BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə34/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

AYƏ 88:


﴿ وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ ﴾

TƏRCÜMƏ:


« Allahın ruzi olaraq sizə verdiklərinin halal pak olanlarından yeyin ( şəriətin haram buyurduqlarından zatən murdar olan şeylərdən çəkinin) iman gətirdiyiniz Allahdan qorxun

TƏFSİR:


Keçən ayədə halal şeylərin haram edilməsi qadağan olunurdu. Bu ayədə isə ilahi nemətlərdən qanuni şəkildə bəhrələnməyə dair əmr edilərək buyurulur: «Allahın sizin üçün halal və pak-pakizə qərar verdiyi ruzilərdən yeyin.»

Peyğəmbəri-Əkrəm (s) buyurur: «Halal ruzi axtarmaq (qazanmaq) hər bir müsəlman qadın kişiyə vacibdir.»1

Yenə buyurur: «İbadət yetmiş qismdir. Onun ən yaxşısı halal ruzi axtarmaqdır (qazanmaqdır).»2

Başqa bir hədisdə buyurur: «Halal ruzi axtarmaq Allah yolunda cihaddır.»3

Yenə buyurur: «Halal ruzi kəsb etmək vacib namazlardan sonra gələn ən lazımlı vacibi əməldir.»4

Yenə buyurur: «Halal yol ilə ticarətlə məşğul olub qazanc əldə etmək əməllərin ən üstünüdür.»5



Yeganə şərt budur ki, iman gətirdiyiniz Allah ilə müxalifətçilik etməkdən çəkinəsiniz. Yəni sizin Allaha iman gətirməyiniz Onun bütün əmr və göstərişlərini möhtərəm sayamağınızı, həm də ilahi nemətlərdən bəhrələnməkdə etidal və təqva yoluna riayət etməyinizi tələb edir.

AYƏ 89:


﴿لاَ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاَثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُواْ أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾

TƏRCÜMƏ:


«Allah sizi bihudə niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz ( onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız ( pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz

TƏFSİR:


Bu ayədə halal şeylərin haram edilməsi və s. kimi şeylərlə əlaqədar and içmək barəsində ümumi şəkildə söhbət açılır və andlar iki qismə bölünür. Əvvəlcə buyurulur: Allah sizi əbəs andlarınız müqabilində cəzalandırmaz.

Təfsirçilərin və fəqihlərin nəzərinə görə «əbəs yerə and içmək» dedikdə müəyyən bir hədəfi olmayan, iradə və qəti qərar üzündən baş verməyən, möhtəvası bəzən şəriətə zidd, bəzən də ilahi göstərişlərin əksinə olan andlar nəzərdə tutulur.

İkinci qismi isə iradə və qəti qərar üzündən, ciddi olaraq içilən andlardır. Bu cür andlar barəsində ayənin davamında buyurulur: Allah sizi möhkəmləndirdiyiniz andlar müqabilində cəzalandırar və sizi ona əməl etməyə vəzifəli edər.

Əlbəttə, andın təkcə ciddi olması onun səhih olması üçün kifayət deyil. Andın möhtəvası da heç olmazsa mübah bir iş olmalıdır. Bunu da bilmək lazımdır ki, Allahın müqəddəs adından başqa şeyə içilən and mötəbər deyil.

Deməli, əgər bir şəxs Allahın adına and içsə, onun öz andına əməl etməsi vacibdir. Əgər onu pozarsa kəffarə verməlidir. Kəffarəsi də üç şeydən biridir: İlk növbədə, on miskinə təam verməlidir.

Amma bəzilərinin bu hökmün ümumi şəkildə deyilməsindən hər növ dəyərsiz və yararsız yeməyin kəffarə ünvanı ilə verilməsinin caiz olmasını təsəvvür etməməsi üçün aşkar şəkildə buyurulur ki, bu yeməklər heç olmazsa, sizin adətən öz ailənizdə yediyiniz orta səviyyəli təamlardan olmalıdır.



İkincisi, on nəfər ehtiyaclını libasla təmin etmək.

Əlbəttə, ayənin zahiri mənasından başa düşülür ki, bu adətən bədəni örtən libas olmalıdır ki, fəsillərin, məkanların və zamanların dəyişməsi ilə dəyişir.

Keyfiyyət baxımından ən aşağı səviyyədə olmasının kifayət olub-olmaması, yaxud burada da normal həddə riayət edilməsi məsələsinə gəldikdə isə, ayənin ümumi şəkildə bəyan edilməsinə əsasən hər növ libas kifayətdir.

Üçüncüsü, bir qul azad etmək.

Amma bəzən bir kəs üçün bu üç şeydən heç birinin müyəssər ola bilməməsi mümkün olduğuna görə, bu göstərişdən sonra bilavasitə buyurulur ki, bunların heç birini əldə edə bilməyənlər üç gün oruc tutmalıdırlar.

Sonra daha təkid üçün buyurulur: Sizin içdiyiniz andların kəffarəsi qeyd olunanlardır. Lakin bəziləri kəffarə verməklə səhih andları pozmağın haram olmamasını təsəvvür etməsinlər deyə, buyurulur ki, öz andlarınızı qoruyub hifz edin. Yəni andı pozmaqla günaha düçar olmayın.

Ayənin axırında buyurulur: Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə həm fərdin, həm də cəmiyyətin səadətinə təminat verən göstərişlər və hökmlər müqabilində Ona şükr edəsiniz.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin