Book id= 233//book name= Psixopedaqogika // ##fk=126//ks=03//fn=233// sumalltest= 308


##num= 7// level= 1// sumtest=20 // name= // Təlimin psixopedaqoji problemləri //



Yüklə 1,21 Mb.
səhifə5/12
tarix19.12.2018
ölçüsü1,21 Mb.
#86299
1   2   3   4   5   6   7   8   9   ...   12

##num= 7// level= 1// sumtest=20 // name= // Təlimin psixopedaqoji problemləri //


1. Psixi inkişaf və təlimin qarşılıqlı əlaqəsi necə davam edir?

A) inkişaf təlimdən qabaqdadır.

B) psixi inkişaf öz - özünə davam edir.

C) psixi inkişaf tərbiyə prosesində inkişaf edir.

D) psixi inkişafla təlim bir - birini şərtləndirərək inkişaf edir

E) təlim inkişafdan qabaqdadır.

2. Görkəmli psixoloq L. S. Vıqotski psixi inkişafda hansı amillərin rolunu ön plana çəkir?

A) işarə və simvolların mənimsənilməsi, hafizənin inkişafı

B) şüurun inkişafı, ali psixi funksiyaların formalaşması

C) bəşər mədəniyyətinin mənimsənilməsi, dilin mənimsənilməsi, uşağın ətraf mühitlə qarşılıqlı əlaqəsi

D) nitqin inkişafı, təfəkkürün formalaşması

E) psixi fəaliyyətin dərk olunması, davranışın ixtiyarililiyi, dilin mənimsənilməsi

3. Görkəmli psixoloq J.A.Piaje psixi inkişafla təlim arasında mövcud olan asılılığın mahiyyətini necə izah edir?

A) təlim inkişafın dövrlərindən asılıdır.

B) psixi inkişaf ona məxsus olan qanunlarla tənzimlənir.

C) təlim inkişafın qanunlarına tabe olmaqla onun mərhələlərinə uyğunlaşdırılmalıdır.

D) təlim psixi inkişafın ardınca gedərək ona təsir göstərməlidir.

E) təlim şagirdin psixi aktivliyini yüksəldir.

4. Psixoloji ədəbiyyatda təlimlə psixi inkişafın əlaqəsini necə xarakterizə edir?

A) təlim psixi inkişafın qanunlarına tabe olur..

B) təlim uşağın hərtərəfli əqli inkişafı üçün əlverişli şərait yaradır.

C) təlim psixi inkişafı optimallaşdıraraq onu öz ardınca aparır

D) təlim psixi inkişafın ardınca gedərək ona xidmət edir.

E) təlim psixi inkişafın aktual səviyyəsinə uyğun gəlir.

5. Aşağıdakılardan hansı psixi inkişafın ümumi qanunauyğunluğu sayılmır?

A) psixi inkişafın inteqrasiyası

B) psixi inkişafın kompensasiyası

C) psixi inkişafın sabitliyi

D) psixi inkişafın fasiləsizliyi

E) psixi inkişafın qeyri - bərabərliyi

6. Psixi inkişafın senzitiv dövrlərini hansı cavab doğru səciyyələndirir?

A) yeni psixoloji törəmələr yaranır.

B) psixi inkişafın yaş dövrləri arasında qarşılıqlı asılılığın yaranmasını təmin edir.

C) idrak prosesləri səmərəli inkişaf edir.

D) müvafiq yaş mərhələsində ayrı - ayrı psixi funksiyaların inkişafının daha əlverişli şəraitə malik olması ilə şərtlənir.

E) psixika sürətlə inkişaf edir.

7. "Yaxın inkişaf zonası" anlayışının mahiyyəti haqqındakı cavablardan hansı düzgündür? Ardıcıllığı müəyyən edin:

1 - psixi inkişafda irəliləyiş baş verir.

2 - şagird təlim materiallarını tez icra edir.

3 - təlim psixi inkişafdan irəli qaçır.

4 - şagird tapşırıqları səmərəli icra edir.

5 - şagird təlim materiallarını müəllimin istiqaməti əsasında icra edir.

6 - psixi inkişaf ləng gedir.

A) 3, 5

B) 2, 3

C) 3, 5

D) 3, 4

E) 1, 4

8. Təlimin səmərəli surətdə formalaşmasının ən mühüm amilləri hansılar dır? Ardıcıllığı müəyyən edin:

1 - şagird biliklərin mənimsənilməsinin əhəmiyyətini dərk edir.

2 - şagird nə üçün və hansı məqsəd naminə oxuduğunu dərk edir.

3 - bilik, bacarıq və vərdişlərin mənimsənilməsi şəxsi əhəmiyyət kəsb edir.

4 - şagirdin bütün fəaliyyətə qarşıya qoyulmuş yaxın və uzaq məqsədləri idarə olunur.

5 - şagird təlimlə bağlı məqsədlərə şüurlu münasibət bəsləyir.

A) 3, 5

B) 2, 3

C) 4, 5

D) 1, 5

E) 1, 2

9. İnkişafın yaş dövrlərinin ardıcıllığımı müəyyən edin:

1 - körpəlik dövrü

2 - çağalıq dövrü

3 - məktəbəqədər yaş dövrü

4 - yeniyetməlik dövrü

5 - kiçik məktəbyaşı dövrü

6 - böyük məktəbyaşı dövrü

A) 3, 5 və 6

B) 1, 2, 3, 4, 5, 6

C) 2, 1, 3, 5, 4, 6

D) 2, 3, 4 və 6

E) 3, 5, 4 və 6

10. Aşağıdakı cavabların hansı “inkişafın sosial situasiyası” anlayışının mahiyyətini düzgün ifadə edir? Ardıcıllığı müəyyən edin:

1 – uşağın məktəb təliminə hazırlanmasını təmin edir.

2 – müvafiq yaş mərhələsini xarakterizə edən psixososial amildir.

3 – uşağın inkişafını təmin edir.

4 – bir yaş mərhələsindən digərinə keçidi səciyyələndirir.

5 – uşağın idrak fəaliyyətinin səviyyəsini əks etdirir.

6 – uşağın yetginlik səviyyəsini ifadə edir.

7 – yaş dövrünün sosial inkişaf şəraitini xarakterizə edir.

A) 4, 7

B) 4, 6

C) 1, 5

D) 2, 7

E) 3, 4

11. Hansı psixopedaqoji amil şagirdin təlim şəraitində aktivliyini şərtləndirir?

Uyğun olanları seçin:

1 - təlim fəaliyyətinin strukturu

2 - müəllimin akademik və didaktik qabiliyyətləri

3 - təlimin təşkili səviyyəsi

4 - oxumağa və biliklərin mənimsənilməsinə şüurlu münasibətin olması

5 - dərslik və dərs vəsaitlərinin olması

6 - təlim motivləri və idrak maraqları

A) 3, 6

B) 2, 4

C) 4, 5

D) 1, 3

E) 4, 6

12. Təlimin səmərəli surətdə formalaşdırılmasının əsas amilini nə təşkil edir?

Uyğun olanları seçin:

1 - şagirdlərdə təlimə şüurlu münasibətin formalaşdırılması

2 - idrak tələbatlarının inkişafı

3 - təlim işlərinin mənimsənilməsi

4 - şagirdlərdə biliklərin mənimsənilməsinə şüurlu münasibətin formalaşdırılması

5 - şagirdin əqli inkişaf səviyyəsi

A) 1, 5

B) 2, 3

C) 1, 4

D) 3, 4

E) 4, 5

13. Təlimin səmərəli surətdə formalaşmasının ən mühüm amilləri hansılardır? Ardıcıllığı müəyyən edin:

1 - şagird biliklərin mənimsənilməsinin əhəmiyyətini dərk edir.

2 - şagird nə üçün və hansı məqsəd naminə oxuduğunu dərk edir.

3 - bilik, bacarıq və vərdişlərin mənimsənilməsi şəxsi əhəmiyyət kəsb edir.

4 - şagirdin bütün fəaliyyəti qarşıya qoyulmuş yaxın və uzaq məqsədlərlə idarə olunur.

5 - şagird təlimlə bağlı məqsədlərə şüurlu münasibət bəsləyir.

A) 3, 5

B) 2, 3

C) 4, 5

D) 1, 5

E) 1, 2

14. Təlim fəaliyyətinin əsas istiqamətini səciyyələndirən cəhətlərə hansılar aiddir? Ardıcıllığı müəyyən edin:

1 - təlim fərdi aktivliyin özünəməxsus forması olmaq etibarilə biliklərin mənimsənilməsinə yönələn bir prosesdir.

2 - təlim konkret şəraitdə çoxşaxəli məqsədlərin həyata keçirilməsini təmin edən psixopedaqoji prosesdir.

3 - təlim vərdiş və bacarıqların formalaşdırılmasına yönələn bir fəaliyyətdir.

4 - təlim biliklər sisteminin mənimsənilməsi üsullarının formalaşdırılmasının əsas şərtidir.

5 - təlim biliklər sisteminin seçilərək şagirdlərə aşılanmasının əsas forması kimi həyata keçirilir.

6 - təlim şagirdin özünün inkişafına yönələn bir şüurlu bir prosesdir.

A) 1, 3, 4

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 3, 6

E) 4, 5, 6

15. Uşağın psixi inkişafında hansı ideyalar mövcuddur? Uyğun olanı seçin:

1 - arası kəsilməz bir proses

2 - materialist və idealist

3 - bioloji və sosial

4 - oxşarlıq və ziddiyyət

5 - diskret (qeyri - bərabər) proses

6 - planlı proses

A) 1, 6

B) 2, 3

C) 4, 5

D) 3, 5

E) 1, 5

16. Uşaqların yaşla əlaqədar inkişafının başa düşülməsində əsas rolu nə oynayır? Uyğun olanı seçin:

1 - fəaliyyətin aparıcı tipi

2 - idrak prosesləri

3 - motivlər

4 - iradi səy

5 - ünsiyyətin aparıcı tipi

6 - fərdi xüsusiyyətlər

A) 1, 3

B) 2, 6

C) 4, 5

D) 3, 4

E) 1, 5

17. Müasir psixologiyada psixi inkişafın yaş dövrlərinin aparıcı fəaliyyət növü baxımından mənalandırılması ideyası kimə məxsusdur? Uyğun olanı seçin:

1 - A. N. Leontyevə

2 - A. A. Lüblinskaya

3 - L. S. Vıqotskyə

4 - D. B. Elkoninə

5 - V. S. Muxinaya

A) 3, 4

B) 2, 3

C) 1, 3

D) 1, 4

E) 1, 6

18. Uyğunluğu müəyyən edin. Təlim strukturuna söylənmiş konsepsiyaların əsas nümayəndələrini tapın:

I - Təlim konkret obyektlər sinfinin, onların xassələrinin dərk olunması və ümumiləşdirilmiş idrak prosesidir.

II - Təlim fikri fəaliyyətin mərhələlər üzrə mənimsənilməsi prosesidir. Bu nəzəriyyədə fikri fəaliyyət ön plana çəkilir, biliklərə isə fəaliyyətdən və onun mənimsənilməsindən törəmə kimi baxılır (1 - bələdləşmə əməliyyatı; 2 - idarıedici əməliyyat, nəzarət əməliyyatı) ;

III – Hər cür təcrübəyə yiyələnmək (konkret, ümumiləşmiş, idraki, emosional və s ) mənimsəmədən ibarətdir. Təlim fəaliyyəti : 1) təlim şəraiti və vəziyyəti 2) təlim işləri 3) mənimsəmə səviyyəsini qiymətləndirmə kimi komponentlərə malikdir.

1 - S. L. Rubinşteyn, N. X. Şvaçkin

2 - V. V. Davıdov, S. A. Nadiraşvili

3 - D. V. Elkonin, V. V. Davıdov

4 - P. Y. Qalperin, N. F. Talizina

5 - D. V. Boqoyavlenski, A. M. Matyuşkin

6 - L. S. Vıqotski, A. N. Leontyev

A) I - 5; II - 3; III - 4

B) I - 6; II - 4; III - 3

C) I - 2; II - 5; III - 1

D) I - 1; II - 6; III - 5

E) I - 3; II - 1; III - 2

19. Təlimin mahiyyəti və qanunauyğunluqlarına aid olan uyğunluqları tapın:

I - Təlim müvəffəqiyyətini təmin edən amillər

II - Təlimin psixoloji strukturunun komponentləri

III - Təlim motivləri

a - nəyi öyrədirlər, kim və necə öyrədir, kimi öyrədir?

b - idrak tələbatları, təlim motivləri, təlim məqsədləri, vəzifələri, tədris işləri

c - geniş sosial motivlər

d - təlim fəaliyyətində xarakterik və xüsusi motivlər

e - şəxsi və maddi motivlər

A) I - e; II - d; III - a

B) I - e; II - c; III - d

C) I - b; II - a; III - e

D) I - a; II - b; III - c

E) I - d; II - e; III - b

20. Uyğunluğu müəyyən edin:

I - Problematik təlimin üstün cəhətləri hansılardır?

II - Təlim motivləri hansılardır?

1 - situativ motivlər

2 - bu təlim məntiqi, elmi fikir yürütməyi şagirdə öyrədir.

3 - eqoistik motivlər

4 - bu təlim dərsi emosional edir, canlandırır.

5 - bu təlim intellektual hissləri inkişaf etdirir.

6 - ictimai motivlər

A) I - 1, 3, 5; II - 1, 3, 5

B) I - 3, 4, 6; II - 2, 4, 6

C) I - 2, 4, 5; II - 1, 3, 6

D) I - 2, 5, 6; II - 3, 4, 6

E) I - 1, 4, 5; II - 1, 4, 5

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin