Həzrət Zeynəbin (ə) şəhadəti
Zeynəb, o şirdoxtəri-salari-müttəqin
Babül-həvaicə, şərəfi-məktəbi-yəqin
Bir Zeynəb ki, bəslədi can şiri-eşqidən
Süd Fatimə südüdü, alıb canə ləzzətin
Ləhni Əlidi, səbri Həsən, gözləri Bətul
Canı Hüseynidi, yerişi Xətmi-mürsəlin
Qəddi-qamətində qaməti Abbastək uca
Zeynəbdə göstəribdilə qaməti qiyamətin
Söz yox Hüseyn qiyam elədi iftixar ilə
Ali-Üməyyənin şühəda yıxdılar evin
Fərman verən bu cəbəhədə gərçi Hüseyn idi
Zeynəb dağıtdı leyk oların kasə-kuzəsin
Bir söz deyim xəyali xəta etmə müddəi
Fikr eyləmə ğülüv edirəm vermə nisbətin
Gər istəsəydi zati-Xudavəndi zülcəlal
Nisvanə də verərdi məqami-imamətin
Həqqi bu idi aləmə Zeynəb imam ola
Qarətdə sabit elədi Zeynəb ləyaqətin
209
Cənnətdə bu eşqə əgər məktəb açsalar
Zeynəb gərək idarə edə eşq məktəbin
Çün dərs eşqi aləmə Zeynəbdi öyrədən
Şagirddi hüzuruna kullü müdərrisin
Təfsir edən tapılsa əgər nami-Zeynəbi Heyran
olar adında təmam müfəssirin
Heydər ki, zinət idi özü əsli-xilqətə
Təkmil edib onunla Xuda cümlə ayətin
Bax Zeynəbin məqamına zinətdi Heydərə
Qurban olum cəlalətinə Zeynəbiyyətin
Zeynəb Hüseyni gündə yaxından gərək görə
Ətrin məşami-canə ala nazlı dilbərin
Zənciri-eşqə bax bunları gör nə bağlayıb
Bir ruh iki bədəndə gəzir eşqə afərin
Axir qocaltdı çərxi-cəfapişə Zeynəbi
Gəzdirdi, gətirdi Şamə tərəf ömrü vapəsin
Gətirdi vəfalı Zeynəbi qürbətdə öldürə
Yoxdur vəfası bəski bu çərxi-sitəmgərin
Səccad ağa baxır xanıma göz yaşın tökür
Gahi onun qolundan öpür, gəh öpür əlin
210
Tərzi-əməl əcibidi cayi-sual olub
Forən soruşdular bu işin əsli-illətin
Doldurdu gözlərin dedi dünyayə uff ola
Çox haqqı boynumuzda bizim var bu əllərin
Ərz eylədi ki, əmmə niyə sinə dağlayırsan İllət
nədir sereşgin axır çün dürrü-səmin
Can üstə söylədi ki, anam yadıma düşüb
Gördüm özüm ölən gecədə qanlı sinəsin
Zəhra qəmində indi də ağrıyır sümüklərim Durmurdu
qanı qüsl eləyəndə o peykərin Zeynəb, nə Zeynəb
ölməyi də dərd olub bizə
Qürbət məkanda eldən uzaq, zarü-dilqəmin
Axşam çağıydı çəkdi xanım bir dərin nəfəs
Viranələrdə yuxulamayan yumdu gözlərin
Aşiq gərəkdi canını məşuqinə versin
Can üstə səslənirdi odur nuri-didəsin
Məqtəldə həncərəndən öpən Zeynəbəm, Hüseyn
Can üstəyəm yubanma gəl, ey kuyi-həqneşin
Elan elə ki, Zeynəb ölür gəlsin ellərim
Alsınlar dövrəmi bu ölən vəxtə qız-gəlin
211
Sənlən bu ömrü başlamışam mən Mədinədə
Gəl indi sənlə başə verim ömrün axərin
Şam əhli sağlığımda Hüseyn çox gülüb mənə
Bari gəlin cənazəmə qürbətdə gülməsin
Abbasimi deyərdi gələndə gətirməyin
Billəm özüm o yarəli şirin xəcalətin
Yoxdur əli ki, əl ata tabutuma mənim
Bir yol utandı bəsdi daxi olmasın qəmin
Zeynəb xülasə yumdu gözün öldü Şamidə
Qəssalə gəldi qüsl edə sadatin əmməsin
Əvvəl yetişdi göz dolusu baxdı Zeynəbə
Doldurdu gözlərin dedi ya Rəbbəl-aləmin Zeynəbdi bu
Mədinədə çox ismü-rəsmi var
Var idi yeddi qardaşı bu nazpərvərin
Məlumdu ki, yaslidi heç qoymayıb həna
Ağ saçların tökübdü üzarə ipə kimin
Əlqissə qoydular xanımı məğsəl üstünə Əvvəl
başından açdı onun qarə məcərin
Ahistə qara köynəyini xaric elədi
Bilməm nə halda gördü o dəm nili peykərin
212
Bir baxdı cisminə dayanıb qüsl edənmədi
Doldurdu əşgilə gözünü saxladı əlin
Verdi ərizə mətləbi Səccadə pirizən
Bu tərzilə soruşdu onun rəmzi-möhnətin
Kərbübəladə əmmən ağa cəng edib məgər
Başdan-başa yaralıdı cimsi bu əthərin
Çox orətə işim budu mən qüsl vermişəm
Belə cənazə görməmişəm ömür müddətin
Vardır əlində bir yarə çox yandırır məni
Xəncər yarəsidir görürəm mən cərahətin
Çiynində yoxdu saf yeri yol-yol kəbud olub
Harda vurubdu qəmçi buna qövmi-bədqərin
Bir nəhvilə cənazəyə qüsl etdi pirizən
Qüslin qutardi xəstə bədən geydi xələtin İstəyirlər indi
tapşıralar qəbrə Zeynəbi
Tabutə kim gərək yapışa yoxdu bur müin
Lütf oldu “Sadiqi” sənə bu girü-daridə
Yazdın cənabi Zeynəb ülya şəhadətin
Ərz elə Zeynəbə bu sözə istirəm silə
Sən ki, bu xadimin bilisən ümdə hacətin
213
Allaha and ola ki, əgər etməsən rəva
Zəhrayə elərəm iki dünya şikayətin
Dostları ilə paylaş: |