Bismillahir Rəhmanir Rəhim


O gələndə dünyaya günahın, doğruluğun və hökmün nə demək olduğunu açıq-aşkar göstərəcək



Yüklə 2,2 Mb.
səhifə103/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   99   100   101   102   103   104   105   106   ...   120
O gələndə dünyaya günahın, doğruluğun və hökmün nə demək olduğunu açıq-aşkar göstərəcək.  

İlk növbədə günahın nə demək olduğunu göstərəcək, çünki onlar mənə iman etmirlər. 

Sonra doğruluğun nə demək olduğunu göstərəcək, çünki mən Atanın (Allahın) yanına gedirəm və siz artıq məni görməyəcəksiniz. 

Nəhayət, hökmün nə demək olduğunu göstərəcək, çünki bu dünyanın hökmdarı artıq məhkum edilib. Sizə deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz. 

Həqiqət ruhu (Əhməd) gələndə sizə yol göstərəcək, həqiqəti tam dərk etməyinizə kömək edəcək. O, özündən danışmayacaq, eşitdiyini danışacaq və sizə qarşıdakı hadisələri xəbər verəcək. O, məni şərəfləndirəcək, çünki məndən eşitdiklərini sizə bildirəcək”.

Yeri gəlmişkən qeyd edək ki, “Əhməd” adının “HMD” şəklində yazılmış formasına Həqqayın kitabının 2-ci fəslinin 7-9 – cu bəndlərində də rast gəlməkdəyik. İşin ən maraqlı tərəfi isə budur ki, həmin kitabın arami dilində olan orijinalında hərənin bir cür yozduğu “ŞLM” kəlməsi ilə də üzləşməkdəyik. Buradakı “HMD” (Əhməd) adı Azərbaycan türkcəsinə “ləl-cəvahirat”, “ŞLM” kəlməsi isə “əmin-amanlıq” kimi tərcümə edilib:
Bütün xalqları silkələyəcəyəm. Xalqların ləl-cəvahiri gələcək və Mən bu evi əzəmətlə dolduracağam”, - deyir ordular Allahı Yehova.  

Qızıl da, gümüş də Mənimdir”, - bəyan edir ordular Allahı Yehova.

Bu evin gələcək əzəməti əvvəlkindən böyük olacaq”, - deyir ordular Allahı Yehova. “Bu yerə əmin-amanlıq verəcəyəm”, - bəyan edir ordular Allahı Yehova.
Qeyd edək ki, arami dilindəki “ŞLM” kökü ərəbcədə “SLM” kimi səslənir. Və bu kəlmə “Əmin-amanlıq” kimi tərcümə edilə biləcəyi kimi, “salam” (aramicə “şalom”) və “İslam” kimi də tərcümə edilə bilər. Yeri gəlmişkən qeyd edək ki, İslam elə əmin-amanlıq deməkdir.

7-9-cu bəndlərin aramicədən dəqiq tərcüməsi belədir:
Bütün xalqları silkələyəcəyəm. Əhməd xalqlara (dünya xalqlarına) gələcək və Mən bu evi əzəmətlə dolduracağam”, - deyir ordular Allahı Yehova.  

Qızıl da, gümüş də Mənimdir”, - bəyan edir ordular Allahı Yehova.

Bu evin gələcək əzəməti əvvəlkindən böyük olacaq”, - deyir ordular Allahı Yehova. “Bu yerə İslamı bəxş edəcəyəm”, - bəyan edir ordular Allahı Yehova.
Həqqay peyğəmbər (ə) fars şahı Daranın dövründə, başqa sözlə, e.ə. VII-VI əsrlərdə yaşayıb, Bu isə o deməkdir ki, o, İslamdan və Həzrət Mühəmməddən (s) təqribən 13-14 əsr öncə yaşayıb və həmin dövrdə həm sevimli Peyğəmbərimizi (s), həm də uca dinimizi müjdələyib.

Beləliklə, gələcəkdən keçmişə informasiya axınının başqa bir nümunəsini görürürk.

Yenidən Yəhya “İncil”inin üzərinə qayıdıb daha bir maraqlı məqama diqqət yetirək. Həmin İncildə Hzərət Yəhyadan (ə) da söz açılmaqdadır. Məlumat üçün bildirək ki, Yəhya ibn Zəkəriyya (زكريا‎‎ ابن يحيى) adı ilə də məşhur olan bu peyğəmbər, Həzrət İsanın (ə) peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmişdi. İncildə adı Vəftizçi Yəhya (İohanna) kimi çəkilir. Həzrət Zəkəriyyanın (ə) oğlu olduğu bilinməkdədir. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya (ə) İsanın (ə) peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi.

Həzrət Yəhya (ə)  “Məryəm” surəsinin 12-15 - ci ayələrində belə yad edilir:

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin