Dmitri Medvedev
Rusiyaya yönəlik suçlamardan biri də ABŞ administrasiyası tərəfindən 2016-cı ilin 7 oktyabrında səsləndirilmişdir. İddiada rus xakerlərin Demokratlar Partiyasının serverlərini qıraraq gizli məlumatları ələ keçirdiyi önə sürülməkdə idi. Bildirilirdi ki, bu addım ictimai rəyin Donald Trampın lehinə dönməsinə səbəb olubmuş .
2017-ci ilin yanvarında ABŞ-ın 17 kəşfiyyat orqanının, Rusiyanın adı hallanan haker hücumları ilə bağlı hesabatının ictimai bir versiyası yayımlandı. Donald Trump özü bir il ərzində ziddiyyətli açıqlamalar verdi - ya da Amerika kəşfiyyat xidmətlərinin nəticələrinə şübhə etmədiyini söylədi və ya Demokrat Partiyasının serverini istənilən kimsənin sındıra biləcəyinə işarə etdi (Москва долгорукая, 2017).
2017-ci ilin avqust ayının əvvəlində prezident Trump Rusiyanın neft və qaz layihələrinə qoyulan sərmayələrin həcmini və müddətini məhdudlaşdıran yeni anti-Rusiya sanksiyalarını tətbiq etməklə yanaşı, Sanksiyalar vasitəsilə Düşmənlərlə Mübarizə Qanununu (Трамп подписал.., 2017) imzaladı. Qanunda ABŞ hakimiyyət orqanlarının kiberhücumlar, korrupsiya və insan hüquqları pozuntularında iştirak etdyini düşündükləri şəxslər barədə fərdi sanksiyalar tətbiq etmək nəzərdə tutulurdu. ABŞ prezidentini Konqresin razılığı olmadan müstəqil olaraq sanksiyaları qaldırmaq hüququndan məhrum edidi. Rusiyanın baş naziri Dmitri Medvedev bu qanunu on illərlə davam edəcək ticarət müharibəsinin elanı kimi qiymətləndirdi (Медведев: санкции.., 2017).
Bu qanuna görə, 2018-ci il yanvarın 29-dan gec olmayaraq Maliyyə Nazirliyi Konqresə Rusiyanın hakimiyyətə yaxın hesab edilən yüksək vəzifəli məmurlarının və iş adamları barədə ətraflı hesabat təqdim etməli idi. Donald Trump-ı Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə məcbur etmək istəyən demokrat senatorlar 200 səhifəlik “Putinin Rusiya və Avropadakı demokratiyaya asimmetrik hücumu: ABŞ-ın Milli Təhlükəsizliyi üçün təhdidlər” adlı hesabat hazırladılar. Bu sənədin əsas məramı Avropa müttəfiqlərinin iştirakı ilə Rusiya təhlükəsinə qarşı çıxmaq üçün yeni bir qlobal cəbhə yaratmaq cəhdi idi.
Anton Vaino
29 yanvar 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasının rəhbərliyinə yaxın olan yüksək səviyyəli Rusiya rəsmiləri və iş adamları barədə Hesabatı yayımladı. Buraya 210 nəfər, o cümlədən 100-dən çox tanınmış Rusiya rəsmisi, eləcə də hökumət başçısı Dmitri Medvedev və Prezident administrasiyasının rəhbəri Anton Vaino, siyasətçilər və hüquq mühafizə orqanlarının rəhbərləri daxil idi (США поставили вопрос.., 2018; Списковой крючок.., 2018).
18 dekabr 2017-ci ildə Rusiya və Çinin ABŞ-a qarşı çıxan, firavanlığını şübhə altına alan və təhlükəsizliyini pozmağa çalışan "revizionist güclər" kimi təsvir edildiyi ABŞ Milli Təhlükəsizlik Strategiyası (NSS) açıqlandı . Sənəddə sözügedən dövlətlərin "iqtisadiyyatı daha az azad və dürüst etmək niyyətində" olduqları qeyd edilir və deyilirdi ki, ABŞ-ın əleyhdarlarını əngəlləmək üçün əsas vasitələrdən biri nüvə silahı olacaqdır. Bu, "sülh və sabitliyi qorumaq, ABŞ-a, müttəfiqlərinə və tərəfdaşlarına qarşı təcavüzü dəf etmək üçün Amerika strategiyasının əsası" dır. Bildirilirdi ki, ABŞ Rusiya ilə, o cümlədən kiberməkanda qarşı-qarşıya gələcək.
Dekabrın əvvəlində prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Raymond McMaster Rusiyanın "yeni nəsil müharibə metodlarını" mənimsədiyini və "dezinformasiya, təbliğat və kiber hücumlardan istifadə edərək iki ölkə cəmiyyətlərini bölüşdürmək və bir-birlərinə qarşı qoymaq, inam böhranı yaratmaq" istədiyini bildirdi (Окружены врагами.., 2017).
Dostları ilə paylaş: |