Book id= 233//book name= Psixopedaqogika // ##fk=126//ks=03//fn=233// sumalltest= 308


##num= 14// level= 1// sumtest=20 // name= // Ünsiyyətdə müəllimin davranış modelləri //



Yüklə 1,21 Mb.
səhifə11/12
tarix19.12.2018
ölçüsü1,21 Mb.
#86299
1   ...   4   5   6   7   8   9   10   11   12

##num= 14// level= 1// sumtest=20 // name= // Ünsiyyətdə müəllimin davranış modelləri //


1. Sadalanlardan hansı pedaqoji ünsiyyətin funksiyasını ifadə edir?

A) Şagirdin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılır.

B) Şagirdlə qarşılıqlı inama əsaslanan münasibətin qurulmasına nail olunur.

C) Nitq vasitəsilə şagirdin davranış və fəaliyyətinə təsir göstərilir.

D) Müəllimin şagirdlərlə peşəkar ünsiyyəti həyata keçirilir .

E) Müəllimlə şagird arasında şəxsi - işgüzar münasibətlər yaranır.

2. Çatışmamazlıq kompleksi yeniyetmələrdə hansı psixoemosional vəziyyətin təzahürünü şərtləndirir?

A) Yeniyetmədə oxumaq bacarığının olmaması ilə əlaqədar yaranan çatışmamazlıq kompleksi səciyyəvi psixoloji əlamət kimi təzahür edir.

B) Yeniyetmə özünün şəxsi keyfiyyətləri haqqında tam və obyektiv təsəvvürlərə malik olmur.

C) Yeniyetmədə çatışmamazlıq kompleksi ilə bağlı təsəvvürlər şüuraltı səviyyədə mövcud olur.

D) Yeniyetmədə özünün fiziki, mənəvi və psixi çatışmamazlığa malik olması haqqında davamlı və möhkəmlənmiş təsəvvürlər mövcud olur.

E) Yeniyetmələrdə çatışmamazlıq kompleksi xarici görkəmlə, üzün cizgiləri ilə və digər fiziki kənarçıxmalarla əlaqədar olaraq təzahür edir .

3. Təhsil sistemində psixoloji xidmətin əsas məqsədini nə təşkil edir?

A) Uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması

B) Asosial davranışa və kənarçıxmalara yol verən şagirdlərlə fərdi işin aparılması

C) Uşağın psixi və psixoloji sağlamlığına nail olmaq

D) Pedaqoji kollektivlə sıx işgüzar əməkdaşlıq şəraitində məktəbəqədər və məktəb illərində uşaqların hərtərəfli inkişafının təmin olunmasına nail olmaq

E) Müəllim və valideynlərə, o cümlədən uşağa psixoloji məsləhətin verilməsi

4. Məktəb psixoloji xidmətinin əsas məqsədini necə xarakterizə etmək olar?

A) Pedaqoji kollektivlə sıx işgüzar əməkdaşlıq şəraitində şagirdlərin hərtərəfli inkişafına nail olmaq

B) Müəllim və valideynlərə, o cümlədən şagirdələrə fərdi məsləhətin verilməsi

C) Uşağın psixi və psixoloji sağlamlığına nail olmaq

D) Şagirdlərin inkişafı üçün əlverişli şəraitin yaradılması

E) Asosial davranışa və kənarçıxmalara yol verən şagirdlərlə fərdi işin aparılması

5. Məktəb psixoloji xidmətinin aktual istiqamətinə dair hansı cavabı doğru sayırsınız?

A) Şagirdlərlə aktiv profilaktik və psixokorreksiya işi aparılır.

B) İntizamı pozan və davranış kənarçıxmalarına meyl edən şagirdlər müəyyənləşdirilir və onlarla psixokorreksiya işi aparılır.

C) Şagirdlərin təlim və tərbiyəsi ilə bağlı konkret çətinlikləri doğuran problemlər müzakirə edilir, davranış pozğunluqlarının səbəbləri aşkara çıxarılır və problemlərin həll olunma vasitələri müəyyənləşdirilir.

D) Şagirdlərin təlim və tərbiyəsi ilə əlaqədar müəllimlərə sistematik olaraq məsləhətlər verilir.

E) Psixoloq məktəbdə aparılan tərbiyə işinin planlaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edir.

6. Əsas pedaqoji ünsiyyət üslubları hansılardır?

1 - Avtoritar, avtokratik

2 - Avtoritar, sinkretik

3 - Avtokratik, analitik

4 - avtokratik, konformist

5 - Demokratik, liberal

A) 1, 3

B) 1, 4

C) 1, 5

D) 4, 5

E) 2, 3

7. İnsanın insanı qavraması prosesi nəyi bildirir?

1 - Sosial persepsiya

2 - Sosial atribusiya

3 - Şəxsiyyətlərarası münasibətlər

4 - Kauzal atribusiyanı

5 - Sensor prosesləri

6 - Mnemik prosesləri

A) 3, 4

B) 1, 5

C) 2, 3

D) 1, 4

E) 5, 6

8. Şəxsiyyətlər arası ünsiyyət zonalarının ardıcıllığını müəyyən edin:

1 – şəxsi ünsiyyət zonası

2 – intimünsiyyət zonası

3 ümumi ünsiyyət zonası

4 – Formal ünsiyyət zonası

A) 1, 3, 4, 2

B) 3, 4, 1, 2

C) 4, 2, 3, 1

D) 2, 1, 4, 3

E) 1, 2, 3, 4

9. Ünsiyyətin növlərinin ardıcıllığını tap (S. Seyidov)

1 – Koqnitivuniyyət

2 – motivlərlə bağlı ünsiyyət

3 - maddi ünsiyyət

4 - kondision ünsiyyət

5 –işgüzar fəaliyyətlə bağlı ünsiyyəti

A) 2, 4, 5, 1, 3

B) 1, 3, 4, 5, 2

C) 3, 1, 4, 2, 5

D) 5, 1, 3, 2, 4

E) 1, 2, 3, 4, 5

10. Qarşılıqlı münasibət prosesində ünsiyyətin hansı komponentləri təzahür edir?

1 - Kommunikativ, interaktiv

2 - Kommunikativ, qarşılıqlı fəaliyyətin müzakirəsi

3 - İnformasiya mübadiləsi, emosional və iradi təsir

4 - Perseptiv, işgüzar əlaqələrin yaranması

5 - Perseptiv, şəxsi

A) 1, 3

B) 2, 5

C) 14

D) 3, 4

E) 1, 5

11. Məktəb psixoloji xidmətinin təşkili şəraitində aparılan psixoprofilaktik işin mahiyyətinə dair aşağıdakı cavabların hansını doğru saymaq olar?

1 - Müəllimlərdə, şagirdlərdə, valideynlərdə və ya onları əvəz edən şəxslərdə psixoloji mədəniyyətin formalaşdırılması.

2 - Şagird qruplarında mövcud olan qarşılıqlı münasibətlərin vəziyyətini öyrənmək əsasında baş verməsi ehtimal olunan konfliktlərin aradan qaldırılmasına dair müəllimlərə məsləhət verilir.

3 - Psixoloji biliklərə aktiv surətdə yiyələnmək meylinin təşəkkül etdirilməsi təmin edilir.

4 - Psixodiaqnostik işin aparılması ilə əlaqədar konkret vəzifələrin yerinə yetirilməsinə nail olunur.

5 - İntizamı pozan və təlimdə geri qalan şagirdlərlə fərdi iş aparılır.

A) 2, 3

B) 2, 4

C) 1, 5

D) 3, 4

E) 1, 3

12. Şəxsiyyətin iddia səviyyəsinin mahiyyətini nə təşkil edir?

1 – İddia səviyyəsi “Mən obraz”ın tərkibinə daxil olan psixoloji törəmədir.

2 – İddia səviyyəsi – şəxsiyyətin özünüqiymətləndirməsinin ifadəsidir.

3 – İddia səviyyəsi “İdeal Mən”in formalaşmasının ən mühüm psixoloji amili kimi səciyyələndirilə bilər.

4 – İddia şəxsiyyətinin mahiyyəti şəxsiyyətin nail olmaq istədiyi məqsədlərin çətinlik dərəcəsi ilə xarakterizə olunur.

5 – İddia səviyyəsi şəxsiyyətin məqsəd və arzularının qiymətləndirilməsinin xarakter və məzmununda ifadə olunur.

6 – İddia səviyyəsi özünüqiymətləndirmənin səviyyəsini ifadə edir.

A) 2, 5, 6

B) 1, 2, 6

C) 3, 4, 6

D) 3, 4, 5

E) 1, 2, 3

13. Şəxsiyyətin psixoloji müdafiəsi hansı əlamətlərin təzahürü ilə müşayiət olunur?

1 – Təcavüz

2 – İddia səviyyəsi

3 – Keçirilmə

4 – Özünüqiymətləndirmə

5 – Özünəhörmət

6 – Sıxışdırılma

7 – Özünüdərk

A) 4, 5, 6

B) 2, 4, 7

C) 3, 5, 7

D) 1, 3, 6

E) 5, 6, 7

14. Personalizasiya anlayışının mahiyyətini hansı əlamətlər xarakterizə edir?

1 – Şəxsiyyət malik olduğu psixososial keyfiyyətləri başqa insanlara aşılamağa aktiv surətdə meyl edir.

2 – Fərdin şəxsiyyət olmaq arzusunu ifadə edir.

3 – Şəxsiyyət başqa insanlarda ifadə olunmasına çalışır.

4 – Şəxsiyyət başqa insanların fəaliyyət və davranışının ona məxsus olan sosial dəyərlər zəminində qurulmasına nail olmağa çalışır.

5 – Şəxsiyyət sosial cəhətdən dəyərli insan olmaq arzusunu reallaşdırmağa çalışır

6 – Şəxsiyyət özünün subyektiv dünyasını dərk etməyə nail olmaq istəyir.

7 – Şəxsiyyətin başqa insanların ahəngdar inkişafına nail ola biləcəyi ilə bağlı inamı ifadə edir.

A) 4, 5, 6, 7

B) 2, 4, 5, 6

C) 1, 4, 5, 7

D) 1, 3, 4, 7

E) 2, 3, 5, 7

15. Şəxsiyyətin inkişafının adaptasiya mərhələsini hansı əsas əlamətlər xarakterizə edir?

1 – Şəxsiyyət cəmiyyətdə mövcud olan əxlaqi və sosial normaları mənimsəyir.

2 – Şəxsiyyət referent qruplarla aktiv ünsiyyətdə olmağa çalışır.

3 – Şəxsiyyət fəaliyyətin müvafiq norma və vasitələrinə aktiv surətdə yiyələnir.

4 – Şəxsiyyət kollektivdə daha fəal mövqe tutmağa meyl edir.

5 – Şəxsiyyət daxil olduğu kollektivin həyat və fəaliyyət şəraitinə uyğunlaşır.

6 – Şəxsiyyət konfliktli situasiyalardan kənarda qalmağa çalışır .

A) 4, 5, 6

B) 2, 4, 6

C) 1, 2, 6

D) 1, 3, 5

E) 2, 3, 4

16. Şəxsiyyətin istiqamətinin mahiyyətini xarakterizə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin:

1 – Maraq və tələbatların inkişaf səviyyəsi

2 – Dünyagörüşü və əqidənin formalaşması

3 – Tələbatların xarakter və məzmunu

4 – Şəxsiyyətin mövcud situasiyasının təsirindən qismən azad olması

5 – Şəxsiyyətin iddia səviyyəsi

6 – Şəxsiyyətin aktivliyini yönəldən davamlı motivlər toplusunun formalaşması

A) 5, 4, 2

B) 4, 3, 5

C) 3, 2, 5

D) 4, 6, 2

E) 6, 3, 1

17. Şəxsiyyətin frustrasiyanın mahiyyətinə dair əsas psixoloji əlamətlərin ardıcıllığını müəyyən edin:

1 – İnsan çətinliklərin aradan qaldırılmasına nail ola bilməyəcəyini dərk edir.

2 – İnsan imkanlarını düzgün müəyyənləşdirə bilmədiyindən daim müvəffəqiyyətsizliyə uğrayır.

3 – İnsan tələbatları ilə imkanlarını realistcəsinə qiymətləndirə bilmədiyindən qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsinə nail ola bilmir.

4 – İnsan çətinliklərə qarşı mübarizə aparmağı bacarmır, özünü ümidsizliyə və ruh düşkünlüyünə düçar edir.

5 – Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi ilə bağlı müxtəlif xarakterli müvəffəqiyyətsizliklər emosional sarsıntı və gərginliklə müşayiət olunur.

6 – İnsan məqsədinə nail ola bilmir.

A) 2, 1, 5

B) 5, 2, 4

C) 4, 3, 6

D) 6, 1, 3

E) 3, 2, 1

18. Uyğunluğu müəyyən et.

I - Müasir pedaqoji fəaliyyətdə kommunikator anlayışları kimlərin fəaliyyətinə uyğundur?

II - Müasir pedaqoji fəaliyyətdə resipiyent anlayışları kimlərin fəaliyyətinə uyğundur?

1 - Valideyn fəaliyyətinə

2 - Müəllim fəaliyyətinə

3 - Məktəb direktorunun fəaliyyətinə

4 - Şagirdin fəaliyyətinə

5 - Tərbiyəçinin fəaliyyətinə

6 - Psixoloqun fəaliyyətinə

7 - Uşaq fəaliyyətinə

8 - Təlimatçı fəaliyyətinə

9 - İnformator fəaliyyətinə

A) I - 9, II - 10

B) I - 1, II - 8

C) I - 6, II - 5

D) I - 3, II - 7

E) I - 2, II - 4

19. Uyğun gələn cavabları müəyyən edin:

I - Birgə fəaliyyətdə ünsiyyətin formaları

II - Şəxsiyyətin fəaliyyətinin formaları

1 - Əmək

2 - Müzakirə

3 - Təlim

4 - Təhlil

5 - Oyun

6 - Müsahibə

7 - Sorğu

8 - Şərh

9 - İnformasiyanın ötürülməsi

10 - Qarşılıqlı təsir

A) I - 3, 8, 9; II - 2, 5, 10

B) I - 1, 3, 7; II - 4, 6, 8

C) I - 1, 3, 5; II - 2, 4, 6
D) I - 5, 6, 10; II - 4, 7, 9

E) I - 7, 8, 9; II - 5, 6, 7

20. Verilmişlərin uyğun sahələrini tapın:

I - Təbəssüm, tərsbaxış, mimika, əl və bədən ifadəli hərəkətləri

II - Lakomotor və əşyavi hərəkətlər, poza, yaxınlaşma, uzaqlaşma, vermə, alma, özünə doğru çəkmə, özündən itələmə, etiraz

1 - Ünsiyyətin formaları

2 - Ünsiyyətin vəzifələri

3 - Ünsiyyətin ekspressiv - mimik vasitələri

4 - Ünsiyyətin məzmunu

5 - Ünsiyyətin vasitələri

6 - Ünsiyyətin əşyavi - hərəki vasitələri

7 - Ünsiyyətin bələdləşmə xüsusiyyətləri

8 - Şəxsi ünsiyyət nümunələri

9 - Ünsiyyətin motivləşməsi

10 - Ünsiyyət informasiya mübadiləsi kim

A) I - 2, II - 9

B) I - 4, II - 5

C) I - 7, II - 8

D) I - 1, II - 10

E) I - 3, II - 6

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin