Book id= 233//book name= Psixopedaqogika // ##fk=126//ks=03//fn=233// sumalltest= 308


##num= 12// level= 1// sumtest=20 // name= //Pedaqoji ünsiyyət və onun sosial - psixoloji mexanizmi //



Yüklə 1,21 Mb.
səhifə9/12
tarix19.12.2018
ölçüsü1,21 Mb.
#86299
1   ...   4   5   6   7   8   9   10   11   12

##num= 12// level= 1// sumtest=20 // name= //Pedaqoji ünsiyyət və onun sosial - psixoloji mexanizmi //


1. Pedaqoji ünsiyyətin məqsədləri hansılardır?

A) Adekvat, qeyri – adekvat

B) Obyektiv, subyektiv

C) Daxili, xarici

D) Pozitiv, neqativ

E) Fərdi – idraki, emosional

2. Sadalanlardan hansı pedaqoji ünsiyyətin funksiyasını ifadə edir?

A) Nitq vasitəsilə şagirdin davranış və fəaliyyətinə təsir göstərilir

B) Şagirdlə qarşılıqlı inama əsaslanan münasibətin qurulmasına nail olunur

C) Müəllimin şagirdlərlə peşəkar ünsiyyəti həyata keçirilir

D) Şagirdin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılır

E) Müəllimlə şagird arasında şəxsi - işgüzar münasibətlər yaranır

3. Çatışmamazlıq kompleksi yeniyetmələrdə hansı psixoemosional vəziyyətin təzahürünü şərtləndirir?

A) Yeniyetmədə oxumaq bacarığının olmaması ilə əlaqədar yaranan çatışmamazlıq kompleksi səciyyəvi psixoloji əlamət kimi təzahür edir .

B) Yeniyetmə özünün şəxsi keyfiyyətləri haqqında tam və obyektiv təsəvvürlərə malik olmur.

C) Yeniyetmədə çatışmamazlıq kompleksi ilə bağlı təsəvvürlər şüuraltı səviyyədə mövcud olur.

D) Yeniyetmədə özünün fiziki, mənəvi və psixi çatışmamazlığa malik olması haqqında davamlı və möhkəmlənmiş təsəvvürlər mövcud olur.

E) Yeniyetmələrdə çatışmamazlıq kompleksi xarici görkəmlə, üzün cizgiləri ilə və digər fiziki kənarçıxmalarla əlaqədar olaraq təzahür edir.

4. Ünsiyyətdə davranış modelləri hansılardır?

A) diktator modeli, təmassız model, fərqləndirici diqqət modeli , dəyişməyən reaksiya modeli

B) dəyişməyən reaksiya modeli, avtoritar model, fəal qarşılıqlı təsir, liberal model

C) avtoritar model, fəal qarşılıqlı təsir modeli, liberal model, avtokratik model

D) diktator modeli, təmassız model, fərqləndirici diqqət modeli, hiporefleks modeli, hiperefleks modeli, dəyişməyən reaksiya modeli, avtoritar model, fəal qarşılıqlı təsir modeli

E) hiporefleks modeli, avtoritar model, fəal qarşılıqlı təsir modeli, avtokratik model

5. Hansı cavab təlim fəaliyyətinin əsas funksional istiqamətini düzgün açıqlayır?

A) təlim öyrədənlə öyrənənin qarşılıqlı əlaqəsini təmin edən şüurlu prosesdir

B) təlim təşkil olunmuş fəaliyyət şəraitində çoxsaylı pedaqoji vəzifələrin reallaşdırılmasına yönələn psixopedaqoji xarakterli fəaliyyətdir.

C) təlim biliklərin mənimsənilməsinə, vərdiş və bacarıqların formalaşdırılmasına yönələn fəal prosesdir.
D) təlim şagirdin hərtərəfli inkişafına yönələn məqsədyönlü fəaliyyət sahəsidir.

E) təlim biliklərin bir sistem halında mənimsənilməsi üçün zəruri olan üsulların formalaşdırılmasını təmin edir..

6. Şəxsiyyətlər arası ünsiyyət zonalarının ardıcıllığını müəyyən et

1 – şəxsi ünsiyyət zonası

2 – intim ünsiyyət zonası

3 - ümumi ünsiyyət zonası

4 – Formal ünsiyyət zonası

A) 4, 2, 3, 1

B) 3, 4, 1, 2

C) 2, 1, 4, 3

D) 1, 3, 4, 2

E) 1, 2, 3, 4

7. Əsas pedaqoji ünsiyyət üslubları hansılardır?

1 - Avtoritar, avtokratik

2 - Avtoritar, sinkretik

3 - Avtokratik, analitik

4 - avtokratik, konformist

5 - Demokratik, liberal

A) 4, 5

B) 1, 4

C) 1, 3

D) 1, 5

E) 2, 3

8. İnsanın insanı qavraması prosesi nəyi bildirir?

1 - Sosial persepsiya

2 - Sosial atribusiya

3 - Şəxsiyyətlərarası münasibətlər

4 - Kauzal atribusiyanı

5 - Sensor prosesləri

6 - Mnemik prosesləri

A) 3, 4

B) 1, 5

C) 2, 3

D) 1, 4

E) 5, 6

9. Hansı məqsədlər pedaqoji ünsiyyəti xarakterizə edir?

1 - Fərdi - idraki, emosional

2 - Ekspressiv - mimik

3 - Daxili, xarici

4 - Əşavi - hərəki

5 - Adekvat, qeyri - adekvat

A) 2, 3

B) 1, 3

C) 4, 5

D) 1, 5

E) 2, 4

10. Ünsiyyətin növlərinin ardıcıllığını tap (S. Seyidov)

1 – Koqnitivuniyyət

2 – motivlərlə bağlı ünsiyyət

3 - maddi ünsiyyət

4 - kondision ünsiyyət

5 –işgüzar fəaliyyətlə bağlı ünsiyyəti

A) 5, 1, 3, 2, 4

B) 1, 3, 4, 5, 2

C) 2, 4, 5, 1, 3

D) 3, 1, 4, 2, 5

E) 1, 2, 3, 4, 5

11. Qarşılıqlı münasibət prosesində ünsiyyətin hansı komponentləri təzahür edir?

1 - Kommunikativ, interaktiv

2 - Kommunikativ, qarşılıqlı fəaliyyətin müzakirəsi

3 - İnformasiya mübadiləsi, emosional və iradi təsir

4 - Perseptiv, işgüzar əlaqələrin yaranması

5 - Perseptiv, şəxsi

A) 1, 3

B) 2, 5

C) 1, 4

D) 3, 4

E) 1, 5

12. Şəxsiyyətin iddia səviyyəsinin mahiyyətini nə təşkil edir?

1 – İddia səviyyəsi “Mən obraz”ın tərkibinə daxil olan psixoloji törəmədir

2 – İddia səviyyəsi – şəxsiyyətin özünüqiymətləndirməsinin ifadəsidir

3 – İddia səviyyəsi “İdeal Mən”in formalaşmasının ən mühüm psixoloji amili kimi səciyyələndirilə bilər

4 – İddia şəxsiyyətinin mahiyyəti şəxsiyyətin nail olmaq istədiyi məqsədlərin çətinlik dərəcəsi ilə xarakterizə olunur

5 – İddia səviyyəsi şəxsiyyətin məqsəd və arzularının qiymətləndirilməsinin xarakter və məzmununda ifadə olunur

6 – İddia səviyyəsi özünüqiymətləndirmənin səviyyəsini ifadə edir

A) 3, 4, 6

B) 1, 2, 6

C) 3, 4, 5

D) 2, 5, 6

E) 1, 2, 3

13. Personalizasiya anlayışının mahiyyətini hansı əlamətlər xarakterizə edir?

1 – Şəxsiyyət malik olduğu psixososial keyfiyyətləri başqa insanlara aşılamağa aktiv surətdə meyl edir.

2 – Fərdin şəxsiyyət olmaq arzusunu ifadə edir.

3 – Şəxsiyyət başqa insanlarda ifadə olunmasına çalışır .

4 – Şəxsiyyət başqa insanların fəaliyyət və davranışının ona məxsus olan sosial dəyərlər zəminində qurulmasına nail olmağa çalışır.

5 – Şəxsiyyət sosial cəhətdən dəyərli insan olmaq arzusunu reallaşdırmağa çalışır.

6 – Şəxsiyyət özünün subyektiv dünyasını dərk etməyə nail olmaq istəyir.

7 – Şəxsiyyətin başqa insanların ahəngdar inkişafına nail ola biləcəyi ilə bağlı inamı ifadə edir.

A) 4, 5, 6, 7

B) 2, 4, 5, 6

C) 1, 4, 5, 7

D) 1, 3, 4, 7

E) 2, 3, 5, 7

14. Şüurun əsas funksiyaları hansılardır?

1 – Koqnitiv

2 – Siqnal

3 – Tənzimetmə

4 – Emosional

5 – Kommunikativ

6 – Təhriketmə

A) 1, 4, 5

B) 2, 4, 6

C) 1, 3, 5

D) 3, 5, 6

E) 2, 3, 4

15. Şəxsiyyətin inkişafının adaptasiya mərhələsini hansı əsas əlamətlər xarakterizə edir?

1 – Şəxsiyyət cəmiyyətdə mövcud olan əxlaqi və sosial normaları mənimsəyir.

2 – Şəxsiyyət referent qruplarla aktiv ünsiyyətdə olmağa çalışır.

3 – Şəxsiyyət fəaliyyətin müvafiq norma və vasitələrinə aktiv surətdə yiyələnir.

4 – Şəxsiyyət kollektivdə daha fəal mövqe tutmağa meyl edir.

5 – Şəxsiyyət daxil olduğu kollektivin həyat və fəaliyyət şəraitinə uyğunlaşır.

6 – Şəxsiyyət konfliktli situasiyalardan kənarda qalmağa çalışır.

A) 2, 3, 4

B) 2, 4, 6

C) 1, 2, 6

D) 4, 5, 6

E) 1, 3, 5

16. Şəxsiyyətin istiqamətinin mahiyyətini xarakterizə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin:

1 – Maraq və tələbatların inkişaf səviyyəsi

2 – Dünyagörüşü və əqidənin formalaşması

3 – Tələbatların xarakter və məzmunu

4 – Şəxsiyyətin mövcud situasiyasının təsirindən qismən azad olması

5 – Şəxsiyyətin iddia səviyyəsi

6 – Şəxsiyyətin aktivliyini yönəldən davamlı motivlər toplusunun formalaşması

A) 4, 3, 5

B) 4, 6, 2

C) 3, 2, 5

D) 5, 4, 2

E) 6, 3, 1

17. Şəxsiyyətin frustrasiyanın mahiyyətinə dair əsas psixoloji əlamətlərin ardıcıllığını müəyyən edin:

1 – İnsan çətinliklərin aradan qaldırılmasına nail ola bilməyəcəyini dərk edir.

2 – İnsan imkanlarını düzgün müəyyənləşdirə bilmədiyindən daim müvəffəqiyyətsizliyə uğrayır.

3 – İnsan tələbatları ilə imkanlarını realistcəsinə qiymətləndirə bilmədiyindən qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsinə nail ola bilmir.

4 – İnsan çətinliklərə qarşı mübarizə aparmağı bacarmır, özünü ümidsizliyə və ruh düşkünlüyünə düçar edir.

5 – Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi ilə bağlı müxtəlif xarakterli müvəffəqiyyətsizliklər emosional sarsıntı və gərginliklə müşayiət olunur.

6 – İnsan məqsədinə nail ola bilmir

A) 2, 1, 5

B) 5, 2, 4

C) 4, 3, 6

D) 6, 1, 3

E) 3, 2, 1

18. Uyğunluğu müəyyən edin:

I - Müasir pedaqoji fəaliyyətdə kommunikator anlayışları kimlərin fəaliyyətinə uyğundur?

II - Müasir pedaqoji fəaliyyətdə resipiyent anlayışları kimlərin fəaliyyətinə uyğundur?

1 - Valideyn fəaliyyətinə

2 - Müəllim fəaliyyətinə

3 - Məktəb direktorunun fəaliyyətinə

4 - Şagirdin fəaliyyətinə

5 - Tərbiyəçinin fəaliyyətinə

6 - Psixoloqun fəaliyyətinə

7 - Uşaq fəaliyyətinə

8 - Təlimatçı fəaliyyətinə

9 - İnformator fəaliyyətinə

A) I - 6, II - 5

B) I - 1, II - 8

C) I - 2, II - 4

D) I - 3, II - 7

E) I - 9, II - 10

19. Uyğun gələn cavabları müəyyən edin:

I - Birgə fəaliyyətdə ünsiyyətin formaları

II - Şəxsiyyətin fəaliyyətinin formaları

1 - Əmək

2 - Müzakirə

3 - Təlim

4 - Təhlil

5 - Oyun

6 - Müsahibə

7 - Sorğu

8 - Şərh

9 - İnformasiyanın ötürülməsi

10 - Qarşılıqlı təsir

A) I - 5, 6, 10; II - 4, 7, 9

B) I - 1, 3, 7; II - 4, 6, 8

C) I - 3, 8, 9; II - 2, 5, 10

D) I - 1, 3, 5; II - 2, 4, 6

E) I - 7, 8, 9; II - 5, 6, 7

20. Verilənlərin uyğun sahələrini tapın:

I - Təbəssüm, tərsbaxış, mimika, əl və bədən ifadəli hərəkətləri

II - Lakomotor və əşyavi hərəkətlər, poza, yaxınlaşma, uzaqlaşma, vermə, alma, özünə doğru çəkmə, özündən itələmə, etiraz

1 - Ünsiyyətin formaları

2 - Ünsiyyətin vəzifələri

3 - Ünsiyyətin ekspressiv - mimik vasitələri

4 - Ünsiyyətin məzmunu

5 - Ünsiyyətin vasitələri

6 - Ünsiyyətin əşyavi - hərəki vasitələri

7 - Ünsiyyətin bələdləşmə xüsusiyyətləri

8 - Şəxsi ünsiyyət nümunələri

9 - Ünsiyyətin motivləşməsi

10 - Ünsiyyət informasiya mübadiləsi kim

A) I - 2, II - 9

B) I - 4, II - 5

C) I - 7, II - 8

D) I - 1, II - 10

E) I - 3, II - 6

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin