Bəxtiyar Tuncay İDİl bulqarlari (Mənşəyi, qısa tarixi, maddi və mənəvi mədəniyyəti) Bakı – 2018 İDİl bulqarlarinin məNŞƏYİ VƏ qisa tariXİ



Yüklə 267,84 Kb.
səhifə22/30
tarix05.01.2022
ölçüsü267,84 Kb.
#111843
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
4. İDİL BULQARLARINDA TƏHSİL
Təhsil və tərniyə bəşəriyyətin tarixi qədər qədim bir fəaliyyət sahəsidir. İlk insanların peyda olmasından dövrümüzədək minillər boyu kəsintisiz olaraq davam etmiş bu proses ilk dövrlərdə əski nəsillərin əldə etdikləri nəzəri və praktik biliklərin yeni nəsillərə ötürülməsi formasında cərəyan etmişdir. Yazının kəşfindən öncə biliklərin ötürülməsi şifahi yolla, sonra isə həm şifahi, həm də yazılı yolla baş vermişdir. Bu mənada gerçək təlim-tərbiyə yazının kəşfi ilə və onun yeni nəsillərə tədris edilməsi ilə başlamışdır. Məsələyə sırf bu konteksdən yanaşsaq Türk təhsil sisteminin də yazı mədəniyyəti ilə başladığını söyləyə bilərik.

"Yazı mədəniyyəti" dedikdə, təbii ki, ağla gələn ilk şey fonetik yazı sistemi olur. Lakin fonetik yazının ortaya çıxışından öncə onun piktiqrafiya və ieoqrafiya mərhələləri kimi uzun təkamül yolundan keçdiyini unutmamaq lazımdır. Məsələyə sırf bu acıdan baxsaq, türklərin yazı mədəniyyətinin, deməli, həm də təlim-tərbiyyə sisteminin onminillər öncədən başladığını söyləyə bilərik.

Çağdaş mənada Türk təhsil sisteminin ortaya çıxışını səmavi dinlərin, o cümlədən İslamın qəbulundan sonra başladığını söyləsək, fikrimizcə, səhf etmərik.

Əldə olan yazılı qaynaqlara əsasən, çağdaş anlamda ilk Türk məktəblərinin V əsrdə Quzey Azərbaycanda, o dövrki adı ilə desək, Qafqaz Albaniyasında (Aranda) yarandığını tərəddüd etmədən söyləyə bilərik. Belə ki, məhz həmin dövrdə xristian albanlar həbəş mənşəli alban yazısından istifadə etməyə başlanış, alban yazı sistemi də qıpçaq-qarqar türklərinin dilinin səs quruluşuna uyğun şəkildə tərtib edilmiş, İncil və digər xristian məzmunlu dini kitablar qıpçaq türkcəsinə tərcümə edilmişdi (Bəxtiyar Tuncay, 2010, s. 11-16). Bu dildə və əlifba ilə yazılmış qədim kitablar dövrümüzədək ulaşmasa da, əlimizdə IX əsrdə eyni dildə və əlifba ilə yazılmış bir qrammatika kitabı, eləcə də XII-XIII əsrlərdə yazılmış çox sayda tarixi və fəlsəfi əsərlər bulunmaqdadır (Bəxtiyar Tuncay, 2010, s. 78-203).



Yüklə 267,84 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin