BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə14/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

AYƏ 43:


﴿ فَلَوْلا إِذْ جَاءهُمْ بَأْسُنَا تَضَرَّعُواْ وَلَـكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُواْ يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:


«Bəs üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi

TƏFSİR:


Təhlükələrə xəbərdarlıqlara laqeyd yanaşmaq qəlbin daşlaşaraq qəsavət bağlamasının nişanəsidir. Buna görə də buyurulur: Nə üçün onlar bu dərdli və insanı ayıldan hadisələrdən ibrət dərsi almır, qəflət yuxusundan oyanmır və Allaha doğru qayıtmırlar?!

Həqiqətdə insanların qəflət yuxusundan oyana bilməməsinin iki amili vardır: Birincisi bundan ibarətdir ki, günaha qurşandıqlarına və şirkdə inadkarlıq etdiklərinə görə onların qəlbləri qaralmış, bərkimişdir və ruhları heç nədən təsirlənmir.

Digəri isə bundan ibarətdir ki, şeytan onların həvayi-nəfsə pərəstiş etmək ruhiyyəsindən istifadə edərək onların yaramaz əməllərini nəzərlərində gözəl və zinətli göstərmişdir. Gördükləri hər cür pis iş onların nəzərində gözəl, hər bir qanunsuz iş isə qanuni iş kimi göstərilir.

AYƏ 44:


﴿ فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُواْ بِمَا أُوتُواْ أَخَذْنَاهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ ﴾

TƏRCÜMƏ:


«Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz naümid oldular

TƏFSİR:


«İblas» ümidsizliklə yanaşı olan qəm-qüssəyə deyilir. Bu da müqəssirlərin və günahkarların məhkəmədə heç bir cavab tapmadıqları zaman keçirdikləri ruhi vəziyyətdir.

Həyatda həmişə firavan yaşamaq rəhmət əlaməti deyildir. Hətta, bəzi vaxtlar cəzaya belə şərait yaradır. Günahkarlara möhlət vermək onları tədricən ilahi əzaba sürükləmək və qanun pozanların rifah vasitələrini tədarük görmək Allahın həmişəki qanunlarından biridir. Dünya və ondan əldə edilən bəhrələr hansı şəxsə verilməsindən asılı olaraq həm nemət ola bilər, həm də əzab. «Əraf» surəsinin 194-cü ayəsində buyurulur ki, iman və təqva ilahi bərəkət amilidir. Bu ayədə isə dünya kafirlər üçün əzab-əziyyət səbəbi kimi qeyd olunur.16

Ölüm və ilahi qəzəb gözlənilmədən gəldiyi üçün həmişə hazır olmaq lazımdır. Əyyaşların, eyş-işrətlə məşğul olanların sevincli fəryadları gözlənilmədən ümidsizliklə yanaşı olan nalələrə çevriləcəkdir.

AYƏ 45:


﴿ فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ وَالْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ ﴾

TƏFSİR:


«Beləliklə, zülm etmiş dəstənin kökü nəsli kəsildi. Həmd şükr aləmin aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur

TƏFSİR:


-Zalımların kökünün kəsilməsi və məhv edilməsi labüd və qaçılmaz bir işdir.

-Zülm yerdə qalmaz.

-Zülm insanın nəslində də təsir qoyur.

-Ayədə qeyd olunduğu kimi, zalımların məhv olunması zamanı Allaha şükr etmək lazımdır.



Bu ayə göstərir ki, zülmün və fəsadın kökünün kəsilməsi və bu işləri davam etdirəcək nəslin məhv edilməsi elə bir əhəmiyyət kəsb edir ki, hətta bu işə şükür etmək də layiqlidir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: «Hər kəs zalımların (sağ) qalmasını istəsə, bu o deməkdir ki, Allah qarşısında günah zülm edilməsinə razı olsun. Halbuki, (zülm məsələsinə çox diqqət yetirilməlidir, çünki) hətta mütəal Allah da zalımları məhv etmək müqabilində Özünü tərifləyir buyurur ki, zalım qövmlərin nəsli kəsildi həmd-səna şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur.»


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin