BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə24/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   18   19   20   21   22   23   24   25   26

QIRX SƏKKİZİNCİ FƏSİL


İNCƏ NÖQTƏLƏR

1 - KƏSB OLUNAN VƏ QƏRİZƏ (İNSTİNKT) YOLU İLƏ KEÇƏN ELM


Əmirəl-mö`minin Əli (ə.s) buyurur: «Elm iki qismdir: Qərizə yolu ilə olan və qazanılan elm. Qazanılan elm, əgər qərizə yönlü olmasa, heç bir faydası yoxdur.»[459]

2 - ƏN MAHİR ŞAİR


Əmirəl-mö`minin Əli (ə.s)-dan ən mahir şairin kim olması barəsində soruşduqda, buyurdu: «Şairlər müsabiqə meydanında atla yarışmayıblar ki, əvvəlcədən qoyulmuş qamışı götürərək birinci yerə çıxmış olsunlar. Amma bunu deməliyəm ki, (şairlər içərisində) yolunu azmış padşah hamısından üstündür.»[460] (O Həzrətin məqsədi İmrəül-Qeys idi. Yolunu azması da kafir və fasiq olmasına görə idi.)

3 - QÜREYŞİN ƏXLAQ VƏ ƏMƏLLƏRİ


Əmirəl-mö`minin Əli (ə.s)-dan Qüreyş qəbiləsinin əxlaq və əməlləri barəsində soruşduqda buyurdu: «Bəni-Məxzum qəbiləsi Qüreyşin reyhanəsidir. Adam istəyir ki, onların kişiləri ilə söhbət etsin, qadınları ilə evlənsin. Amma Bəni-Əbdişəms (Bəni-Üməyyə) qəbiləsinin kişiləri siyasətcil, uzaqgörəndirlər. Bizim xanədanımız isə başqalarından daha çox bəxşiş edəndir, ölüm vaxtı hamıdan igiddir. Onların (Bəni-Üməyyənin) sayı çoxdur, məkr və hiylələri artıqdır, əndamları qeyri-normaldır. Bizim isə dilimiz daha fəsahətli, daha çox öyüd-nəsihət verən, əndamımız isə çox gözəldir.»[461]

4 -YAZ VƏ PAYIZ


Əmirəl-mö`minin Əli (ə.s) buyurur: «Öz bədəninizi soyuğun əvvəlində (payızda) örtün, onun axırında (yazda) havadan istifadə edin. Çünki hava, bu iki fəsildə ağaclara qoyduğu tə`siri elə insan bədəninə də qoyur.»[462]

5 - BƏHS VƏ MÜBAHİSƏ ETMƏYİN YOLU


Əmirəl-mö`minin Əli (ə.s) İbni Abbası xəvariclə mübahisəyə göndərən zaman ona buyurdu: «Onlarla Qur`an əsasında mübahisə aparma, çünki Qur`anın çoxlu mə`naları vardır. Sən (bir söz) deyəcəksən, onlar (da başqa söz) deyəcəklər. Lakin onlarla Peyğəmbər (s.ə.v.v.) sünnəsi əsasında mübahisə apar, (bu halda haqq qarşısında) heç bir çıxış yolları olmayacaqdır.»[463]

6 - BAHİLƏ QƏBİLƏSİ


Nəsr «Siffeyn» adlı kitabında qeyd edir ki, Bahilə qəbiləsi Siffeyn müharibəsində Əli (ə.s)-a kömək etməyə ikrahla yanaşdılar. İmam (ə.s) onlara buyurdu: «Allahı şahid tuturam ki, həm siz mənimlə düşmənsiniz, həm mən sizinlə düşmənəm. İndi öz hədiyyələrinizi götürüb Deyləmə tərəf yola düşün!»[464]

QIRX DOQQUZUNCU FƏSİL


SİYASƏT

1 - ƏLİ (ƏLEYHİSSALAM)-IN YOL GÖSTƏRMƏSİ


İranın Həmədan, Rey, İsfahan, Nəhavənd və Quməs əyalətlərindən olan bə`ziləri məktublaşarkən bir-birinə belə yazmışdılar: «Ərəblərin padşahı, yeni din və kitab gətirən Məhəmməd dünyadan getmişdir. Ondan sonra Əbu Bəkr hakim olmuş, azacıq yaşadıqdan sonra ölmüş və özündən sonra Öməri xəlifə seçmişdi. Ömərin xilafəti çox uzanmış, sizin şəhərlərinizi ələ keçirmişdir, ordusu da indi sizinlə müharibə aparır. Onlar sizdən heç vaxt əl çəkməyəcəklər. Bir-birinizlə əhd-peyman bağlayaraq böyük bir qoşunla onlara tərəf hərəkət edin!»

Bu xəbər Kufəyə çatdı. Onlar Mədinəyə adam göndərib Öməri hadisədən agah etdilər. O, bu xəbəri eşitdikdə bərk qorxdu və Peyğəmbər (s.ə.v.v.) məscidinə gəlib minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra dedi: – Ey mühacir və ənsar tayfaları! Şeytan böyük bir qoşun yığmışdır ki, sizin əleyhinizə qiyam edərək haqq nurunu söndürsün. İndi Həmədan, İsfahan və sair yerlərin əhalisindən müxtəlif ayinlərə və irqlərə malik olanlar bir-biri ilə əhd-peyman bağlamışlar ki, müsəlman qardaşlarınızı öz şəhərlərindən çıxarıb sizinlə müharibə aparsınlar. Nə qədər gec deyil, bu barədə bir tədbir fikirləşin. Əgər yubansanız, qarşıda çox ağır günlər olacaq.

Həmişə Qüreyşin tərəfindən danışan Təlhət ibni Übeydullah ayağa qalxdı, Allaha həmd-səna edərək dedi: – Ey xəlifə! Ruzgarın xoşagəlməz hadisələri səni sınaqdan keçirib təcrübəli etmiş, dövranın xoşagəlməz hadisələri və həyatın çətinlikləri səni daha da möhkəmlətmişdir. Sən pak təbiətli bir adamsan, sənin işlərin və düşüncələrin hamısı yaxşı və bəyəniləndir. İndi özün bu barədə fikirləş və fikrinə əməl et.

Bunu deyib oturdu. Ömər camaata xitab edərək dedi: – Fikirlərinizi deyin.

Osman ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: – Ey xəlifə! Mənim nəzərimcə özün bütün Şam, Yəmən, Mədinə, Məkkə, Kufə, Bəsrə ordusu ilə birlikdə müşriklərə doğru hərəkət et. Dediyim bu tədbiri yadında saxla və onun barəsində fikirləş.

Osmandan sonra Əli (ə.s) ayağa qalxıb Allaha həmd-səna etdi, sonra Ömərə dedi: – Əgər sən bütün Şam ordusunu ölkədən kənara aparsan, romalılar İslam ölkələrinə hücum edərək şamlıların arvad-uşaqlarını əsarətə alacaqlar. Əgər Yəmən ordusunu Yəməndən çıxarsan, həbəşistanlılar yəmənlilərin arvad-uşaqlarını əsir tutacaqlar. Əgər Məkkə-Mədinə ordularını özünlə aparsan, müxtəlif guşələrdə olan ərəblər səninlə bağladıqları əhd-peymanı pozacaqlar. Halbuki, onlarla mübarizə aparıb qiyamlarını yatırtmaq xarici düşmənlərlə mübarizə aparmaqdan qat-qat ağır olacaqdır. Deməli, bu rə`y (Osmanın sözü) düzgün deyildir. Amma sən düşmən qoşununun çoxluğundan, bir-biri ilə əlbir olmalarından və əhd-peyman bağlamalarından qorxma. Çünki, səndən öncə Allah-Taala bu hadisəni xoşlamır və bu məkrli birliyin (ixtilafa) dəyişdirilməsinə səndən artıq haqlıdır. Bundan əlavə, məgər yadında deyildir ki, biz Peyğəmbəri-Əkrəm (s.ə.v.v.)-in dövründə qoşunun çoxluğuna baxaraq mübarizə aparmırdıq, əksinə yalnız Allah tərəfindən olan kömək və nüsrətə ümid bağlamışdıq. Sənin özünün də düşmənə doğru hərəkət etməyin məsləhət deyildir. Çünki, düşmən bu işdən xəbərdar olsa, səni hökmən qətlə yetirər. Bu halda başqa düşmənlər də onlara kömək edəcək, özün öz əlinlə qətlinə şərait yaradacaqsan. Mənim əqidəmə görə, (yaxşısı budur ki,) adları çəkilən qoşunları öz yerlərində saxlayasan. Yalnız Bəsrə qoşununa yaz ki, üç hissəyə bölünsünlər. Bir hissəsi daxildəki işlərin nizam-intizama salınması üçün şəhərdə qalsın, digər bir dəstə müsəlmanlarla əhd-peyman bağlamış düşmənlərə nəzarət etmək və sərhədləri qorumaq üçün həmin yerdə qalsınlar. Üçüncü dəstə isə öz müsəlman qardaşlarına kömək emək üçün iranlılara doğru hərəkət etsinlər.

Ömər dedi: – Tamamilə doğrudur! Mən bu fikri icra etmək istəyirəm.

Bundan sonra o Həzrətin sözlərini bir neçə dəfə təəccüblə təkrar etdi və həddindən artıq sevindi.[465]


2 - ROMALILARLA MÜHARİBƏ


Ömər Əli (ə.s)-dan, romalılarla müharibə barəsindəki nəzərini soruşduqda, buyurdu: – Allah-Taala müsəlmanların ərazilərini və sərhədlərini qorumağa, eyblərini örtməyə dair zəmanət vermişdir. Müsəlmanların sayının az olduğu zaman onlara kömək edən Allah (həmişə) diridir və heç vaxt ölməz! Əgər sən özün şəxsən düşmənə doğru hərəkət edib müharibədə məğlub olsan, ucqar yerlərdəki müsəlmanlar üçün (fitnə-fəsadın qarşısını almaq üçün) heç bir pənahgah və sığınacaq olmayacaq. Məsləhət görürəm ki, şücaətli və təcrübəli bir şəxsi düşmənə doğru göndərəsən, onun əsgərləri də səbirli, müqavimətli, moizə qəbul edən şəxslər olmalıdır. Əgər Allahın köməyi ilə düşmənə qələbə çalsalar, sənin arzun həyata keçmiş olar. Əgər məğlub olsalar, çox da mühüm bir iş olmaz. Çünki, özün müsəlmanların pənahı kimi sağ qalacaqsan.[466]

3 - İRAQLI ƏSİRLƏR


Ömər iraqlı əsirləri satmaq qərarına gələndə Əli (ə.s) ona buyurdu: – Bunlar sizin üçün elə sərvətdir ki, onların mislini heç vaxt tapa bilməzsiniz. Əgər onları satsanız, bundan sonra müsəlman olanlar onlardan heç bir bəhrə almayacaqlar.

Ömər dedi: – Bəs nə edək?!

Əli (ə.s) buyurdu: – Onları (satmadan) öz halında saxlayın ki, müsəlmanlar üçün şövkət və əzəmət olsunlar.

Ömər öz qərarından döndü. Sonra Həzrət Əli (ə.s) Ömərə buyurdu: – Mən, bu əsirlərdən islamı qəbul edən hər bir şəxsdən öz payımı geri götürürəm.[467]


4 - TARİXİN ƏVVƏLİ


Ömər tarixin necə yazılması barəsində camaatla məşvərət etdi. Əli (ə.s) ona buyurdu: – Peyğəmbəri-Əkrəm (s.ə.v.v.)-in hicrət gününü tarixin əvvəli seç və o Həzrətin sağlığında olduğu kimi tarix vur. Çünki Peyğəmbər (s.ə.v.v.) rəbiül-əvvəl ayında Mədinəyə daxil olduğu zaman göstəriş vermişdi ki, tarixi yazsınlar. Camaat da tarixi o Həzrətin Mədinəyə daxil olduğu gündən hesab edirdilər.[468]

5 - BEYTÜL-MALIN MƏSRƏF EDİLMƏSİ


Qadisiyyənin və Dəməşqin fəth olunması xəbəri Ömərə çatdıqda camaatı bir yerə toplayaraq onlara dedi: – Mən, xəlifə olmazdan qabaq tacir idim, amma siz məni xəlifə etdiniz. Halbuki, öz aylığımı məsrəf etməkdə Beytül-maldan nə qədər götürmək lazım olduğunu bilmirəm!

Orada hazır olanlardan hər biri müəyyən məbləğ dedi. Əli (ə.s) bir tərəfdə sakit oturmuşdu. Ömər ondan soruşdu: – Ya Əli, sənin nəzərin nədir?

Həzrət buyurdu: – Özünün və ailənin həyat və məişətini layiqli tərzdə tə`min edəcək miqdardan artıq götürməyin rəva deyildir.

Hamı dedi: – Düzgün rə`y Əliyyibni Əbi Talibin rə`yidir.[469]


6 - MİRASIN BÖLÜŞDÜRÜLMƏSİ


Təlhə deyir: Bir qədər malı Ömərin yanına gətirdilər ki, müstəhəqlərin arasında bölüşdürsün. Ömər malı bölüşdürdü, amma bir miqdarı qaldı. Bu barədə Peyğəmbər (s.ə.v.v.) səhabələrindən bir neçəsi ilə məşvərət etdi, onların hamısı dedi: – Artıq qalanını özün üçün götür, çünki onu sahibləri arasında bölüşdürsən, hamısına əhəmiyyətsiz hesab olunan miqdarda çatacaqdır.

Əli (ə.s) Ömərə dedi: – Bu miqdarı da sahibləri arasında bölüşdürməlisən, az-çoxluğunun arasında heç bir fərq yoxdur.

Ömər dedi: – Sizin bu yol göstərməyiniz mənə əta etdiyiniz digər bir ne`mətdir, halbuki, heç birinin əvəzini verməmişəm.[470]

7 - «BƏHARİ - KƏSRA» XALÇASI


Müsəlmanların iranlılarla apardığı müharibələrdə əldə olunan qənimətlərdən biri də üzərində hər növ əyləncəli və gözəl mənzərəli rəsmlərin həkk olunduğu iranlı padşahlara məxsus «Bəhari-kəsra» adlı nəfis bir xalça idi. Şahlar qış fəslində ağaclar, güllər və reyhanlar quruyan zaman onun üzərində oturur, onun üzərində eyş-işrət dəstgahı açırdılar. Onun eni və uzunluğu 60x60 zira (təqribən 30 metr) idi və cürbəcür zinət əşyaları, lə`l-cəvahirat və qızılla bəzədilmişdi.

Sə`d ibni Əbi Vəqqas qənimətlərin beşdə birini Ömər üçün göndərəndə müsəlmanlardan istədi ki, özlərinin «Bəhari-kəsra»dan olan paylarından keçsinlər, sonra onu Ömərə göndərdi. Ömər onu nə edəcəyini bilmirdi. Bir neçə nəfərlə məşvərət etdi. Onlardan bə`ziləri «özün üçün saxla» – dedilər, bə`ziləri isə onun ixtiyarını Ömərin özünə həvalə etdilər. Amma Əli (ə.s) Ömərə buyurdu: – Nə üçün yəqinini şəkkə döndərir və özünü cəhalətə vurursan?! Onu müsəlmanların arasında bölüşdürməlisən, çünki onu bu halda saxlasan, gələcəkdəkilər onu öz əllərinə keçirəcəklər, halbuki, hazırkı müsəlmanlar ondan istifadə etməyə daha haqlıdırlar.

Ömər o Həzrətin sözünü təsdiq edərək xalçanı müsəlmanların arasında bölüşdürdü.[471]

Həmçinin, Əli (ə.s) Peyğəmbər (s.ə.v.v.) səhabələrinə o Həzrətin mübarək cəsədinə necə namaz qılınacağı, eləcə də necə və harada dəfn olunacağı barədə yol göstərdi. Beləliklə də onların arasında mövcud ixtilafları aradan qaldırdı. Mərhum Şeyx Mufid «İrşad» kitabında belə qeyd edir: Müsəlmanlar Peyğəmbəri-Əkrəm (s.ə.v.v.)-in cəsədinə kim tərəfindən namaz qılınması, harada dəfn olunması barədə ixtilafa düşmüşdülər. Nəhayət, Əli (ə.s) onların yanına gəlib buyurdu: «Peyğəmbəri-Əkrəm (s.ə.v.v.) hər bir halda – istər sağlığında, istərsə də vəfatından sonra bizim imam və rəhbərimizdir. (Ona namaz qılmaqda) imama ehtiyac yoxdur.» Müsəlmanlar dəstə-dəstə gəlir, o müqəddəs cənazəyə namaz qılıb qayıdırdılar. Həmçinin buyurdu: «O Həzrətin dəfn olunma yerinə gəldikdə isə, Allah-Taala heç bir peyğəmbəri, elə bir məkanda qəbzi-ruh etmir ki, o məhəlli onun dəfn yeri kimi seçməmiş olsun. Mən o alicənab insanı vəfat etdiyi hücrədə dəfn edirəm.»

Müsəlmanların hamısı o Həzrətin nəzərini qəbul etdilər.[472]


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin