78
İzn versən sənə mən ərz edərəm ya Zəhra
O amannamə məni xeymədə çox sındırdı
Necə ruhiyyəmi pozdu demərəm ya Zəhra
Səs düşüb xeymələrə, mətləbi Zeynəb bildi
Mən dedim yer açılar, gizlənərəm ya Zəhra
Məni ehzar elədi məhzərinə şahi-cahan
Ayrı bir söz buyurub miri-hərəm ya Zəhra
Şəh buyurdu mənə Abbas əgər getsən get
Qəlbimə gəldi ki, şayəd ögeyəm ya Zəhra
Dostları ilə paylaş: