TƏVAFIN FƏZİLƏTİ
481. Həzrət Peyğəmbər (s) buyurub: Təvaf Kə᾽bənin bəzəyidir. 523
482. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala təvaf edənlərlə fəxr edir. 524
483. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala hər gün yüz iyirmi rəhmət nazil edir ki, altmış rəhmət təvaf edənlər, qırx rəhmət Allah evinin ətrafının sakinləri və iyirmi rəhmət isə Allah evinin tamaşaçıları üçündür. 525
484. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs Allah evini yeddi dəfə təvaf edib onu sayarsa, onun hər addımı üçün bir savab yazılar, bir günahı aradan aparırlar, bir dərəcəsi artırılar və (belə bir şəxsin) bir qulu azad etməklə bərabər savabı vardır. 526
485. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs Allah evinin ətrafında yeddi dəfə təvaf edib, — Subhanəllah vəlhəmdulillahi, la ilahə illəllah, Allahu əkbər, la həvlə vəla qüvvətə illa billah — zikrlərindən başqa bir söz deməsə, on günahı bağışlanıb, onun üçün on savab yazılar və onun vasitəsilə on dərəcə yuxarı gedər. Amma təvaf edərkən zikrdən başqa sözlər danışan şəxs, iki ayağı suya batan kimi ilahi rəhmətə daxil olar. 527
486. Həzrət imam Baqir (ə) buyurub: Allah-taala bu (Allah) evini yeddi dəfə təvaf edib, iki rəkət namaz qılan və təvaf və namazını yaxşı tərzdə yerinə yetirən hər bir imanlı bəndəni bağışlayar. 528
487. Həzrət imam Sadiq (ə) buyurub: Atam buyurdu: Hər kəs bu evi yeddi dəfə təvaf edib, məscidin istədiyi hər hansı bir yerində iki rəkət namaz qılarsa, Allah-taala onun üçün altı min savab yazıb, onun altmış günahını bağışlayar və onun üçün altı min savab yazıb, onun altmış min günahını bağışlayar və onun üçün altı min dərəcə artırıb, altı min hacətini həyata keçirər. Bu hacətlərdən tez həyata keçən hər bir Allah rəhmətinə görə, tə᾽xirə düşəni isə Allahın o şəxsin duasına olan şövqinə görədir. 529
488. Həzrət imam Sadiq (ə) buyurub: Hər gündə Kə᾽bənin elə bir anı vardır ki, o onda Kə᾽bəni təvaf edən və ya qəlbində təvaf etmək istəyən, amma müəyyən bir üzr və mane üçün təvaf edə bilməyən şəxs bağışlanır. 530
489. Həzrət imam Sadiq (ə) buyurub: Təvaf həccin böyük əməllərindəndir. Hər kəs vacib təvafı bilərəkdən tərk etsə, həcc əməlini əncam verməmişdir. 531
TƏVAFIN QAYDASI
490. Həzrət Peyğəmbər (s) buyurub: Kə᾽bəni təvaf etmək namaz qılmaq kimidir. Beləliklə təvaf vaxtı az danışın. 532
491. Həzrət Peyğəmbər (s) buyurub: Allah evinin təvafı, namaz kimidir. Lakin Allah-taala təvaf halında danışmağı sizə halal etmişdir. Beləliklə hər kəs danışsa, xeyirdən başqa bir söz danışmasın. 533
492. Əbdürrəhman ibni Səyabə nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum: Təvafa tələsən halda, yoxsa asta və yavaş halında əncam verim? Həzrət (ə) buyurdu: Təvafı orta halda yol getmək kimi əncam ver. 534
493. Salim atasından nəql etmişdir ki, deyib: Həzrət Peyğəmbər (s) — Məkkəyə gələrkən — qara daşa əl vurduğunu gördüm. O həzrət (s) təvafın əvvəlində yeddi dövrə təvafdan üç dövrəsini qaçmağa bənzəyən halda əncam verirdi. 535
494. Cabir nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) Məkkəyə gələndə Məscidul-hərama daxil olur və qara daşa əl vururdu. Daha sonra onun sağ tərəfindən üç dövrə hərvələ halda yerimək və dörd dövrə adi halda yol getdi.
Daha sonra İbrahim (ə) məqamının yanına gəlib buyurdu: İbrahim məqamından namaz yeri seçsinlər.
İbrahim məqamın onunla Kə᾽bə arasında olan halda iki rəkət namaz qıldıqdan sonra Səfa dağına tərəf çölə getdi. 536
495. Əbu Tufəyl nəql etmişdir ki, İbni Abbasa dedim: Sənin nəzərinə görə təvafın üç dövrəsini qaçmağa bənzər halda, qalan dörd dövrəsini isə adi halda təvaf etmək müstəhəb və sünnədəndirmi? Sənin qəbilən bunun sünnə olduğunu güman edirlər. İbni Abbas dedi: Düz və yalan demişlər. Soruşdum: Necə də həm düz, həm də yalan demişlər? Dedi: Həzrət Peyğəmbər (s) Məkkəyə daxil olduqda müşriklər dedilər: Məhəmməd və onun səhabələri arıq olduqları üçün Kə᾽bəni təvaf edə bilməyəcəklər və beləliklə də həsəd edirdilər. Elə buna görə də həzrət Peyğəmbər (s) öz səhabələrinə üç dövrəni qaçmağa bənzər və qalan dörd dövrəsini isə adi halda təvaf etməyi göstəriş verdi. 537
496. Bəkr ibni Məhəmməd nəql etmişdir ki, imam Sadiq (ə) ilə birlikdə təvafa məşğul idim. O həzrət (ə) təvafı qurtardıqdan sonra kənara gedib Kə᾽bənin rüknü və qara daş ilə iki rəkət namaz qıldı və səcdədə bu sözləri dediyini eşitdim:
Mənim üzüm übudiyyət və bəndəçilik üzündən Sənin üçün səcdə edir və Səndən başqa heç bir mə᾽bud yoxdur. Həqiqətən Sən hər bir şeydən birinci və hər bir şeydən sonra sonuncusan. İndi isə mən Sənin qarşındayam və varlığım Sənin qüdrət əlindədir. Məni bağışla ki, Səndən başqa heç kim böyük günahı bağışlamır. Məni bağışla ki, öz günahlarıma e᾽tiraf edirəm və böyük günahı Səndən başqa heç kəs aradan aparmır.
Daha sonra başını səcdədən qaldırdı və həzrətin (ə) üzü elə yaş idi ki, sanki suya batmışdı. 538
497. Sə᾽d ibni Müslim nəql etmişdir ki, imam Kazim (ə)-ı gördüm ki, qara daşa əl çəkdi və daha sonra təvaf etməyə məşğul oldu. Təvafın yeddinci dövrəsi sona çatdıqdan sonra Allah evinin ortasına gəlib, bizim dostların dua üçün yapışdığı Mültəzimi tərk etdi. Əlini Kə᾽bəyə açıb, bir az dayandı və daha sonra qara daşın kənarına gedib əlini ona çəkdi. Bundan sonra İbrahim məqamının arxasında namaz qılıb, yenidən geri qayıdaraq qara daşa əl çəkdi. Sonra gedib yeddinci təvaf dövrəsində Mültəzəmə çatdı. Allah evinin ortasına gəlib əlini açaraq bir daha qara daşa əl çəkdi və İbrahim (ə) məqamının arxasında iki rəkət namaz qıldı.
Bundan sonra qara daşa əl çəkib, təvafa məşğul oldu və yeddinci dövrənin sonunda Allah evinin ortasına gələrək yenə də əlini qara daşa çəkdi. İbrahim (ə) məqamının arxasında iki rəkət namaz qılıb bir daha qara daşın yanına gedərək qara daş ilə Kə᾽bə qapısının arasına əl çəkdi. O həzrət (ə) bir az dayandıqdan sonra qara daşın kənarına gəlib səkkiz rəkət namaz qıldı. Kə᾽bə ilə sonuncu görüşü novdanın altında idi ki, əllərini açıb dua etdi. Daha sonra bir ay dayanıb, hənnatin qapısından xaric oldu. 539
Dostları ilə paylaş: |