail tarixinin ən parlaq dövrü Həzrət Süleyman (ə) dövrü olmasına, Həzrət Süleymanın (ə) “Çaydan Fələstinlilər ölkəsinə və Misir sınırına qədər bütün ölkələr üzərində hökm sürdüyü”nün (I Padşahlar, IV, 21) bildirilməsinə rəğmən, şahlığın şərq sınırı əsla Fərata çatmamışdır.

Ərzi-Məvud ilk öncə Həzrət İbrahimə (ə) və onun zürriyətinə vəd edilmişdir (Yaradılış, XIII, 14-17).

Qərib kimi yaşadığın torpağı - bütün Kənan diyarını əbədilik sənə və gələcək övladlarına verəcəyəm. Mən onların Allahı olacağam” (Yaradılış, XVII, 8).

Ancaq Bibliya, yəni Kitabi-Müqəddəs ənənəsi daha sonra İbrahimin (ə) oğullarından İsmaili (ərəblərin ulu babası) görməzdən gələrək, vədin sadəcə İshaq və onun zürriyətinə (yəhudilərə) aid olduğunu bildirməkdədir (Yaradılış, XXI, 12). Həzrət İbrahimdən sonra eyni vəd İshaqa və onun zürriyətinə (Yaradılış, XXVI, 2-3), Həzrət Yaquba (ə) və zürriyətinə (Yaradılış, XXVIII, 4, 13; ILVIII, 4), Həzrət Yusifə (ə) (Yaradılış, L, 24), Həzrət Musaya (ə) (Çıxış, III, 8, XVII; VI, 4, 8; XXXII, 13; XXXIII, 1; Saylar, XXXIV, 1-12; Qanunların təkrarı, XI, 24-25) və Yeşuya (ə) (Yeşu, I, 2-4) verilmişdir.

Ərzı-Məvud Həzrət İbrahim (ə), Həzrət İshaq (ə), Həzrət Yaqub və Həzrət Musaya və onların zürriyətlərinə əbədi mülk və miras kimi verilmişdir (Yaradılış, XVII, 8; XXVIII, 4, 13; ILVIII, 4; Çıxış, VI, 8), ancaq bu heç bir şərtə bağlı olmayan, mütləq bir vəd deyildir. Ərzi-Məvuda sahib olmanın, oranı əbədî mülk və miras olaraq almanın şərtlərı Rəbb Yehova ilə İsrailoğulları arasında fərqli zamanlarda bağlanan əhdlərlə təsbit edilmişdir. İsrailoğulları bu əhdlərə riayət etmələri şərtiylə vədin yerinə yetirilməsinə haqq qazanacaq, əks təqdirdə bundan məhrum qalacaqlardı.

Ərzi-Məvudla bağlı ilk əhd Rəbb Yehova ilə Həzrət İbrahim (ə) arasında bağlanmışdır:

Həmin gün Yehova İbrahimlə əhd bağlayıb dedi: «Misir çayından tutmuş böyük çaya, Fərat çayına qədər olan bu torpağı sənin övladlarına verəcəyəm. Qənilərin, qənazilərin, qədmunilərin, hetlərin, fərizilərin, rəfaların, amorilərin, kənanilərin, girqaşilərin, yəbusilərin torpağı sənin nəslinə məxsus olacaq» (Yaradılış, XV, 18-21).

Bu əhd ilə Tanrı Həzrət İbrahimin (ə) soyunu artıqlamasıyla çoxaldacaqdır; o, millətlərin atası olacaqdır. Onun soyundan şahlar çıxacaqdır. Onun gürbət diyarını, bütün Kənan diyarını ona və ondan sonra da zürriyətinə əbədî mülk olaraq verəcəkdir. Bu vədin qarşılığı olaraq Həzrət İbrahim (ə) və onun zürriyəti, Tanrı kimi sadəcə Onu tanıyacaq və hər oğlan uşağı sünnət olacaqdır. Bu əhd əbədîdir (Yaradılış, I, 14).

Həzrət İshaq (ə) və Həzrət Yaqub ilə də bir əhd bağlanmışdır (Çıxış, VI, 4). Rəbb Həzrət İshaqa (ə) vədini bu şəkildə bildirməkdədir:

Misirə getmə, sənə söyləyəcəyim məmləkətdə otur, bu diyarda müsafir ol, səninlə olacağam, səni mübarək qılacağam, çünki bütün bu məmləkətləri sənə və zürriyətinə verəcəyəm və atan İbrahimə verdiyim andı gücləndirəcəyəm və sənin zürriyətini göylərin ulduzları kimi çoxaldacağam, zürriyətinə bütün bu məmləkətləri verəcəyəm, yerin bütün millətləri sənin zürriyətində mübarək qılınacaqlar, çünki İbrahim sözümü dinlədi və tənbehlərimə, əmirlərimə, qanunlarıma və şəriətlərimə əməl etdi” (Yaradılış, XXVI, 2-5).

