Beyin və psixika Fərdiyyətin tipalogiyası



Yüklə 53,67 Kb.
səhifə9/11
tarix31.12.2021
ölçüsü53,67 Kb.
#113284
1   2   3   4   5   6   7   8   9   10   11
Psixologiya serbest isler- Məmmədov Fərid

Şəxsiyyət nədir? Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifi məlumdur. Bu gün şəxsiyyət haqqında hamı tərəfindən eyni dərəcədə qəbul edilən tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət yetirirlər. Həmin cəhətlər aşağıdakılardan ibarətdir:
a) məlumdur ki, insanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusundan ibarətdir.
Bütün ictimai münasibətlər sistemi qanunauyğun surətdə maddi nemətlər istehsalı üsulundan asılıdır: istehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratmaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etməklə öz ictimai münasibətlərini də istehsal və təkrar istehsal edirlər.
Yəni cəmiyyət şəxsiyyət üçün sadəcə olaraq müəyyən bir xarici mühit deyildir. O, cəmiyyətin üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur.
Şəxsiyyətin motivləri, cəhdləri, yönəlişləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. asılıdır. Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlər formalaşır ki, onlar da sistemli xarakter daşıyır, insanın əməl və hərəkətlərində, intellektual, emosional, iradi və b. xassələrində ifadə olunur. Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur. Məlumdur ki, şəxsiyyətin mahiyyətini nə onun saqqalı, nə qanı, nə abstrakt fiziki təbiəti deyil,
Sosial sözünə diqqət edin. Bu keyfiyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəminində əmələgəldiyi üçün onlara sosial keyfiyyətlər deyilir.


Yüklə 53,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin