Polşa kralı III Siqizmund
1589-cu ilin sentyabrında II Gəray Xan Polşa-Litva ittifaqının, yəni Reç Pospolitanın cənub torpaqlarına yürüş gerçəkləşdirdi. Tatarlar Dnepr sahillərində yollarını kəsməyə çalışan Zaporojye kazaklarını darmadağın edib, çayın o biri sahilənə keçdilər. Lvov və Tarnopoldan çox sayda əsir və qənimət ələ keçirib geri döndülər.
Xan yürüşdə ikən qardaşlarından Şakay Mübarək Gəray Çərkəzdən Kırıma hərəkət edərək, paytaxtı ələ keçirərək II Qazi Gəray Xanı devirməyə cəhd etsə də, geri oturduldu.
Uluq Orda dövləti Reç Pospolita ilə müharibə apardığı dövrdə İsveç ilə yazışmalar aparılır, Moskva ilə də xoş münasibətlər davam etdirilirdi. Lakin 1591-ci ildə II Qazi Gəray Xan nqay mirzələrindən Qazi ilə birlikdə Moskva ərazisinə hücuma keçdi. Hərbi yürüşdə kalğa Fətih Gəray və nurəddin Səfa Gəray da iştirak edirdilər. Tatarlar həmin ilin iyul ayının 3-də Kaşira və Serpuxov arasında Oka çayını keçərək, paytaxt Moskvaya istiqamət götürdülər. Yolda qarşılarını kəsmək istəyən moskvit, kazak və rus qoşunlarını çətinlik çəkmədən darmadağın edib irəlilədilər. İyulun 4-də tatar qoşunları Moskvanın həndəvərinə yetişdilər. Lakin bu dəfə nəinki şəhəri ələ almaq mümkün olmadı, hətta tatarlar müəyyən qədər itkilər də verdilər. Döyüşlərdə xanzadələr Səfa Gəray və Baxtı Gəray yaralandılar. Avqustun 2-də II Qazi Gəray Xan çox sayda əsir və qənimətlərlə Baxçasaraya geri döndü.
Növbəti il kalğa Fətih Gəray və nurəddin Baxtı Gərayın başçılığı ilə Moskva Ulusunun cənub torpaqlarına növbəti yürüş düzənləndi. Ryazan, Tula,Kaşirsk, Venevsk və s. ərazilərdən çox sayda əsir və qənimət əldə edildi. Moskva bəylərbəyi (çarı) Fyodor İvanoviç Uluq Ordaya göndərilən illik xərac və hədiyyələri bərpa etməyə, eləcə də xanın tələb etdiyi 10 000 som məbləğində axçanı göndərməyə məcbur oldu və əvəzində II Qazi Xan yürüşləri dayandırmağa boyun oldu (1594). Moskvanın ram olması xana müstəqilliyə can atan və xərac göndərməkdən yayınan Bessarabiya (Moldova), Valaxiya və Macarıstan üzərinə yürüşlər təşkil etmək imkanı verdi.
1594-cü ilin yayında Osmanlı və Uluq Ordanın Macarıstan üzərinə böyük hərbi səfəri həyata keçirildi. Bu yürüşdə Osmanlı ordusundan başqaŞ 80 min tatar-noqay qoşunu da iştirak edirdi. Sonradan Osmanlılar və Uluq Ordalılar ayrıldılar və fərqli istiqamətlərdə irəliləməyə başladılar. Tatarlar Tata və Komorn qalalarını ələ keçirdilər. Döyüş zamanı Osmanlı vəziri Sinan Paşa ilə II Qazi Gəray Xan arasında mübahisə yarandı. Belə olan halda xan Osmanlılara yardım üçün 10 min noqay əsgəri verib, özü qoşunu ilə geri dönməli oldu. Yol üstü Valaxiya və Bessarabiyadakı üsyanları yatırdı. Baxtı Gərayın oğlu, xanzadə Adil Gəray Bessarabiyanın hakimi təyin edildi. Valxiya üsyanını yatırarkən II Qazi Gəray Xan güllə yarası aldı və Baxçasaraya dönmək məcburiyyətində qaldı.
1595-ci II Qazi Gəray Xana yenidən Bessarabiya üzərinə yürüş təşkil etdi. Buna səbəb Polşa kralı III Siqizmund Vazanın həmin ölkəyə ordu göndərərək, uluq bəy (knyaz) Aron Tiranı devirərək, onun əvəzinə taxta İeremiya Moqilanı oturtması idi. Həmin ilin 19-20 oktyabrında tatar qoşunları Bessarabiyadakı Polşa qoşunlarını darmadağın etdilər. II Qazi Xan Polşalıları Bessarabiyanı tərk etməyə məcbur etdi, lakin illik xəracın ödənilməsi müqabilində İeremiya Moqilaya toxunmadı.
1596-cı ildə osmanlıların Macarıstan üzərinə növbəti yürüşü gerçəkləşdi. Bu yürüşdə II Qazi Gəray Xanın başçılıq etdiyi Uluq Orda (Turan) qoşunları da iştirak edirdi. Valaxiyada yeni bir üsyanla üzləşən xan ordunun bir qismini Fətih Gərayın başçılığı ilə Macarıstana göndərdi, özü isə üsyanı yatırtmaq üçün Valaxiyada qaldı.
Kalğa Fətih Gəray 20 minlik tatar ordusunun başında Macarıstana gəldi və Osmanlı ordusu ilə birləşdi. O, Eger qalasının alınmasında və döyüşə qarşı tərəfdən qatılan Avstriya ordusunun darmadağın edilməsində böyük rol oynadı. Onun bu qəhrəmanlıq və şücaəti Osmanlı ordusuna başçılıq edən vəzir Sinan Paşanın gözündən qaçmadı. Elə bu da onun sonradan Kırım taxtında II Qazi Gərayı kalğa Fətih Gərayla dəyişmək lazım olduğu fikrini sultsn və xəlifə III Murada təlqin etməsinə səbəb oldu.
II Qazi Gəray Xan Valaxiyadan Kırıma dönəndən sonra İslam xəlifəsinin taxt-tacı kalğa Fətih Gəraya təhvil vermək barədə fərmanını aldı. Beləcə, Fətih Gəray Uluq Ordanın yeni xanı oldu. Lakin onun hakimiyyəti bir neçə ay çəkdi. İstanbulda vəfat edən Sinan Paşanın yerini tutan yeni vəzir Damad İbrahim Paşa, xəlifəni verdiyi qərarın səhv olduğuna və II Qazi Gərayı yenidən taxta oturtmağın vacibliyinə inandıra bildi və Qazi Gəray Xanın ikinci hakimiyyət dövrü başladı.
1597-ci ilin yayında xanın Dnepr sahillərində olmasından istifadə edən Fətih Gəray Baxçasaraya hücum edib, paytaxtı ələ keçirmək istədi, lakin buna nail ola bilmədi. Bu xəbəri eşidən II Qazi Gəray Xan Kırıma döndü və Fətih Gəray Kəfəyə qaçmağa məcbur oldu. Sonradan peşiman olub, üzrxahlıq etmək üçün Baxçasaraya gəldi. Lakin xan onu bağışlamadı və edam etdirdi. Onun bütün tərəfdarları, o cümlədən Baxtı Gəray qətlə yetirildilər.
II Qazi Gəray Xan qardaşı Salamat Gərayı vəliəhd (kalğa) elan etdi. Lakin o da xəyanət edərək, osmanlı torpaqlarına qaçdı. Xan tərəfindən nurəddin (vəliəhd əvəzi) təyin edilən Dövlət Gəray isə edam edildi. Salamat Gərayın İstanbula qaçmasından sonra Toxtamış Gəray kalğa, Səfər Gəray isə nurəddin oldular.
1598-ci ilin yayında II Qazi Gəray Xana macarıstana ikinci səfərini gerçəkləşdirdi. Uluq Orda ordusu ilə Osmanlı ordusu birləşərək, Transilvaniyadakı Varad qalasını ələ keçirdi. 1599-cu ilin payızında xan səfərdən Kırıma döndü.
1601-ci ilin iyununda nurəddin Dövlət Gəray və Şirin bəylərindən Qutlu Gəray xana qarşı sui-qəsd cəhdi təşkil etdilər, fəqət uğur qazana bilmədilər. Onlar xanın əmri ilə Qurban bayramı günü güllələndilər. Üsyanda iştirak edən kalğa Salamat Gəray və xanın kiçik qardaşı Kırımdan Akkermana, oradan da Osmanlı torpaqlarına qaçdılar.
1602-ci ilin payızında II Qazi Gəray Xan Macarıstana üçüncü səfərinə çıxdı. Qışı Peç adlı macar şəhərində keçirdi. 1603-cü ilin baharında yeni döyüşlərdə iştirak etdi. Elə həmin il o, ölkəsinin müdafiə qüdrətini möhkəmləndirmək üçün Polşa kralı III Siqizmunda müraciət edərək, ondan yeni qalaların tikilməsi və onların toplarla təmin edilməsi barədə kömək istədi.
1607-ci ildə xan Çərkəz sərhədlərində, Kuban çayının yuxarı axarında tikdirdiyi yeni qalasına gələrək bütün qızı orada keçirtdi, Kabarda, Qumuq və Dağıstan bəyləri hüzuruna gəlib, ona sadiq olacaqları barədə Qurana and içdilər. Elə həmin il II Qazi Gəray Xan vəfat etdi və Baxçasarayda dəfn edildi. O, yaddaşlarda təkcə böyük xan kimi deyil, həm də gözəl bir bəstəkar, şair, qəzəlxan və məsnəvi ustası kimi qaldı. Xalq onu çoşğun xarakterinə görə uzun müddət “Bora” (tufan) ləqəbi ilə xatirələrdə yaşatdı (Гайворонский O., 2007, s. 311-349), ona dastanlar qoşdu.
Ə. Sədrəddinin yazır ki, II Qazi Gəray Xanın sənətkar yönünün ən öndə gələn tərəfi klassik Türk musiqisi sahəsindəki əsərlərində görülür. “Birçok enstrümanı kullanabilen usta bir sazende ve döneminin en güçlü bestekârlarından biri olarak gösterilir Giray Han. Kendisinin bestelediği peşrev ve saz semailerinden altmış iki tanesi günümüze ulaşabilmiş. Bunun yanı sıra el yazması güfte mecmualarında kendisine ait olduğu tahmin edilen “Tatar” isimli birçok güfteye rastlanır fakat bunların besteleri günümüze ulaşmamış.
Bendenizin döne döne dinlediği II. Gazi Giray Han bestelerinden biri, hüseyni peşrevi, diğeri ise nihavend peşrevi. Hüseyni peşrevi, Cenab-ı Hüseyin Efendimiz Hazretlerine götüren, ince yanık bir hüznü taşıyor. Nihavend peşrevi ise Bağdad'ın, manevi ikliminde gezintiye çıkaran bir meltem.
Musikiden sonra II. Gazi Giray Han'ın sanatçı yönü şairliği ile ön plana çıkar. Şiirlerinden “Gazayi” veya “Han Gazi” mahlaslarını kullanan II. Giray Han, Farsça, Arapça, Kırım ve Osmanlı Türkçeleri ise manzum eserler vermiş.
Divan edebiyatının nazım şekilleriyle kaleme aldığı şiirlerinde, özellikle mertlik ve kahramanlık hislerini terennüm eden manzumeleri ile Türk edebiyatında belli başlı hamasi şairler arasında anılır. II. Gazi Giray'ın düşündüklerini çekinmeden söyleyen, haksızlık ve yolsuzluklara tahammül edemeyen mizacı dolayısıyla hicviyeler de yazmış.
Kırım hanları hakkında malumatlar barındıran Halim Giray'ın “Gülbün-i Hanan” adlı eserinde II. Gazi Giray Han'ın bir divan tertip ettiğinden bahsedilir fakat bugüne ulaşabilmiş değildir. İsmail Hikmet Ertaylan, "Gazi Geray Han, Hayatı ve Eserleri" kitabında kendisinin 42 gazelini yayınlamış. Bir “divançe” olarak anılabilecek olan eserde gazellerin yanı sıra Yunus Emre'nin "Dolap niçin inilersin" ilahisini andıran, "Yol üstünde yoluktum bir dolaba/Dedim niçin sürersin yüz bu aba" beytiyle başlayan kırk bir beyitlik bir manzumesi de bulunmaktadır.
II. Gazi Giray Han'ın eserlerinden bir diğeri de “Gül ü Bülbül” mesnevisi. Bülbülün güle olan muhabbeti yüzünden çektiği ızdırabı klasik aşk mesnevisi niteliğinde ele alan bir manzume olarak dikkat çeker. Mesnevinin bazı kısımlarında bülbüle ağzından lirik gazeller söyleten II. Gazi Giray Han, bu eserini Çağatay Türkçesi ile Peçuy'da bulunduğu 1602 kışında tamamlar.
İsmail Hikmet Ertaylan, II. Gazi Giray Han hakkında yayınladığı kitapta bu eser hakkında bazı bilgiler verir. Bu malumatlara göre, “Gül ü Bülbül”ün bir nüshasının Rusya'da Leningrad Kütüphanesi'nde, Fuzulî'nin “Leyla vü Mecnun”unu ihtiva eden yazmanın içinde bulunduğunu söyler. II. Gazi Giray'ın bir diğer eseri de, yine Peçuy'da iken kaleme aldığı kahve ile şarap arasındageçen münazarayıkonu alan bir manzume olan, “Kahve ile Bade”dir. Eserin nüshalarına şimdiye kadar ulaşılamamış.
Bütün bu eserlerin yanı sıra kaynaklarda II. Gazi Giray Han'ın ayrıca usta bir münşî olduğu belirtilir. Kırım hanı sıfatıyla Osmanlı payitahtına, vezirlere, devlet adamlarına, Hoca Sadeddin Efendi ve Hüseyin Kefevî gibi ulemaya gönderdiği manzum ve mensur mektupları inşa mecmualarında yer alır. Bu iki âlime yazdığı dört mektup, Hoca Sadeddin Efendi'nin “Mekatib-i Sultani” adıyla tertip ettiği bir mecmuadan alındığı kaydıyla Abdullahoğlu Hasan tarafındanyayınlanmış.
Bütün bu güzel hasletlere sahip olan II. Gazi Giray Han, Namık Kemal'in “Cezmi” isimli romanının ikinci derecedeki kahramanları arasında zikredilir. Kendisinin hüseyni peşrevi ile yazmaya başladığım yazıyı, yine aynı eserinin nağmeleri kulağımda, kendisine “hazret” demek iştiyakı içimde olduğu halde, ruhunun mele-i alada ferahnâk buyrulması duasıyla bitiriyorum” (Ahmed Sadreddin, 2017).
Əsərlərini “Qəzayi” ləqəbi ilə qələmə alan II Qazi Gəray Xan əsərlərinin böyük bir qismini Azərbaycan türkcəsində yazmışdır. Onun İmadəddin Nəsimidən ilhamlanaraq qələmə aldığı və qızı Xanzaləyə həsr etdiyi aşağıdakı qəzəli deyilənlərə ən gözəl misaldır:
Həbibim, munisim yarim, dərdə dərmanım,
Ənisim, yar-i dilxahım, lətifim, məhrəmim canım.
Güləndamım, dilaramım, vəfadarım, havadarım,
Özi şahım, yüzi mahım, boyı sərv-i gülistanım.
Pəripeykər, ləbi şəkkər, sözi gövhər, özi huştər,
Kaşı ya kirpiki xənçər sühanvər ləli mərcanım.
Yüzi gül, saçı reyhanım, ləbi mül, çeşmi hünxarım
Ki, sənsən hasılım, varım, mühəssəl dinim, imanım.
Könül inlər, gözim ağlar, yaşım çağlar firaqında,
Tərəhhüm eylə ey şahım, təkəllüm eylə, ey xanım.
Çıxıb seyrə süvar olmuş yolunda tən gübar olmuş,
Niçələr haqsar olmış kəzər nazilə cananım.
Közim yaşın dökər hər dəm çəkər zəhminə, yox mərhəm,
Qəzayi qanı bir məhrəm diyəm hal-i pərişanım (Oleg Rustemov, 2017, s. 359).
II Qazi Gəray Xandan dövrümüzədək üç yarlıq yetişmişdir. Onlardan birincisi onun Borisə göndərdiyi 1590-cı il tarixli yarlıqdır. Həmin yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 3” şifrəsi altında qeydə alınmışdır.
Dostları ilə paylaş: |