Beytul-əhzan naləsi


Babül-həvaic Musa ibn Cəfərin (ə)



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   54   55   56   57   58   59   60   61   62
beytul-ahzan

Babül-həvaic Musa ibn Cəfərin (ə) 
növhəsi
Dur Bəqidən gəl ana, yanə-yanə ya Fatimə
Bax mənə, bax bu nigəhbanə ana ya Fatimə
Məhbəsim gün görməyən bir yer qaranlıq çahidir
Bu dərin sərdabə cismim çu pərri-kahidir
Vəzü-halimdən fəqət Allah Özü agahidir
Bənzirəm şəmi-şəbistana ana ya Fatimə
Sind əlindən gəlmişəm canə hüzurə tez çağır
Ta səsi birdən gəlir qəlbi həzinə qəm yağır
Mən qoca bir natəvan seyyid, o zalım əl ağır
Sən kimi göz doldu əlqanə ana ya Fatimə


219
Gözlərin qurbanı bu yolda qalan ağlar gözüm
Səbr edəm dərdü-müsibatə ana yoxdur sözüm
Naxoşam, pirəm daxi yox siliyə məndə dözüm
Qalmışam burda yanə-yanə ana ya Fatimə
Mən özüm babül-həvaic cümlə xəlqə dəstgirəm
On bir ildir olmuşam Harunə məhbəsdə əsir
Yer salıb boynumda zəncirim du şaxə incidir
Yoxdu imkan birdə dərmanə ana ya Fatimə
Qəlb mülazimdir bəlayə irtizanı axtarır
Yarədir boynum bu məhbəsdə dəvanı axtarır
Can sinəmdə gözlərim oğlum Rizanı axtarır
Gəlsə zindanə o dürdanə ana ya Fatimə
Ehtizarimdir məni cantək qucaqlır silsilə
Eylə elani-əza cəddim, babam yeksər gələ
Qoymayın qürbətdə bu babül-həvaic xar ölə Tez 
gəlin şami qəribanə ana ya Fatimə
Tubetu zindan, nə gün var, nə işıq, nə rövzənə
Nə azan bəlli, nə soti-dilnişin məzənə
Danə zəncir təsbehimdi zikri-Zülmənə
Yalvaram ta Həyyi Sübhanə ana ya Fatimə
Sind qalxızdı əlin vursun məni bivahimə 
Dinmədim vursun dedim gül surətimə 
latimə Sili dəysə yaxşı billəm nə çəkibdir 
Fatimə


220
Onda ki, gəlmişdin əfğanə ana ya Fatimə
Endirib napak əlin baxmayıb dili-naşadimə
Ayrı bir nisgil və lakin od salıb əkbadimə
Ta məni sililə vurdu küçə düşdü yadimə Güşvarən 
düşdü bir yanə ana ya Fatimə
Ali-Haşimtək cahanda bəhri-eşqin qərqi yox
Eşq bir aləmdi ki, əbadi qərbi, ya şərqi yox
Bizlərə pir-cavan meydan, ya zindan fərqi yox
Hamiyik biz dinə, Quranə ana ya Fatimə
Elədim peyğam Harunə bu sirri-faşimi
Gündə zəncir ilə min yol xurd edə gər başimi
Söz həmandır ki, Hüseyn söyləyib baş əyməz Haşimi 
Zümreyi-bidinü-nadanə, ana ya Fatimə
Ümməti-İslami tuş etdiz bir ayrı müşkülə
Adızı qoyduz xəlifə həqqi satdız batilə
Həm oğruya şərik olduz, həm rəfiqi-qafilə Vay 
belə dinü-müsəlmanə, ana ya Fatimə
Xəsm meydanda qaçır, danmaz Bətulun şirini
Biz “yuhibbus-sabirinik” get oxu təfsirini
Töksələr də üstümə gər aləmin zəncirini
Əymərəm baş xəsmi Yəzdanə ana ya Fatimə
Yox sözüm vardır mənim babül-həvaic mənsəbim


221
Mən Hüseyn şagiridiyəm Kərbübəladır məktəbim 
Səbrimin üstadı Zeynəbdir, o ismət kövkəbim
Dözdü hər bir dərdü-hərmanə ana ya Fatimə
“Sadiqi” babül-həvaicdir bu miri-müttəqin
Eylə hədyə şerini bu müqtədayə qıl yəqin
Tez verir yaxşı silə şəxsən imami-həftomin Səslənər 
gəlmiş zəlilanə, ana ya Fatimə

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin