(İsa dedi:) “Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi verəcək. O, əbədiyyən sizinlə olacaq” (Yəhya, 14:16).
Əslində isə, Həzrət İsanın (ə) Yəhya İncilində yer alan yuxarıdakı sözlərinin arami dilindən dəqiq tərcüməsi belədir: “Mən Atamdam (Allahdan) sizinlə daim birlikdə qalması üçün başqa bir yol göstərəni – Əhmədi verməsini (göndərməsini) xahiş edəcəyəm”.
Eyni İncilin 16 fəslinin 7-14 – cü bəndləri dilimizə belə tərcümə edilmişdir:
(İsa dedi:) Amma mən sizə həqiqəti söyləyirəm, getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm.