Bəxtiyar Tuncay I sahib gəray xanin yarliqlari giriş



Yüklə 0.7 Mb.
səhifə2/3
tarix25.04.2020
ölçüsü0.7 Mb.
1   2   3

I Sahib Gəray Xan
Bununla da Uluq Ulus dövləti təqribən bir əsr sürən hərcmərclik dövrünə daxil oldu, tez bir zamanda bir-biri ilə rəqabət aparan Kırım, Kazan, Qasım və Moskva xanlıqlarına parçalandı. Bu xanlıqların hər birinin başında Çingiz Xanın soyundan olan xanlar durur və onların hər biri özünü Uluq Ulusun gerçək xanı kimi aparır və hakimiyyət uğrunda bir-biri ilə çəkişirdilər.

I Səadət Gəray Xan 1524-cü ildə 89-cu İslam xəlifəsi və 10-cu Osmanlı sultanı olan qaynı Sultan Süleymanın dəstəyi ilə Uluq Ulus dövlətininin bütünlüyünü bərpa etdikdən sonra Kırımı onun mərkəzinə çevirmişdi. Bundan öncə isə adı çəkilən xanlıqlar, o cümlədən Kazan müstəqil siyasət yeridir və başlarında duran xanlar da özlərini bütün ölkənin xanı kimi aparırdılar.



Tarixə sonuncu Kazan xanı (1521-1524) kimi düşən I Sahib Gəray Xan 1524-cü ildə xəlifənin əmrinə tabe olaraq taxtından əl çəkərək İstanbula yollanmış, 8 il orada yaşadıqdan sonra xəlifənin təyinatı ilə Uluq Ulusun xanı (1532-1551) qismində Kırıma gələrək düz 19 il bütün Turan ellərini idarə etmişdir.

I Sahib Gəray Xanın Kazanı tərk edərək İstanbula, xəlifənin hüzuruna yola düşməsi
Baxçasaray şəhərinin əsasını o qoymuşdur.

Sahib Gəray Xan Çingizoğullarının bir qolu olan Gəraylar nəslindən olub. O, Kırımlı I Mengli Gəray Xanın kiçik oğlu və I Mühəmməd Gəray Xanın ən kiçik qardaşı idi. 1501-ci ildə Krımda anadan olmuş, elə oradaca da boya-başa çatmışdı. Tarixi mənəbələrdən onun 1510-1511-ci illərdə analığı Nur Sultan Xatunu Moskva və Kazan vilayətlərinə səfəri zamanı müşayiət etdiyi məlumdur. Həmin dövrdə Sahib Gərayın böyük qardaşlarından Əbdül Lətif Moskvada, Mühəmməd Əmin isə Kazanda xan idilər.

Kırıma qayıtdıqdan bir müddət sonra qardaşı I Mühəmməd Gəray Xan tərəfindən zindana atılan I Sahib Gəray digər qardaşı, Kazan xanı Mühəmməd Əmin Xan öldükdən sonra Kazan xanlığının taxtına oturduldu və beləcə, Kazanı bir müddət idarə etdi (Гайворонский O., 2007, s. 166-167).
Mühəmməd oğlu Şeyx Əhmədə və yoldaşlarına verilmiş yarlıq (1523) haqqında bir neçə söz
I Sahib Gəray Xanın dövrümüzədək yetişən üç yarlığından birincisi 1523-cü ildə, Kazan xanı ikən verilmişdir. Bu, Mühəmməd oğlu Şeyx Əhməd başda olmaqla yeddi nəfərə verilmiş tərxanlıq yarlığıdır.

Tərxanlıq yarlıqlarının növlərindən söhbət açan M. D. Priselkov onların iki növünü qeyd edib: 1. Xanın bu və ya digər şəxsə və ya şəxslərə birbaşa verdiyi tərxan yarlıqları; 2. Xanın bu və ya digər şəxsə və ya şəxslərə özündən əvvəlki xanlar tərəfindən verilmiş tərxanlıq yarlıqlarını təsdiq edən və qüvvədə saxlayan tərxanlıq yarlıqları (Приселков М. Д., 1916, s. 69).





Dostları ilə paylaş:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə