Sual: 288. Əsrin imamının qeyb fəlsəfəsi nədir?
Cavab: Qeyb dövrünün tarix boyu ən aktual suallarından biri imamın hansı məqsədlə qeybə çəkilməsi olmuşdur.
Araşdırmaya bizə həqiqəti aydınlaşdıracaq bir müqəddimənin bəyanı ilə başlayırıq:
1. Allah-tәala Quran-Kərimdə və İslam peyğəmbəri öz buyuruqlarında İslam dininin bütün dinlərə qələbəsini vəd etmişlər.
Allah-tәala buyurur: “Öz rəsulunu müşriklər ikrah duysa belə, bütün dinlərə qalib gəlmək üçün xalqın hidayətinə haqq dinlə göndərən Odur (Allahdır).”2
2. Bəndələrin halında ixtilaf göründükcə onların məsləhət və tədbiri dəyişir. Allah-tәala bəndələri ilə bağlı tədbiri öz öhdəsinə götürmüşdür. Onların ağlını kamilləşdirmiş, onları saleh əmələ yönəltmişdir. Yalnız bu yolla insan səadətə çata bilər. Əgər insanlar Allahın göstərişlərinə əməl etsələr, onlara yardım göstərmək Allahın öhdəsinədir. Vəzifəsini yerinə yetirən insana Allah öz yardımını artırır, getdiyi yolu onun üçün asanlaşdırır. Amma insan ilahi göstərişlərə qarşı çıxdıqda, günaha yol verdikdə məsləhət dəyişir və nəticədə mövqelər də əvəz olur. Bu halda Allah öz tövfiqini, yardımını insandan kəsir və o məzəmmət olunur. Allah ardıcıl olaraq öz imamlarını xalqa doğru göndərmişdir. Amma insanlar Allah övliyalarını qətlə yetirdiklərindən Allah son imamını qeybə çəkmişdir.
3. İstər kiçik, istər böyük ictimai iş münasib şərait tələb edir. Bu səbəbdən də ümumdünyəvi qiyam üçün xüsusi hazırlıq olmalıdır.
4. Heç şübhəsiz, zühur əsrində dinin qələbəsi fövqəladə qüdrətə, əhatəli elm və paklığa malik olan rəhbər və imama ehtiyaclıdır.
5. Şiə və sünnilər arasındakı mütəvatir rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) özündən sonra ardıcıl şəkildə gələcək 12 imamı sadalamışdır.1
6. Rəvayətlərdən və əqli dəlillərdən məlum olur ki, qiyamət gününədək yer üzündə məsum imamın, ilahi höccətin olması zəruridir.
Mərhum Kuleyni səhih bir sənəd əsasında Əbu-Həmzədən belə nəql edir: İmam Sadiqdən soruşdum ki, yer üzü imamsız qalarmı? Həzrət buyurdu: “Əgər yer üzü imamsız qalsa, məhv olacaq.”2
7. Peyğəmbərin və rəsulların kənara çəkilmə səbəblərindən biri İslam şəriətini yaymaq məqsədi ilə qətldən qorunmaq olmuşdur. İmam Mehdi (ə) də qorunmaq üçün təbii vasitələr gücdən düşdüyündən Allahın əmri ilə qeybə çəkilmişdir.
İmam Sadiq (ə) Zürarəyə buyurur: “Qaim (Mehdi) üçün qiyamından öncə bir qeyb var.” Zürarə deyir: “Həzrətə ərz etdim ki, hansı səbəbdən? Həzrət buyurur: “Qətlindən çəkindiyi üçün.”3
8. İmamın qeybə çəkilmə amillərindən biri onun əsrin zalım hakimlərinə beyətə məcbur edilməməsidir.
Şeyx Səduq imam Sadiqin (ə) dilindən nəql edir: “Qaim (Mehdi) öhdəsində kimsə ilə beyət olmayan bir halda qiyam edəcək.”4
9. Hidayət bir neçə qisimdir:
a) Fitri hidayət: Bu, fitrət yolu ilə hidayətdir. Qurani-Kərimdə oxuyuruq: Üzünü Rəbbinin xalis ayininə doğru tut. O, Allahın insanları yaratdığı vaxt onlara verdiyi fitrətdir. İlahi yaranışda nizamsızlıq yoxdur. Budur möhkəm ayin. Amma xalqın əksəri bilməz.”1
b) Təşrii (şəriət yolu ilə) hidayət: Bu, xalqın onlar arasındakı imam vasitəsi ilə doğru yola yönəldilməsidir. Qurani-Kərimdə oxuyuruq: “(Öncə) Xalq bir dəstə idi. (Onlar arasında ziddiyyət yarandı, tədricən təbəqələr əmələ gəldi.) Allah xalqa müjdə vermək və onu qorxutmaq üçün peyğəmbərlər seçdi. Xalq arasında ixtilaflı məsələlərdə mühakimə üçün haqqa dəvət edən səmavi kitab nazil oldu...”2
v) Təkvini (təbiət qanunları vasitəsi ilə) hidayət: Bu, varlıq nizamında tədbir tökməklə hidayətdir. Qurani-Kərimdə oxuyuruq: “Kitabdan elmi olan kəs dedi: “Gözünü qırpmamışdan qabaq onu sənin yanına gətirəcəyəm.” (Süleyman) Onu (taxtı) yanında dayanmış gördü və dedi: “Bu mənim Rəbbimin fəzlindəndir. Məni imtahana çəkir ki, görən şükür, yoxsa küfr edəcəyəm?!”3
q) Batini hidayət: O, təkvini vilayətin bir şöbəsidir və istəyə çatdırma mənasını bildirir. Qurani-Kərimdə oxuyuruq: Onları insanlara rəhbər etdik ki, xalqı bizə doğru hidayət etsinlər. Hər yaxşı işi, xüsusilə namazın bərpası və zəkat ödənməsini onlara vəhy etdik, onlar da bizə ibadətə qatıldılar.”4
Yuxarıdakı müqəddiməni nəzərdən keçirdikdə belə bir nəticə əldə edirik ki, həzrət Mehdinin (ə) nazənin varlığı haqlı olaraq vəd olunmuş günədək pərdə arxasında qalmalı, yalnız zəmin yarandıqdan sonra Allah-tәalanın izni ilə zühur etməlidir.
Dostları ilə paylaş: |