BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə37/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

AYƏ 94:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لَيَبْلُوَنَّكُمُ اللّهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللّهُ مَن يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır

TƏFSİR:


Həcc mövsümündə və ehram halında həccə gedən şəxsin şikar etməyə haqqı yoxdur. Həmin dövrlərdə ov bəzən insanın lap yaxınlığına gəlir və adam bir qədər cəld hərəkətlə onu tuta bilər. Lakin Allah-təala insanları imtahan edərək buyurur ki, şikara əl vurmayın. Əgər şikar etsəniz sizə ilahi əzab nazil olar. Şikarın özünün dərdli əzabı yoxdur. Əksinə, əzab qanunu pozmağa görədir. Belə bir müqəddəs məkanda İbrahim İsmaildən keçdiyi üçün siz də şikardan keçin.


AYƏ 95:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْتُلُواْ الصَّيْدَ وَأَنتُمْ حُرُمٌ وَمَن قَتَلَهُ مِنكُم مُّتَعَمِّدًا فَجَزَاء مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَو عَدْلُ ذَلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللّهُ عَمَّا سَلَف وَمَنْ عَادَ فَيَنتَقِمُ اللّهُ مِنْهُ وَاللّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin o, qurbanlıq kimi Kəbəyə (Kəbənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır Allah yenilməz qüdrət intiqam sahibidir

TƏFSİR:


Bu ayədə tam qətiyyətlə və aşkar şəkildə, ehram halında ovun haram edilməsinin hökmü ümumi halda verilir və buyurulur: Ey iman gətirənlər! Ehram halında şikar etməyin.

Sonra ehram halında ov etməyin kəffarəsi barədə buyurulur: Bir kəs qəsdən bir ovu qətlə yetirsə, gərək həmin heyvanın misli olan bir kəffarə versin, yəni qurbanlıq edərək onun ətini fəqirlərə versin.

Burada «misl» dedikdə məqsəd heyvanın görkəm və çəkisindəki oxşarlıqdır, yəni misal üçün, əgər bir şəxs dəvəquşu kimi böyük bir vəhşi heyvanı ovlasa, onun əvəzi olaraq dəvə versin, yaxud əgər ahu şikar edibsə gərək təqribən onun əndazəsində olan qoyun qurbanlıq etsin.

Bu ovun oxşarlıq məsələsi bəzilərində şəkk-şübhə yarada biləcəyindən Quran bu barədə göstəriş verib buyurur ki, bu məsələ iki adil və agah şəxsin nəzarəti altında baş verməlidir.

Kəffarə olaraq qurban kəsilməli olan heyvanın harada kəsilməsinə gəldikdə isə göstəriş verilir ki, qurbanlıq – hədy, Kəbəyə gətirilib, oraya çatdıqdan sonra elə orada zibh edilməlidir.

Sonra əlavə olaraq buyurulur ki, kəffarənin mütləq qurbanlıq şəklində olması vacib deyil. Əksinə, digər iki şey də onu əvəz edə bilər: ya onun dəyəri miqdarında pul ilə təam alınaraq miskinlərə verilməli, ya da onun əvəzində oruc tutulmalıdır.

Bu kəffarələrin səbəbi budur ki, öz qanunsuz əməlinizin cəzasını görəsiniz.

Amma heç bir hökm, adətən, verildiyindən əvvəlki dövrlərə aid olmadığı üçün buyurulur ki, bu barədə əvvəllər əncam verdiyiniz qanunsuz işləri Allah əfv edir.

Hərgah bir şəxs bu kimi təkrar xəbərdarlıqlara və kəffarə hökmünə etina etmədən yenidən ehram halında ov edərsə, Allah belə şəxslərdən intiqam alacaq. Allah qüdrətlidir və lazım olan zaman intiqam alır.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin