Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


Rusiya və İranın cəhənnəmə çevirdikləri İdlib



Yüklə 2,93 Mb.
səhifə41/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   37   38   39   40   41   42   43   44   ...   105
Rusiya və İranın cəhənnəmə çevirdikləri İdlib
Bloomberg agentliyi ABŞ-ın Suriya hakimiyyəti tərəfindən kimyəvi silahdan istifadə edildiyi təqdirdə böyük bir zərbə verməyə hazır olduğunu Bloomberg agentliyi bildirdi (Bloomberg узнал.., 2018). Bu məlumatlar fonunda Suriyanın Aralıq dənizi sahillərində vəziyyət daha da pisləşdi (Лавров призвал.., 2018).

Avqustun 25-də Rusiya Müdafiə Nazirliy məlumat yaydı ki, Amerikanın, göyərtəsində 28 Tomahavk kruiz raketi olan “USS Ross” gəmisi Aralıq dənizinə daxil olmuşdur. Onun daşıdığı raketlərin əhatə dairəsi Suriyanın istənilən vurmağa imkan verir. Həmin vaxt 56 oxşar raketi olan “USS Sullivans” artıq Fars körfəzində idi və strateji bombardmançı B-1B təyyarəsi də Qətərdəki Əl Udeid hərbi bazasına yerləşdirilmişdi, onun göyərtəsində 24 JASSM kruiz raketi vardı (Сирия приведена.., 2018 Минобороны сообщило.., 2018). Rusiya Hərbi Dəniz Qüvvələri də, öz növbəsində, avqustun 26-na qədər, münaqişənin bütün dövründə ən güclü qruplaşmanı Suriya Sahillərində yerləşdirmişdi (Россия развернула.., 2018; НАТО сочло.., 2018). İddiaya görə, ruslar bu gəmiləri beynəlxalq koalisiya tərəfindən Suriya hökumət qüvvələrinin mövqelərinə zərbələr endirmək üçün təhdidlər səbəbindən əraziyə göndərmişdi (В шаге от войны, 2018).

İngiltərə, Fransa və Almaniya dinc xalqa qarşı soyqırım siyasəti yeridən Bəşər Əsəd rejimini cəzalandırmaq məqsədilə ABŞ-a qoşulmaq niyyətlərini elan etdilər (Болтон пообещал.., 2018; Меркель допустила.., 2018).

Sentyabrın 7-də “Washington Post”, Dövlət Departamentinin yüksək vəzifəli şəxslərinə istinadla, ABŞ prezidenti Donald Trumpın Suriya ilə bağlı siyasətdə dəyişikliyə - Suriyadakı hərbi mövcudluğunu ən azı ilin sonuna qədər uzatmağa və Suriya hakimiyyətinə diplomatik təzyiqlərin artmasına razılıq verdiyini bildirdi.

Bunda məqsəd İran və bütün İran tərəfdarı birləşmələrin Suriyadan çıxarılmasına nail olmaq, eyni zamanda ölkədə Suriya əhalisinə və beynəlxalq birliyə uyğun olacaq sabit və dinc hökumətin qurulmasına nail olmaqdır.



Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri "The Washington Post" qəzetinə verdiyi müsahibədə ABŞ qüvvələrinin İran qüvvələrinin geri çəkilməsini və İslam Dövləti terror təşkilatının "davamlı məğlubiyyətini" yoxlamaq üçün Suriyada qalacağını söylədi. Onun sözlərinə görə, ABŞ-ın yeni siyasəti "daha fəal yanaşma"nı nəzərdə tutur. Bu, BMT-də “böyük diplomatik təşəbbüs”, İran və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, həmçinin Vaşinqtonun Suriyanı bərpa etməkdən imtina etməsi olacaqdır (WP рассказала.., 2018).


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin