Oyun meydanı düzbucaqlı, davamlı olmalıdır (qırıq xətlərə icazə verilmir); təhlükə daşımayan (üzəri sürüşkən olmayan) xətlər ilə işarələnməlidir. Bu xətlər məhdudlaşdırdıqları sahələrin tərkibinə daxildir və meydanın rəngindən aydın şəkildəfərqlənməlidir.
Oyun meydanında yalnız Qayda 1-də göstərilmiş xətlər çəkilməlidir.
Çox məqsədli idman zalları istifadə edildiyi təqdirdə, digər xətlərin olmasına icazə verilir, bir şərtlə ki, onların rəngi fərqli olsun və futzal üçün çəkilmiş xətlərdən aydın şəkildə fərqlənsin.
Əgər oyunçu meydanda qadağan edilmiş işarələr edərsə, ona qeyri-idman hərəkətinə görə xəbərdarlıq edilir. Hakimlər bunun matç ərzində edildiyini aşkar edərsə, üstünlük prinsipinin tətbiq edilə bildiyi hallar istisna olmaqla oyunu saxlayır, təqsirkar oyunçuya qeyri-idman hərəkətinə görə xəbərdarlıq edir və oyunu qaydanın pozulduğu anda topun olduğu yerdən rəqibin xeyrinə sərbəst zərbə ilə bərpa edirlər (bax: Qayda – 13 Cərimə və sərbəst zərbələrin yeri).
Meydanı məhdudlaşdıran iki uzun xətt yan xətt, iki qısa xətt qapı xətti adlanır
Meydan, mərkəz xətti ilə iki hissəyə bölünür, bu xətt, həm də yan xətləri mərkəzdən birləşdirir.
Mərkəz xəttinin ortasında, radiusu 6 sm-ə malik olan, mərkəz nöqtəsi qeyd edilir. Nöqtənin ətrafında radiusu 3 metr olan dairə çəkilir.
Künc zərbəsi yerinə yetirilərkən müdafiə olunan komandanın oyunçularının lazımi məsafəyə riayət etməsi üçün künc qövsündən 5 m məsafədə meydanın xaricindən qapı və yan xətdə perpendikulyar olan xətlər çəkilir. Bu xətlərin eni 8 sm, uzunluq isə 40 sm.