Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti



Yüklə 112,79 Kb.
səhifə40/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
Hesablaşma funksiyasının mahiyyəti nəqliyyat (daşıma) sənədinin hesab-laşma sənədi rolunu oynamasından ibarətdir. Həmin sənədin müvafiq qrafasında yükgöndərən (yükalan) tərəfindən ödənilmiş daşıma haqqı barədə məlumat göstərilir.

Uçot funksiyasının mahiyyəti isə nəqliyyat (daşıma) sənədinin həyata keçirilən nəqliyyat (daşıma) əməliyyatlarının uçota alınmasına imkan verməsindən ibarətdir.

Nəqliyyat (daşıma) sənədi müvafiq beynəlxalq nəqliyyat konvensiyasının (sazişinin) müəyyən etdiyi tələblərə uyğun surətdə tərtib edilməlidir. Məsələn, dəmir yolu ilə beynəlxalq yük daşımanı rəsmiləşdirən nəqliyyat sənədi Beynəlxalq dəmir yolu ilə yük daşımaları haqqında Konvensiyaya (BYK) uyğun tərtib edilməlidir. Beynəlxalq avtomobil daşımalarını rəsmiləşdirən nəqliyyat (daşıma) sənədi isə Beynəlxalq yük daşınması müqaviləsi haqqında Konvensiyaya (Cenevrə Konvensiyasına - BYDM) uyğun tərtib edilməlidir.

Əgər beynəlxalq nəqliyyat konvensiyalarında (sazişlərdə) nəqliyyat (daşıma) sənədinin əsas rekvizitləri müəyyənləşdirilməzsə, onda o, milli (daxili) hüququn tələblərinə uyğun olaraq tərtib edilməlidir. Məsələn, Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi, «Avtomobil nəqliyyatı haqqında» və «Aviasiya haqqında» qanunlar nəqliyyat (daşıma) sənədinin rekvizitləri (göstərilməli olan məlumatlar) barədə göstərişi ifadə edir.

Beynəlxalq nəqliyyat konvensiyalarında (sazişlərində) nəqliyyat (daşıma) sənədlərinin hansı formada tərtib olunması, yəni onların tərtib edildiyi məcburi forma müəyyənləşdirilir. Yalnız Beynəlxalq dəmir yolu ilə yük daşımaları haqqında Konvensiya nəqliyyat (daşıma) sənədinin formasını təyin edir.

Beynəlxalq nəqliyyat konvensiyaları yalnız nəqliyyat (daşıma) sənədlərinin əsas rekvizitlərini müəyyən edir. Məsələn, Beynəlxalq yük daşınması müqaviləsi haqqında Cenevrə Konvensiyası avtomobil daşımalarında istifadə olunan nəqliyyat sənədinin həm məcburi, həm də əlavə rekvizitlərini müəyyən edir. Varşava Konvensiyası isə beynəlxalq hava daşımalarında tətbiq edilən nəqliyyat sənədinin rekvizitlərini müəyyənləşdirir.


Beynəlxalq yük daşımalarında üç formada nəqliyyat (daşıma) sənədi tətbiq edilir. Həmin formalar nəqliyyatın növü ilə müəyyən edilir. Belə ki, hər bir nəqliyyat növünə nəqliyyat (daşıma) sənədinin müvafiq forması uyğun gəlir. Bu formalara aşağıdakılar aiddir:

-qaimə;

-konosament;

-çarter.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin