إِنَّ الصَّلَوةَ تَنهَْى عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَرِ
“Həqiqətən, namaz insanı günahlardan və pisliklərdən çəkindirir.”1
Razü-niyaz edən şəxs həmişə çalışır ki, yersiz istəklərdən, həvəslərdən uzaqlaşıb onlarla mübarizədə nəfsini saflaşdırsın.
Quran bu barədə buyurur:
قَدْ أَفْلَحَ مَن تَزَكى
“Doğrudan da, nəfsini saflaşdıran nicat tapdı.” 2
Yaxud “Şəms” surəsində belə buyurulur:
وَ نَفْسٍ وَ مَا سَوَّئهَا فَأَلهَْمَهَا فجُُورَهَا وَ تَقْوَئهَا قَدْ أَفْلَحَ مَن زَكَّئهَا وَ قَدْ خَابَ مَن دَسَّئهَا
“And olsun nəfsə və O (Allah) kəsə ki, onu nizama saldı. Sonra pisliyi və yaxşılığı ona ilham etdi. Həqiqətən, özünü saflaşdıran nicat tapdı və həqiqətən, özünü günaha batıran ümidsiz qalaraq məhrum oldu.” 3.
Razü-niyaz edən şəxs Allah dərgahına üz tutmaqla özünü bir növ yalqız, əlacsız, yazıq və yoxsul simasına salır. O, “Rəhm edin ki , Allah da sizə rəhm etsin” hədisinə riayət etməklə Allahın rəhmət kölgəsində olmaq istəyir. Necə ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) “Şəbaniyyə” xütbəsində buyurur:
“Yetimlərə mehribanlıq göstərib rəhm edin ki, sizin də yetimlərinizə rəhm edilsin.”4
Xülasə olaraq deyə bilərik ki, razü-niyaz üçün bir sıra şərtlər var. Məsələn, razü-niyaz edənin zahiri cəhətdən bədəni və paltarı təmiz, əməlləri isə saleh olmalıdır. Batini cəhətdən qəlbi, niyyəti, fikri pak olmaqla yanaşı diqqətini tam Yaradana yönəltsin, yalnız Onun yardımları barədə düşünsün. Həmçinin, Allaha təsbih (Subhənəllah), təkbir (Əllahu Əkbər) zikrləri ilə yad edərək 14 məsuma (əleyhimussalam)
salavat göndərsin. Məhz belə olan surətdə razü-niyaz edən şəxs həqiqi insaniyyət mərhələsinə daxil olur.1
Əgər deyilmiş bu şərtlər İslam cəmiyyətində təmin edilərsə, Əflatunun2 arzuladığı və xəyal etdiyi cəmiyyət həqiqətə çevrilər.
Dostları ilə paylaş: |