Bismillahir-Rəhmanir-Rəhim


Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür? Cavab



Yüklə 1,7 Mb.
səhifə28/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   24   25   26   27   28   29   30   31   ...   410
Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür?

Cavab: Qərb nəzəriyyəçisi Samuel Hantinqton tarixin sonu haqqında deyir:

a) Gələcəkdə millətlər və qruplar arasında baş verəcək əsas qarşıdurma ideologiya və iqtisadiyyat sahəsində yox, mədəniyyət, sivilizasiya sahəsində olacaq.

b) Dünyada səkkiz mədəniyyət cərəyandadır: qərb, konfusiçilik, yapon, İslam, Hindu, Slavyan, Ortodoks, Latın Amerikası mədəniyyətləri.

v) Mədəniyyətlərin dialoqu mühümdür.

d) Mədəni özünüdərk tərəqqidədir.

q) Qərbin rəftarı digər mədəniyyətlərdə özünüdərkin tərəqqisinə səbəb olmuşdur.

ş) İslam və qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır.

c) Sonda İslam və konfusiçilik birləşərək qərb mədəniyyətinə qarşı duracaq.

Nəticə: Mədəniyyətlərin savaşı dünya savaşının son təkamül mərhələsidir və sonda qərb mədəniyyəti qalibdir.3

Uyğun baxışa iradlarımızı bildiririk:

1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir.

2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir.

3. Nəzəriyyəçi “sivilizasiya” anlayışını “mədəniyyət” anlayışı ilə qatışıq salır. Hansı ki, bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və görünən tərəfləri var. Mədəniyyət isə daha çox zehn və mənəviyyata aiddir. Sənət, fəlsəfə, hikmət, ədəbiyyat, e`tiqad mədəniyyətin əhatə dairəsindədir. Sivilizasiya isə daha çox insanın cəmiyyətdəki maddi ehtiyaclarını əks etdirir. Sivilizasiya daha çox ictimai, mədəniyyət isə fərdi yönümə malikdir. Sivilizasiya insanın cəmiyyətdəki təkamülünü təmin edir. Mədəniyyət isə fərdi təkamül yönümünü işıqlandırır. Sivilizasiya və mədəniyyət əlaqəli də olsa, fərqli anlayışlardır.

4. “Nəzəriyyəçi qərbə aydın bir tərif vermək əvəzinə, onu Amerika mehvər olmaqla vahid bir mövcud sayır. Hansı ki, Bzejinski qərb nizamındakı daxili fəsadı Amerikanın qüdrətini hədələyən bir amil kimi göstərir.

5. Nəzəriyyəçi iki mədəniyyət arasındakı ziddiyyəti tarixi zərurət sayır və bu ziddiyyətin aradan qaldırılmasını mümkünsüz bilir. Beləcə, qərb İslam sivilizasiyasının çiçəkləndiyi ölkələrə qarşı hərbi qüdrətini gеnişlәndirir. Hansı ki, mədəniyyət ixtilafı adlanan bu ixtilaf qərbin çirkin siyasətindən qaynaqlanır. Bu ixtilafları məsihilik və İslamın ayağına yazmaq olmaz. Vill Dorant deyir: “Məhəmməd (s) məsih dini ardıcıllarına nöqsan tutsa da, onlara qarşı nikbin münasibətdədir. O, məsih ardıcılları ilə öz ardıcılları arasında dostluq rabitələrinin olması istəyindədir.”1

Robson deyir: “Yalnız müsəlmanlar öz dinlərinə möhkəm bağlanmaqla digər dinlərlə müdara ruhunu saxlaya bilirlər.”2

Adam Metz isə belə deyir: “İslam hakimiyyəti dövründə kilsələr və sovmiyələr elə tə`sir bağışlayırdı ki, sanki məsihi hakimiyyətindədirlər. Bir çox ölkələrdə mövcud olan bu sayaq müdara ənənsi qərbə heç orta əsrlərdə də tanış deyildi.”3


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin