C. Layihənin maliyyələşdirilməsi. Layihənin uğurlu icrası üçün Azərbaycan hökuməti və BMTİP layihəyə aşağıdakı köməklikləri göstərəcəklər:
Hökumətin köməyi:
Layihə ilə əlaqəli fəaliyyətlər üçün məkan və məsləhətçilərə öz missiyalarını tamamlamaq üçün lazımi informasiyanın əldə edilməsinə kömək. Təlim kurslarının keçirilməsi üçün Hökumət lazımi məkanı təmin etməlidir, ya da layihə üçün müvafiq məkanların icarəyə götürülməsində köməklik;
Layihə çərçivəsində həyata keçirilən tədbirləri yerli icra orqanları ilə əlaqələndirmək;
Təlim kurslarının hazırlanmasına ümumi dəstək, o cümlədən BMTİP ilə məsləhətləşmə aparılmaqla, təlim tədbirlərində iştirak edəcək şəxsləri təyin etmək
BMTİP-nin köməyi:
Layihə büdcəsinə 158,500 ABŞ dollar məbləğində dəstək;
Layihə üçün milli/beynəlxalq ekspertlərin və işçilərin seçilməsinə dəstək;
Tədarük və maliyyə məsələlərinə dəstək;
Təlimlərin təşkili və avadanlıq təchizatçılarının seçilməsində iştirak etmək;
Layihənin nəticələrinin keyfiyyətinə nəzarət.
D. Audit yoxlamaları. BMTİP/Mİ təlimatlarında tələb olunduğu kimi, layihə müstəqil audit yoxlamasından keçəcəkdir.
E. Digər məsələlər. Bütün nəşrlər və digər vizual materiallar BMTİP-nin nəşrlərlə bağlı siyasətinə uyğun olmalıdır.