Nil çayı Misirin cənubu ilə şimalının əsas əlaqə yoludur. Ona görə də hər il onun suyunun artdığı vaxt bəzi ağacların gövdəsindən qayıqlar düzəldirdilər. Bunlar bir sükanlı qayıqlar idilər. Onların yelkəni parçadan düzəlirdi. Nil çayının səviyyəsinin qalxması ilə Misir şəhərləri geniş su səthinin arasında kiçik adalar kimi görünürdülər.
Heyvanlar
Misirlilər o zaman bir çox heyvanları tanıyırdılar. Onlar pişik və itlərdən ov üçün, inəklərdən yeri şumlamaq üçün, ulaqlardan isə yük daşımaq üçün istifadə edirdilər. Quzu və çəpişləri çöllərdə otarırdılar. Donuzu isə murdar heyvan hesab edirdilər. Çünki, onun əti tez xarab olurdu. Misirlilər Nil çayında olan balıq ətini yeməyi də xoşlayırdılar. Misir tarixinin bəzi hissəsində mavi timsah və atı onların şöhrət və əhəmiyyətlərinə görə pərəstiş edirdilər. Onlar şirləri eləcə də qəbirlərin ətrafında dolaşan çaqqallara da pərəstiş edirdilər.
Yazmaq
Misirlilər yazıb-oxumağı öyrəndilər. Onların dili rəsm çəkmək və ya rəmzlər dili adlanırdı. Yəni qazılmış müqəddəs əlamət, məsələn sıfır əlaməti günəş mənasını ifadə edir və gündüz sözünü bildirir. Başqa adət və ənənələr də vardı. Onlar da başqa mənaları göstərirdi.