Bu sitatdan göründüyü kimi, bu halda vədin yerinə yetirilməsi, Allahın əmirlərinə, qanun və şəriətinə əməl edilməsi ilə əlaqəlidir.

Yehova Həzrət Yaquba (ə) belə deyir: “Atan İbrahimin Allahı, İshaqın Allahı Rəbb mənəm. Üzərində yatmaqta olduğun diyarı sənə və sənin zürriyətinə verəcəyəm, sənin zürriyətin yerin tozu kimi olacaq, gərbə, şərqə, şimala və cənuba yayılacaqsan, yerin bütün qəbilələri səndə və sənin zürriyətində mübarək qılınacaklar” (Yaradılış, XXVIII, 13-14).

Həzrət Musa ilə də bir əhd bağlanmışdır:

Bunun üçün İsrailoğullarına söylə. Mən Rəbbəm. Sizi Misirlilərin yükləri altından çıxaracağam..., sizi özüm üçün bir qövm olaraq alacağam və sizə Allah olacağam... və İbrahimə, İshaqa Yaquba vermək üçün əmin etdiyim diyara sizi gətirəcəyəm və onu sizə miras kimi verəcəyəm” (Çıxış, VI, 2-8).

Rəbb Yehova ilə İsrailoğulları arasında Həzrət Musanın (ə) vasitəsiylə bağlanan əhdin şərtləri isə Rəbbin Həzrət Musaya (ə) verdiyi şəriətin (Tövrat) hökmləridir (Çıxış, XIX, 24). İsrailoğulları Tövratda bildirilən hökmlərə riayət etdikləri müddətcə Rəbb Yehova onları özü üçün bir qövm olaraq alacaq və onların Allahı olacaqdır (Çıxış, VI, 7; Levililer, XXVI, 12).

Əğər gerçəkdən sözümü dinleyəcək və əhdimi tutacaqsanız, mənə bütün qövmlərdən xas qövm olacaqsınız, çünki bütün dünya mənimdir və siz mənə kahinlər mələkutu və müqəddəs millət olacaqsınız” (Çıxış, XIX, 5-6).

Əhdi-Ətiqin bir çox yerində Ərzi-Mevudda əməl edilməsi zəruri olan qaydalar təfsilatı ilə qeyd edilmişdir (Çıxış, XIII, 5-16; XIX, 24, 33-34; Saylar, 15; Qanunların təkrarı, V, 8; XI, 22-25; XII, 1; XXVI, 19; Yeşu, I, 6-8; Ərəmya, I, 1-7). Əhdin şərtlərinə əməl edilmədiyi, Rəbbin əmirləri yerinə yetirilmədiyi, Onun qanunları rədd edildiyi (Levililər, XXVI, 14-15), şəriətlə bağlı əmirlərə əməl edilmədiyi təqdirdə isə başlarına hər cür fəlakət gələcək. Rəbb Yehova onlara nifrət edib, onlara qarşı əsəb ilə yürüyəcək (Levililer, XXVI, 14-33; Qanunların təkrarı, XXVIII, 58-68), onlar mülk əldə etmək üçün girdikləri diyardan qovullacaqlardır (Qanunların təkrarı, XXVIII, 63).

Fakt budur ki, İsrailoğulları tarixləri boyunca heç bir zaman “Rəbb Yehova ilə bağlanan əhdə” sadiq qalmamışlar. Əhdi-Ətîq də onların əhdi pozmalarını ısrarla vurgulamaqdadır (Qanunların təkrarı, XXIX, 25; XXXI, 16, 20; Yeşu, VII, 11; I Padşahlar, XIX, 10; II Salnamələr, XII, 1; Ezra, XIX, 10; Məzmur, CIX, 53; Əşiya, XXIV, 5; Ərəmya, IX, 13; XXII, 9; Hizqiyall, XLIV, 7). Məlum olduğu kimi, Həzrət Musa (ə) zamanında yapılan əhd İsrailoğullarının altın buzova sitayiş etmələri ilə pozulmuş (Çıxış, 32), daha sonra Ərzi-Məvudun əbədiyən veriləcəyi təkrar bildirilərək (Çıxış, XXXII, 13) əhd yenilənmişdir (Çıxış, 33-34). Çöldə ahd təkrar xatırladılaraq Ərzi-Məvuda daxil olduqda yerinə yetirilməli olan qydalar bildirilmiş (Levililər, XXV, LV, 26-46), fəqət İsrailoğulları hər dəfə əhdi unudub, “Rəbb Yehovaya” üsyan etmişlər. Rəbbin əmri ilə Həzrət Musa hər qəbilədən bir nəfər təmsilçini Ərzi-Məvud haqqında məlumat toplamaq üçün Kənan diyarına göndərmiş, qırx gün sonra dönən qrup, iki nəfər xariç, oraya getmənin təhlükəli olduğunu bildirmişlər və təkrar Misirə dönmək arzularını dilə gətirmişlər. Belə olan halda, “Rəbb Yehova” onları mirasdan məhrum edəcəyini bildirmiş və oranı onlara qırx il haram etmişdir (Saylar, XIV, 33-34).

İsrailoğullarına belə bir vədin verilməsi, onların salehliyinə və ürəklərinin doğruluğuna görə deyil, oradakı millətlərin pisliyindən və Rəbbin İbrahimə (ə), İshaqa (ə) və Yaquba (ə) and verdiyi sözü sabit qılması səbəbindəndir (Qanunların təkrarı, IX, 4-5). İsrailoğulları Misirdən çıxdıqları gündən bəri Rəbbə asi olmuşlardır (Qanunların təkrarı, IX, 7). öküz öz sahibini, eşşək də ağasını tanıdığı halda İsrail Rəbbini tanımamaqdadır (Əşiya, I, 2-3) İsrailoğulları suçlu bir millətdir, haqsızlığı özünə adət etmiş qövmdür, pislik edənlərin nəslidir. Rabbdən üz döndərmişlər (Əşiya, I, 4), əhdi pozmuşlar (Qanunların təkrarı, XXXI, 16, 20; Ərəmya, XI, 10), başqa ilahların ardınca getmişlər (Ərəmya, XI, 10). Rəbb Yehovanın xoşgörüsünə rəğmən hər dəfəsində əhdi pozduqları üçün Rəbb onları məhv etmək istəmiş, fəqət bu niyyətindən dönmüş, onlara rəhm etmişdir. Onlar o qədər çox üsyan etmişler ki, onları cəzalandırmaq istəyən, fəqət rəhm edən Yehova, rəhm edə-edə yorulmuşdur (Ərəmya, XV, 6).

Əhdə riayət etməyən Ərzi-Məvuddan məhrum qalacaq və lənətlənəcəkdir (Ərəmmya, 11:3). Orada əbədî qala bilmək üçün əhdə riayət etməklə yanaşı, başqa şərtlər də irəli sürülmüşdür:

Yollarınızı və işlərinizi islah edin, sizi bu yerdə oturdum. Yollarınızı və işlərinizi yaxşıca islah edərsizsə, bir adamla konşusu arasında tam ədalət edərsinizsə, qəribi, yetimi və dul qadını incitməsinizsə, bu yerdə suçsuz qanı tökməsəniz, öz ziyanınıza olaraq başqa ilahların ardınca yürüməsəniz o zaman bu yerdə, əzəldən əbədə qədər atalarınıza vermiş olduğum diyarda sizi oturdaram” (Ərəmya, 7:1-7).

Çünkü məmləkətdə doğru adamlar oturacaqlar və kamillər orada qalacaqlar. Fəqət pis adamlar məmləkətdən atılacaqlar və xainlər oradan qovulacaqlar” (Süleymanın Məsəlləri, 2:21-22).

Bu mövzuya Qurani-Kərimdə də xeyli yer ayrılmışdır. Məsələn, Ən-Ənbiya surəsinin 71-ci ayəsində Ərzi-Məvuddan Allahın bərəkət verdiyi yer kimi bəhs edilir:



Biz onu da (İbrahimi də), Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik”.

Əl-Maidə surəsinin 21-ci ayəsindən isə həmin ərazi “müqəddəs torpaq” kimi vəsf edilir və Həzrət Musanın (ə) öz qövmünə, yəni yəhudilərə belə söylədiyi məlum olur:



Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.

Növbəti 22-26 – cı ayələrdə deyilənlərdən isə belə aydın olur ki, yəhudilər həmin əraziyə daxil olmaq istəməmişlər:

Onlar dedilər: “Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.

Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin