وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيم
“Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə )asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” (Əl-Müzəmmil surəsi, 20-ci ayə).
Beləliklə, dünyada var olan hər bir şey, hər bir hərəkət və hər bir hərəkət nəticəsində ortaya çıxan hər bir hadisə müəyyən ölçü vahidləri ilə ifadə edilə və hesablana bilən qanunlara tabedir. Nə bu ölçülər, nə də bu qanunlar insanlar tərəfindən qoyulmayıb, insan bü dünyaya gəlməmişdən öncə də vardılar və Yer üzündə bircə insan qalmayandan sonra da var olacaqlar.
Qurani-Kərim bizə sözügedən ölçülərin və qanunların Allah tərəfindən müəyyən və sabit edildiyini öyrədir. Suyu biz yaratmamış və onun üçün 100 dərəcdə qaynamaq, 0 dərcədə donmaq qanununu da biz qoymamışıq. Su bizim istəyimizdən asılı olmayaraq 0 dərəcədə donur, maye halından bərk hala keçir, 100 dərəcədəqaynayır və maye halından qaz halına keçir. Biz bunları bildiyimiz üçün su qaynatmaq istədikdə onu qızdırır, dondurmaq və buz əldə etmək üçün isə 0 dərəcəyə qədər soyuduruq.
Suyun maye, qaz (buxar) və bərk (buz) halları kimi digər cisimlərin də aqreqat halları var və onlar da fərqli-fərqli temperatur ölçüləri ilə xarakterizə olunurlar. Bu halda söhbət təkcə temperatur ölçülərindən deyil həm də başqa ölçü parametrlərindən - onları təşkil edən molekul və ataomların, eləcə də digər hissəciklərin (proton, elektron və s.) qarşılıqlı təsir gücünün səviyyəsindən, aralarındakı məsafədən, maddələrin ayrı-ayrı hallardakı həcmindən və s. də gedir.
Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır. Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur.
Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur.
Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən həcmin olması və formanın olmaması xarakterikdir.
Maye maddə buxarlanma, qaynama nəticəsində qaz halına keçir. Bu halda hissəciklər arasındakı məsafə mayedə olduğundan daha çox artaraq, onların öz ölçülərinə nisbətən bir neçə dəfə böyük olur. Buna əsasən hissəciklər arasındakı qarşılıqlı təsir qüvvələri daha artıq zəifləyir. Bu halda isə hissəciklər öz yerlərini sərbəst surətdə dəyişə bilir.
Maddənin dördüncü halı da mövcuddur. Çox yüksək temperaturlarda maddələr ionlaşmış qaza - plazmaya çevrilir. Maddənin "plazma" adlanan bu halını yerlərini fasiləsiz dəyişən elektron, ion, atom və hətta nüvələrin qarışığı təşkil edir. Temperaturu 10000-100000 0C-yə bərabər olan plazma "soyuq", 1000000 0C-yə qədər olan plazma isə "qaynar" plazma adlanır. Axırıncı halda plazmada neytral atomlar olmur. O yalnız elektron, ion və atom nüvələrinin qarışığından ibarət olur. Buna görə də, plazma elektroneytral olsa da, o, elektron və ion keçiriciliyinə malik olur.
Bir sözlə, Allah hər şeyi bir ölçüyə görə yaratmışdır. Bu ölçülərdən biri də zamandır. Bütün məxluqlar zamana tabedirlər. Allah hər şey üçün bir vaxt təyin etmişdir. Hal və hadisələr üçün də müəyyən edilmiş bir vaxt var. Bu barədə “Əhdi-Ətiq”in “Vaiz” kitabının III fəslində çox gözəl deyilmişdir:
“1. Hər şeyin öz vaxtı var, Səma altında hər işin öz vaxtı var:
Dostları ilə paylaş: |