Sual: 31. Marksistlər tarixin təkamülünə hansı üsulla don geyindirirlər?
Cavab: Marksistlər tarixi təbiətin bir hissəsi sayırlar. Onların nəzərincə, tarix təbiətin taleyini yaşayır. Mərhum Şəhid Mütəhhəri Marksistlərin uyğun mövzu ilə bağlı baxışı haqqında deyir: “Tarix daimi bir cərəyan, insan, insan təbiəti və cəmiyyət arasındakı rabitə, inkişafda olan qüvvələrlə tənəzzüldə olan qüvvələr arasında daimi bir çəkişmədir. Sonda sərt və inqilabi bir cərəyan bu gedişi inkişafda olan qüvvələrin xeyrinə başa vuracaq. Bir sözlə, tarix ziddiyyətlərin təkamüllə nəticələnən çəkişməsidir...
Fikri donmuş, keçmişə bağlı bir qrupla gələcəyə bağlı, düşüncəsi işıqlı güruh arasında çəkişmə güclənir və nəhayət, partlayış həddinə çatır. Cəmiyyət inqilabi bir addımla keçmiş quruluşu yeni quruluşla əvəz edir. Beləcə, tarixin yeni bir mərhələsi başlayır.
Tarixin bu yeni mərhələsi də tale baxımından ötən mərhələyə oxşayır... Bu mərhələ də öz yerini onu inkar edənə verir. Tarix bu sayaq təbiətə oxşar şəkildə ziddiyyətlər arasından ötüb keçir.
Təbiət və tarixə münasibətdə bu sayaq düşüncə tərzi dialektik təfəkkür adlandırılmışdır. Çünki onlar bütün ictimai dəyərləri istehsal vasitələrinə bağlı bilirlər. Biz tarixə bu sayaq baxışı “alət baxışı” adlandırırıq. “Alət baxışı” dedikdə tarixi proseslərə münasibətdə «xüsusi təfəkkür tərzini» nəzərdə tuturuq. Bu tarix “tarixi materializm” adlandırılmışdır...”1
Dialektik üsulla tarixin təkamülünə don geyindirilməsinə müəyyən iradlarımızı bildiririk:
1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz. Çünki istehsal vasitələrinin təkmilləşdirilməsi öz növbəsində fitri kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.
2. Tarixi təkamülə istehsal vasitələri prizmasından baxış bütün dini, əxlaqi və insani dirçəlişləri təhrif edir. Bu nəzəriyyə insanlıq məqamına xəyanət kimi dəyərləndirilir.
3. Tarixi gerçəkliklər bu nəzəriyyənin puçluğunu sübuta yetirir. Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar da, sosializmə keçmədilər.
4. Tarixə dialektik baxış problemlər və böhranlar yaratmaq məqsədi ilə aranı qarışdırır.
5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə kamilləşir. Hansı ki, bu baxış yanlışdır. Çünki uyğun hərəkətin əsas amili insandır və insan azad varlıqdır. Tarix bəzən irəli gedir, bəzən geri qalır. Bəşərin sivilizasiya tarixi bir silsilə tərəqqi, sonra tənəzzüldən başqa bir şey deyil.
6.Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa, iman və ideologiyaya doğru uzanmışdır. Seyyid Məhəmməd Sədr deyir: “Hərəkət daim inkişafa doğru olmur. Bəzən geriyə hərəkət də müşahidə olunur. Necə ki, dəmir rütubətə düşdükdə torpağa çevrilir. Bəzən də hərəkət heç bir səmərə vermir. Necə ki, qədim cəmiyyətin bəzi qalıqları hələ də inkişaf etməmişdir...”2
Dostları ilə paylaş: |