Sual: 440. Azsaylı yardımçılarla dünyaya qalib gəlmək necә mümkün olacaq?
Cavab: Rəvayətlərdə həzrətin məhdud bir qrup, yəni 313 nəfər yardımçısına işarə olunsa da, onların həzrətin rəhbərliyi ilə zalımlara qələbəsində gözlənilməyən bir şey yoxdur. Çünki:
1. Rəvayətlərdə həzrətin 10000 yardımçıları olacağı göstərilir. Belə bir qüvvə hazır olmayınca həzrət zühur etməyəcək.
2. Həzrət dünyaya möcüzə yolu ilə də qalib gələ bilər. Allah vəd etmişdir ki, sabitqədəmlik olan yerdə kiçik bir qrupu böyük bir qrupa qalib edər.2
3. Təbii vasitələrlə də belə bir qələbənin əldə olunması gözlənilməyən iş deyil. Çünki həzrət nifaqlı bir ictimai-siyasi şəraitdə zühur edəsidir. Həmin vaxt hamı dünyadakı vəziyyətdən narazı olasıdır. Xalq ədalət hökumətinin intizarını çəkəsi, yalnız xüsusi bir qrup zühura qarşı çıxasıdır.
4. Dünyanın kiçik bir kənd vəziyyətinə gələcəyi bir vaxtda nəzərdə tutulan hədəfə çatmaq mümkün olacaqdır. Əsas strateji nöqtələr ələ keçirildikdən sonra həzrətin ümumdünyəvi ədalət hökuməti bərpa olacaq.
Dostları ilə paylaş: |