Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: Bu sahədə tələbələrin İslam birliklərinin rolu nədən ibarətdir? Cavab



Yüklə 407 Kb.
səhifə32/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   28   29   30   31   32   33   34   35   ...   62
Sual: Bu sahədə tələbələrin İslam birliklərinin rolu nədən ibarətdir?

Cavab: İslam birlikləri doğrudan da müsəlman qüvvələri toplamaq üçün yaxşı imkandır. Onlar universitetlərdə çalışan ruhanilərə yardımçı olmalıdırlar. İslam birliyi universitetdə çalışan ruhani ilə həqiqətən əməkdaşlıq etsə, ona itaət göstərsə, sözlərini və tövsiyələrini ata tövsiyəsi kimi qəbul etsə, ruhanini özünə arxa və dayaq etməyə çalışsa, düşünürəm ki, universitetdə dini təfəkkürü çox yaxşı formada genişləndirmək olar. Bəzi yerlərdən xəbər alırıq ki, belə deyil; İslam birliyi ruhaniyə qarşı çıxır, yaxud qarşıdurma yaradır. Təbii ki, bu zaman qüvvələr parçalanır, bəzən də toqquşur və bir-birini ortadan götürür.1
Sual: Ruhanilərdən əlavə, universitet rektorları və müəllimlər də tələbələrin dini tərbiyəsində təsirli amildirlər. Bəzən bu şəxslərin dindar tələbələrə həqarət gözü ilə baxmaları və elmlərini əsirgəmələri hiss olunur. Bu barədə fikriniz nədir? Belə şəxslərə qarşı hansı tədbiri görmək lazımdır?

Cavab: Mən bir neçə il bundan əvvəl bir söz dedim, bəziləri səs-küy saldılar. Dedim ki, universitetlərin rəhbərliyi həm də elmi rəhbərlik olmalıdır. İndi də fikrim budur. Universitetin başında elə adam durmalıdır ki, orada olanlar bu şəxsi rəis kimi qəbul etsinlər. Sözsüz ki, əməl və etiqadla yanaşı olan elmdən söhbət gedir. Bu quruluşun başının bədənindən ayrılmasını istəyən, ümumiyyətlə İslama etiqad bəsləməyən, yaxud İslamı və hizbullahçıları məsxərə edən, yaxud, mömin tələbəni ələ salan etiqadsız bir şəxs işlərin başına keçməməlidir. Xeyr! Onun qolundan tutub kənara qoyun. Bizim siniflərimizdə dərs demək istəyirsə, eybi yoxdur. Hansı müəllim gəlib dərs desə, qəbul edərik. Biz hər bir kəsin elmindən bəhrələnirik; hətta bizi qəbul etməyənlərin belə. Elmini öyrətsin, biz çox təvazökarlıqla oturub onun elmindən bəhrələnərik, quruluş onun elmindən istifadə edər. Lakin universitetin idarəsində təyinedici olması əsla yolverilməzdir. Kimsə çadralı, yaxud hicablı qıza təhqir gözü ilə baxırsa, onu təhqir edin, heç nəyi nəzərə almayın; kimsə saqqal saxlayan hizbullahçı gəncə təhqir gözü ilə baxırsa, belə gəncləri süründürürsə, onu təhqir edin. Bəzən bizə belə məlumatlar çatır.

Dəyər Allaha itaətdə, imanda, ölkəyə və cəmiyyətə qayğıdadır, şıq geyinməkdə deyil. Şəhvətli ləzzətlərindən və yeyib-içməyindən keçməyən, ümumiyyətlə ağır vəzifəyə yaxın durmayan bir insan hansı haqla bu quruluşda mühüm şəxsiyyət olduğunu deyə bilər?! Elmi də onun şəxsi həyatının və qarnının qulluğundadır, xalqdan ötrü deyil. Elminin də dəyəri yoxdur. Sizin nazirliyinizdə və universitetinizdə inqilabla bir istiqamətdə hərəkət etməyənin elminin də dəyəri yoxdur. Bəli, elmini bizim tələbələrimizə öyrətsə və tələbələrimiz ondan istifadə etsələr, sözümüz yoxdur; bu şərtlə ki, öyrətsin. Mən eşitmişəm ki, bəziləri hətta elmlərini də əsirgəyirlər. Mən bilmirəm, siz araşdırın, görün həqiqətən belədir, yoxsa yox. Deyilənə görə, sinifdə bir şey öyrətmir və tələbəni yetişdirmirlər. Belə bir şəxs ümumiyyətlə işə yaramır. Elmini öyrətmək istəyən şəxsdən isə öyrənsinlər; universitetdə dərs desin, problem yoxdur. Amma bu quruluşa, bu təfəkkürə, bu İslam hərəkatına, bu inqilaba etiqadı olmayınca, ona geniş imkanlar verməməliyik. Bu meyarlara cavab verən bir müəllim, yaxud rektor təyin etdikdə isə hamı ona hörmət etməli və doğrudan da gözünün üstündə saxlamalıdır. Tələbə də beə şəxsə hörmət etməlidir.1



Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin