Beytul-əhzan naləsi


Xərabə (Zamanın Sədisi, Hüseyninin şerlərindən)



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   54   55   56   57   58   59   60   61   62
beytul-ahzan

Xərabə
(Zamanın Sədisi, Hüseyninin şerlərindən) Bu 
gecə halın nədəndir çox pərişandır Rüqəyyə
Ağlama çox etmə nalə, az məni yandır Rüqəyyə
Ey olan qəm gülşənində əndəlibi pərşikəstə
Eyləmə bir belə nalə öz-özün çox etmə xəstə
Bu quru topraqlar üstə yatma dur gəl sinəm üstə Dildə 
hər dərdi dilin var əmmənə andır Rüqəyyə
Surətin divarə qoyma, göz yaşın döndərmə qanə
Gərçi zihəqsən vücudun incidibdir taziyanə
Səbr elə amma gətirmə Ali-Ətharı fəğanə
Qüssədən dillər bilirsən qönçətək qandır Rüqəyyə
Qətrə-qətrə dürrü-əşgin tökmə gözdən gül üzarə


230
Suzi-ahilə yanıqlı qəlbimə vurma şərarə
Sən bilirsən əmmən ölsün bikəsəm yox məndə çarə
Görmüsən əmmən sənintək didə giryandır Rüqəyyə
Şölə ahın görəndə var yeri Şam əhli yansın
Qorxuram sən ağlayanda xırda qızlar oyansın
Səs-səsə versinlə yeksər nalə əflakə dayansın
Şivəni Ali-Rəsulə əşgin ünvandır Rüqəyyə
Ey dəri-gənci məlahət gövhəri dərci-müsibət
Çəkmisən Kərbübəladən Şamədək yollarda zəhmət
Zərbəti-sili üzündə yoxsa çox eylir əziyyət
Yatmısan topraqlar üstə işin əfğandır Rüqəyyə
Hansı şəhzadə sənintək gördü bu rəncü-məlalı 
Ac, susuz, yorqun, xərabə mənzili, başı qaralı 
Taziyanə, kəbi-nizə eyləsin cismin yaralı
Halına öz halım əldə yaxşı mizandır Rüqəyyə
Gülşəni-ömrün soldurubdur badi-möhnət Bu gecə 
gül surətində görsənir asari-rehlət Bir kəsə gəlmir 
gümanim nisfi-şəb, qürbət vilayət
Bir nəfər fəryadrəs yox, şəhri-dunandır Rüqəyyə
Mənzili Əbu Həsənidə bir gecə fəsli-zimistan
Var idi Sədiyi-Zəman və Əşgi və bir cəm mehman
Müttəle yazdı Hüseyni şirkət ilə tapdı payan
Yazdıran, yadə salan bu şeri xoşxandır Rüqəyyə


231

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin