Sual: 178. Allah nə üçün uşağı imam təyin etdi?
Cavab: Bəziləri sual verirlər ki, Allah şəkk-şübhə yaranacağını bildiyi halda nə üçün uşağı imam təyin etdi? Belə bir seçimin bir neçə amili ola bilər:
1. Xalqın imtahanı – Çünki möcüzə və başqa yollarla uşağın imaməti sübuta yetdikdə xalq imtahana çəkilir. Müəyyənləşdirilir ki, kim haqqa təslim olur? Necə ki, həzrət Əbdül-Əzim Həsəni imtahana çəkildi.
2. Körpənin imam təyin olunması bu işin Allah tərəfindən müəyyənləşdirilməsinin sübutu ola bilər – Əgər imamlar yalnız yaşlı vaxtlarında imamət məqamına çatsaydılar, bəziləri onların çalışaraq kamilliyə çatdığını düşünərdi. Körpə uşağa münasibətdə belə ehtimallar olmur. Əgər uşaqda imamət fəziləti varsa, şübhəsiz ki, bu fəzilət Allah tərəfindəndir.
3. Sübuta yetirilir ki, insanın məqamı onun yaşından yox, ləyaqətindən asılıdır – Usamə ibn Zeydin komandan təyin olunması da bu həqiqəti göstərir. Bir çox səhabələr bu təyinatı bəyənmirdi. Amma həzrət Peyğəmbər (s) məhz ləyaqətinə görə Üsaməni komandan təyin etdi.
4. İmam Riza (ə) İmamlar ardıcıl şəkildə şəhadətə yetirildiyindən, Allah imamları uşaq yaşında bu məqama təyin etməklə zalım hakimlərin diqqətini yayındırırdı. Digər imamlar imtahandan başıuca çıxdığı üçün düşmənlər anladılar ki, azyaşlı imam da onlar üçün təhlükəlidir. Bu səbəbdən də həzrət Mehdini (ə) tapıb qətlə yetirmək istədilər. Allah-tәala həzrət Mehdini (ə) uşaq yaşından qeybə çəkdi.
Dostları ilə paylaş: |