RAZÜ-NİYAZIN QAYDALARI
Əhli-beyt (əleyhimussalam) tərəfindən razü-niyaz üçün bir sıra qaydalar zikr edilmişdir. Belə ki, bunlara riayət etməklə razü-niyazın təsirinin gücləndirilməsi mümkün sayılmışdır. Bu qaydaları zikr edirik:
1) Mərifət; Məbudu tanımaq dua və razü-niyazın əsas şərtlərindən sayılır. Necə ki, “Tohide Səduq” kitabında deyilir:
Bir dəstə camaat imam Sadiqin (əleyhissalam) hüzuruna gəlib dedilər: “Biz Allahı çağırırıq, lakin dualarımız q’bul olmur.” Həzrət buyurdu: “Çünki Allaha qarşı mərifətiniz yoxdur.”1
2) Məbdəyə (Allah) tam diqqət və qəlbin iştirakı; Allahın elçisi (səllallahu əleyhi və alihi və səlləm) öz vəsiyyətində həzrət Əliyə (əleyhissalam) belə buyurur: “Allah-Təala qəlbi qəflətdə olan şəxsin dua və razu-niyazını qəbul etməz.”2 3) Hər şeydən üz çevirib yalnız Allahdan yardım istəmək; Bu barədə “Vəsailuşşiə” kitabının 14 və 62-ci bablarında, həmçinin “Şəbaniyyə” xütbəsində rəvayətlər mövcuddur. O cümlədən: “Niyyətləriniz saf və ürəkləriniz pak olan halda Allahdan istəyin!”3 4) Zahiri təharət; Bədənin və paltarın təmiz olması, həmçinin xoş ətirlərdən istifadə edilməsi zəruridir. Bu barədə “Vəsailuşşiə” və “İddətuddai” kitablarında çoxlu rəvayətlər vardır. 5) Batini təharət; Nəfsin, həmçinin qəlbin rəzil sifətlərdən paklanması və onlara gözəl əxlaqi don geyindirilməsi. Bu barədə də “Vəsailuşşiə” kitabının 65-ci babında bir çox rəvayətlər zikr edilmişdir. 6) Başqaları haqqında dua edib onlara xeyir diləmək; Yenə də “Vəsailuşşiə” kitabının 37,38 və 39-cu bablarında və “İddətuddaui”də bu barədə bir çox hədislər nəql olunmuşdur. Onlardan birini zikr edirik:
“Musa ibn Cəfər (əleyhissalam) buyurmuşdur: Hər kəs müsəlman qardaşı kənarda olarkən onun üçün dua edərsə, ərşdən belə xitab gələr: Bu duanın yüz min bərabəri sənin üçün olsun!”1 7) Davamlılıq; Razü-niyaz edərkən davamlı surətdə təkrar etmək və məyus olmamamq lazımdır. Rəvəyətdə deyilir:
“Əbu Cəfər (əleyhissalam) buyurmuşdur: Allaha and olsun ki, hər bir mömin etdiyi duanı davamlı olaraq təkrarlasa, hacəti yerinə yetiriləcəkdir.”2
8) Dua edərkən zaman və məkana olan diqqət;
Razü-niyaz edərkən istənilən duanın xüsusi zaman və məkanlarda (məscidlər, hərəmlər, namaz qıldıb Quran oxuduqdan sonra, sədəqə verdikdən sonra və s.) qəbul olması üçün bir çox rəvayətlər mövcuddur. Bu barədə “Vəsailuşşiə” kitabına müraciət edə bilərsiniz.
9) Qəlb kövrəkliyi;
Dua və razü-niyaz edərkən qəlbin kövrək halı, ahu-zarla gözdən yaş axıdılması hacətin tez bir zamanda qəbul olmasının şərtlərindəndır. Əbu Bəsir İmam Sadiqdən (əleyhissalam) belə rəvayət edir:
“Qəlb kövrək olduğu zaman dua edilməlidir. Çünki bu halda o, (qəlb) Allah üçün xalisləşmiş və paklanmış olur.”3
10) Sitayiş və istiğfarla4 başlamaq; Razü-niyaza və duaya başlamazdan qabaq Allahı təsbih, təhlil, təmcid edib istiğfar diləmək rəvayətlərdə təkid olunmuşdur. “Vəsailuşşiə” kitabının “Dua” babında bu mövzuda çoxlu hədislər vardır.
11) Ruzinin halal olması;
Razü-niyaz edən halal ruzi qazanmalı və halal ərzaqlardan istifadə etməlidir. Çünki haram ruzidən istifadə qəlbi qaraldıb duanı təxirə salır və qırx gün həmin hacətin yerinə yetməsinin qarşısı alınır. Necə ki, imam Sadiq (əleyhissalam) buyurur:
“Duasının tez bir zamanda qəbul olmasını istəyən şəxs gərək qazancını halal yolla əldə etsin.”1
12) Əhli-beytə (əleyhimussalam) təvəssül edib salavat göndərmək;
On dörd məsuma (əleyhimussalam) salavat göndərmək və onlara təvəssül etmək razü-niyazdan həm əvvəl, həm də sonra yerinə yetirilən qaydalardan biridir. Bu mövzu ilə bağlı “Vəsailuşşiə” kitabının 34-cü babına müraciət edə bilərsiniz. 13) Başqalarından dua istəyi;
Müsəlman qardaşlardan özümüz üçün dua istəyi həmin hacətin tez bir zamanda müstəcəb olmasına səbəb olur. “Vəsailuşşiə” kitabının 38 və 50-ci babları bu mətləbi bəyan edir.
14) Camaatın haqqını ödəmək;
Camaatın haqqını tapdayıb zay etmək dua və razü-niyazın qəbul olmasına maneçilik törədir. Rəvayətdə deyilir:
“Allah-Təala Musaya (əleyhissalam) vəhy edib buyurdu ki, Bəni-İsrailə de: Mən onların dualarını o zaman qəbul edərəm ki, kimsəyə zülm etməmiş olsunlar.”2
Dostları ilə paylaş: |