Biləsuvar Regional Mədəniyyət Idarəsi Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin


Vətən oğlu, sən bu dərdə dözmədin



Yüklə 113 Kb.
səhifə2/5
tarix10.01.2022
ölçüsü113 Kb.
#108973
1   2   3   4   5
Vətən oğlu, sən bu dərdə dözmədin.

Qalxdın düşmən yuvasını dağıtdın.

Ana yurdu heç doyunca gəzmədin,

Yatmış Babək qeyrətini ayıltdın.

(Elman Əkbər)

Vətən uğrunda candan keçənlərin ruhu Allahın dərgahında ən yüksək məqamda qərar tutur. Görünür , ona görə doğma yurdun müdafiəsi zamanı dünyasını dəyişənlər barədə deyirlər ki, Şəhidlik zirvəsinə yüksəldilər.

Milli Qəhramanımız Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevral ayının 7–də Azərbaycanın gözəl guşələrindən biri olan Biləsuvar rayonunun Əliabad kəndində sadə zəhmətkeş, kəndli ailəsində anadan olmuşdur.Yaşı da Qarabağ savaşınin başlanması ilə eynidir – 1988 il..

Ağakərim kişinin üç oğlan övladı vardır. Son beşik olan Mübariz qardaşlarından həmişə özünəməxsusluğu ilə seçilirdi. Uşaqlığını elə həmin kənddə keçirərək, 1994 –cü ilin sentyabr ayında Biləsuvar rayonu şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbinin I sinifinə qəbul olunmuşdur. Kiçik yaşlarında yoldaşlarından səliqəsinə, davranışına, tərbiyəsinə və Vətənə olan məhəbbətinə görə seçilirdi. Oxuduğu məktəb dövründə, onun idmana çox böyük marağı vardı. Odur ki, kiçik yaşlarından rayonda yaradılmış boks bölməsinə üzv olur. Orta məktəbi qurtarana qədər özünü idmançı kimi cəmiyyət və Vətən üçün hazırlamışdır. Mübariz İbrahimov kicik yaşlarından

çox zəif, boydan kiçik, sarışın bir oğlan idi. Hətta ibtidai sinifdə oxuduğu zaman sinif rəhbərinin dediyinə görə öz çantasına gücü çatmayan bir şagird olmuşdur.

Onun idmana olan güclü həvəsi tez bir zamanda onu ucaboylu, fiziki cəhətdən inanılmaz gücə malik bir gəncə çevrildi. İdmanla bağlıı olan bütün yarışlarda məhz Mübarizin sayəsində məktəb həmişə ön sıralarda olmuşdur.

Məktəbdə keçirilən vətənpərvərlik mövzusunda söhbətlərdə Mübariz İbrahimov həmişə seçilirdi.

2005- ci ildə, orta məktəbi ” yaxşı” qiymətlərlə bitirərək, 2006 - cı ilin aprel ayında hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissənin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır . 2006-cı ilin sentyabr ayında,Hacıqabulda çavuşluq məktəbini bitirdi.Məktəbdə oxuyan zaman bir neçə şer də yazmışdı.

And içirik and içirik and içirik biz,

Babalardan miras qalmış ulu torpağa

Yaxşı xidmətlərinə görə çavuş rütbəsi almışdır və həqiqi hərbi xidmətini 2007-ci ildə bitirmişdir.

Bir müddət mülki işlərdə işlədikdən sonra, idmanla bağlılığı onu təzədən idman yarışlarında iştirak etməyə və respublikamızın bayrağını ucaltmağa vadar etmişdir. Nəhayət, idmanda qazandığı nailiyyətlər onu qane etməmiş və Vətənə bağlılıq onu yenidən, 2009-cu ilin yayında öz istəyi ilə hərbi xidmətə qayıtmağa sövq edir. Mübariz İbrahimov hərbi xidmətə qayıtmaq istəsə də, valideyinlərinin razılığı olmayıb. Nəhayət, 2009-cu ilin avqust ayında valideyinlərini razı salaraq Mübariz hərbi xidmətə yollanır.

2009-cu ildə Silahlı Qüvvələrin Təlim – Tədris Mərkəzinin gizir hazırlıq kurslarına daxil olur, oranı müvəfəqiyyətlə bitirdikdən sonra ehtiyat hərbi hissədə xidmətə göndərilsə də, bundan rahatlıq tapmayıb. Dəfələrlə komandanlığa ərizə ilə müraciətində

israrla xahiş edib ki, onu ehtiyat hərbi hissədən ön xəttə yerləşən bölmələrdən birinə dəyişdirsinlər.

Nəhayət , 2010-cu ilin aprel ayından Tərtət rayonunda yerləşən” N “ saylı hərbi hissədə xidmətinə başlayır. Qısa zaman kəsiyində sözün həqiqi mənasında zabitlərin də, əsgərlərin də sevimlisinə çevrilmiş, ətrafdakıların böyük mərhəmətini qazanmışdır. Çox çəkmir ki, uzun müddət düşündüyü , arzusunda olduğu erməni faşistlərindən qisas almaq planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını arayıb tapır. Sonuncu dəfə Mübariz valideyinləri ilə iyun ayının 17-də hal - əhval tutub. Öz istəklərini söyləyib.”Mənim üçün bol - bol dua edin, namazlarınızı vaxtında qılın, sədəqə verin , qardaşlarımı evləndirin...” Kəşfiyyatçı idi. Əvvəlcədən öz mövqeyini dəqiqləşdirmişdi.

Namazını qılır, Allahından ona kömək olmasını istəyirdi.Telefonunu söndürür və valideyinlərinə məktub yazmağa başlamışdı.



Yüklə 113 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin