Book id= 233//book name= Psixopedaqogika // ##fk=126//ks=03//fn=233// sumalltest= 308


##num= 8// level= 1// sumtest=20 // name= // Motivlərin toksonomiyası problemi //



Yüklə 1,21 Mb.
səhifə6/12
tarix19.12.2018
ölçüsü1,21 Mb.
#86299
1   2   3   4   5   6   7   8   9   ...   12

##num= 8// level= 1// sumtest=20 // name= // Motivlərin toksonomiyası problemi //


1. İnteraktiv metodlar dedikdə nə başa düşürsünüz?

A) Məktəb təliminə, onun təşkilinə verilən psixoloji və pedaqoji tələbləri

B) Psixi inkişafın şərait və amillərinin ətraflı planda öyrənilməsi və təhlili

C) Pedaqoji fəaliyyətin psixopedaqoji və psixososial əsaslarının öyrənilməsi

D) Təlim və tərbiyənin elmi – nəzəri əsaslarının öyrənilməsi

E) Fəal şəkildə, qarşılıqlı əıaqədə fəaliyyət göstərmək

2. İnteraktiv təlim fəaliyyətinin əsas istiqaməti necə xarakterizə olunur?

A) Təlim - biliklərin mənimsənilməsinə, vərdiş və bacarıqların formalaşdırılmasına yönələn bir prosesdir.

B) Təlim fəaliyyəti şagirdin məqsədyönlü və şüurlu yönəlişliyinin ifadəsidir.

C) Təlim - fəal pedaqoji prosesdə çoxşaxəli məqsədlərin reallaşdırılmasını təmin edən, subyekt - subyekt mexanizmini həyata keçirən mühüm psixopedaqoji amildir.

D) Təlim fəaliyyəti prosesində biliklər sisteminin mənimsənilməsinin çoxsaylı üsullarının formalaşdırılması təmin edilir.

E) Təlim fəaliyyəti şəraitində şagirdin ahəngdar inkişafı ilə əlaqədar vəzifələrin həyata keçirilməsinə nail olunur.

3. İnteraktiv təlimin psixoloji modelinin əsasını təşkil edən nədir?

A) Təlim motivlərinin formalaşdırılmasına əsaslı diqqət yetirilir.

B) Təlim prosesində şagirdə fəal yanaşılır.

C) Öyrətmə prosesində şagirdin əqli inkişafının psixoloji mexanizmləri nəzərə alınır.

D) Uşağın psixoloji xüsusiyyətləri nəzərə alınır.

E) İdrak tələbatlarının formalaşdırılması.

4. Öyrədici və ya formalaşdırıcı eksperimentin mahiyyətinə dair aşağıda verilən cavabların hansını qəbul etmək olar?

A) Sınanılanın mənimsəmə imkanlarını aşkara çıxarır

B) Təlimin səmərəli metodlarını işləyərək tətbiq edir

C) Sınanılanın əqli inkişafının səviyyəsini müəyyənləşdirir

D) Psixologiyanın metodu olmaqla tələb olunan psixi prosesin və ya şəxsiyyətin keyfiyyətlərinin planlı surətdə formalaşdırılması məqsədinə xidmət edir

E) Sınanılanın bu və ya digər əlaməti aşkara çıxarılaraq təhlil edilir

5. İnteraktiv təlimdə hansı iş formaları mövcuddur?

A) fərdi, kollektiv, cütlərlə iş, qruplarla iş

B) Müqayisə, qruplarla iş

C) Müsahibə, fərdi, kollektiv,

D) Müşahidə, kollektiv

E) Qruplarla iş, eksperiment

6. Təxəyyül obrazlarının yaranmasında hansı amillər mühüm rol oynayır?

1 - Müqayisə

2 - Sintez

3 - Analiz

4 - Konkretləşdirmə

5 - Ümumiləşdirmə

6 - Sistemləşdirmə

A) Yalnız 6

B) 3 və 6

C) 1, 3, 5

D) Yalnız 2

E) 4, 5, 6

7. Psixodiaqnostik metodlara hansılar aid edilə bilər?

1 - Testlər, anketlər

2 - Müşahidə və eksperiment

3 - Modelləşdirmə və kibernetik metodlar

4 - İntervyu, sosiometriya, proyektiv və s.

5 - Kəmiyyət və keyfiyyət təhlili metodları

A) 2, 4

B) 1, 5

C) 3, 4

D) 4, 5

E) 1, 4

8. Pedaqoji psixologiyada eksperiment metodunun hansı növləri var?

1 - təbii

2 - riyazi, kibernetik, təbii

3 - təbii, süni

4 - laborator

5 - laborator, müşahidə

A) 1, 3

B) 1, 5

C) 4, 5

D) 2, 3

E) 1, 4

9. Aşağıdakılardan hansılar psixopedaqogikanın öyrəndiyi məsələlərə aiddir?

1 - Yaş xüsusiyyətləri

2 - Təlim psixologiyası

3 - Tərbiyə psixologiyası

4 - Təfəkkürün xüsusiyyətləri

5 – Təlim prosesində psixi proseslərin xüsusiyyətləri

A) 2, 3, 4

B) 1, 4, 5

C) 1, 2, 4

D) 2, 3, 5

E) 3, 4, 5

10. Təhsilin humanistləşdirilməsi hansı anlayışların məzmun xarakteristikasına əsaslanır?

1 - Hisslər, Mən – konsepsiyasına

2 - Sosial dəyərlər, dünyagörüşü, koqnitiv fəaliyyət

3 - Kommunikasiya konsepsiyasına

4 - Şəxsiyyətin fərdiyyətliliyi, şəxsi dəyərlər, kreativlik

5 - Əxlaqi dəyərlərə

A) 1, 3, 4

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 4

11. Tərbiyənin psixoloji mexanizmləri öyrənilərkən hansı anlayışların izahedici imkanlarına müraciət edilir?

1 - Motiv, tələbatlara

2 - Aktivlik, məqsəd

3 - Özünüinkişaf, aktivlik

4 - Tələbatlara

5 - Fəaliyyət, əxlaqi şüur

A) 1, 2

B) 2, 5

C) 1, 4

D) 3, 4

E) 1, 2

12. Müasir psixologiyanın sahələrindən olan inkişaf psixologiyası nəyi öyrənir?

1 - Psixi inkişafda zaman keçdikcə baş verən çoxcəhətli dəyişikliklər

2 - İnkişafın psixogenetik problemlərini

3 - Psixi inkişafın çoxcəhətli dəyişikliklərini şərtləndirən cəhətlər

4 - Psixi inkişafın obyektiv qanunauyğunluqlarını

5 - Psixi inkişafı təmin edən psixososial şəraiti

A) 1, 5

B) 1, 4

C) 3, 4

D) 1, 3

E) 2, 4

13. B.Blumun təlim məqsədlərinin taksonomiyası hansı prinsiplər əsasında yaradılmışdır:

1 – praktik istiqamət prinsipi

2 – psixoloji prinsip

3 – təfəkkür prinsipi

4 – məntiqlilik prinsipi

5 – məzmunluluq prinsipi

6 – obyektivlik prinsipi

  1. 2, 3, 5, 6

  2. 2, 3, 4, 5

  3. 1, 2, 5, 6

  4. 3, 4, 5, 6

  5. 1, 2, 4, 6

14. Pedaqoji psixologiyanın tədqiqat metodlarını tətbiqi ardıcıllığına görə müəyyən et.

1 - Öyrədici eksperiment

2 - Müsahibə

3 - Fəaliyyət nəticələrinin qiymətləndirilməsi

4 - Müşahidə

5 - Müəyyənedici eksperiment

A) 3, 4, 5, 2, 1

B) 4, 1, 2, 3, 5

C) 1, 2, 3, 4, 5

D) 4, 2, 1, 5, 3

E) 2, 3, 5, 4, 1

15. Psixopedaqoji vəzifələrə aid olanları uyğun bölmələrə daxil edin.

I - Nəzəri vəzifələr

II – Təcrübi vəzifələr

1 - Təlim - tərbiyə prosesində psixi inkişaf imkanlarının öyrənilməsi

2 - Təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarının öyrənilməsi

3 - Şəxsi keyfiyyətlərin formalaşdırılmasının psixoloji xüsusiyyətləri

4 - Təlim və əqli inkişafın qarşılıqlı əlaqəsinin öyrənilməsi

5 - Şagirdlərin bilik , bacarıq və vərdişlərə yiyələnməsinin psixoloji əsasları

A) I – 3, 4, 5; II – 3, 4

B) I – 2, 3, 4; II – 1, 5

C) I – 1, 2, 3; II – 4, 5

D) I – 1, 4, 5; II – 2, 4

E) I – 2, 4, 5; II – 2, 3

16. Aşağıdakı nəzəri fikirlərin müəlliflərini müəyyən edin.

I – Psixi inkişaf bütün insan nəslinin təcrübəsinə yiyələnməklə başa gəlir və təcrübəni mənimsəmənin başlıca yolu təlimdir.

II – Şagirdlərin fəaliyyət prosesində biliklərə yiyələnmələri onların yerinə yetirdikləri müəyyən iş sistemləri nəticəsində və şəraitində həyata keçirilir.

III – Əgər pedaqogika insanı hərtərəfli tərbiyə etmək istəyirsə , hər şeydən əvvəl, onu bütün münasibətləri dairəsində öyrənməlidir.

1 - U. Ceyms

2 - A. Neçayev

3 - K. Uşinski

4 - A. Makarenko

5 - D. Elkonin

6 - L. Vıqotski

7 - L. Bojoviç

8 - P. Qalperin

9 - H. Rumyantsev

10 - Q. Kostyuk

A) I – 3; II – 8; III – 9

B) I – 1; II – 2; III – 3

C) I – 4; II – 6; III – 8

D) I – 7; II – 5; III – 10

E) I – 6; II – 8; III – 3

17. Aşağıdakı suallara uyğun olan düzgün cavabları tapın:

I – Psixi hadisələrin gedişinə qarışmadan onların mövcud vəziyyəti təbii şəraitdə necə öyrənilir?

II – Müşahidə ilə eksperimentin xüsusiyyətlərini birləşdirən eksperiment necə adlanır?

III – Şagird kollektivinin istiqamətini, kollektivdə şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətlərini öyrənmək üçün hansı metodlardan istifadə edilir?

1 - Anket sorğusu

2 - Müsahibə

3 - Müşahidə

4 - Laborator eksperiment

5 - Eksperiment

6 - Təbii eksperiment

7 - Tərcümeyi - hal metodu

8 - Sosiometrik metodlar

9 - Testlər

10 - Proyektiv metodlar

A) I - 2, 4; II - 1; III - 7, 9

B) I - 8, 7; II - 5; III - 1, 2

C) I - 5; II - 3, 4; III - 4

D) I - 3; II - 6; III - 8, 10

E) I - 6, 9; II - 2, 8; III - 6, 9

18. Insanı xarakterizə edən xüsusiyyətlərin uyğunluğunu tapın:

I - fərd

II - şəxsiyyət

1 - ətraf aləmi dəyişdirmək üçün fəallıq göstərir

2 - ictimai münasibətlər məcmusudur

3 - bioloji varlıqdır

4 - sosial varlıqdır

5 - özəl psixi xüsusiyyətlərə malikdir

6 - heçkəsə bənzəmir

A) I - 1, 2, 3: II - 4, 5, 6

B) I - 2, 3, 4: II - 1, 5, 6

C) I - 3, 4, 5: II - 1, 2, 6

D) I - 4, 5, 6: II - 1, 3, 4

E) I - 1, 4, 5: II - 2, 3, 6

19. Dərsin psixoloji təhlili sxeminin ardıcıllığını müəyyən edin:

1 - informasiya mübadiləsi

2 – informasiyanın müzakirəsi

3 – tədqiqatın aparılması

4 – problemin qoyuluşu, motivasiya

5 – nəticənin əldə edilməsi

6 – yaradıcı tətbiqetmə

7 - qiymətləndirmə

A) 4, 7, 3, 2, 6, 1

B) 2, 3, 1, 5, 7, 4, 6

C) 4, 3, 1, 2, 5, 6, 7

D) 1, 4, 7, 6, 3, 5, 2

E) 5, 7, 6, 1, 4, 3, 2

20. Verilən fikirlər psixopedaqogikanın hansı tədqiqat metodlarına aiddir? Uyğunluğu tapın:

I - Şagird kollektivinin istiqamətləri, şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətləri, qrupda şəxsiyyətin vəziyyəti və s. bu kimi məsələlər müəyyən olunur.

II - Müşahidə zamanı qaranlıq qalan məsələlər aydınlaşdırılır, şagirdin yaşayışı, dünyagörüşü və əqidəsi , maraq və meylləri, keçdiyi həyat yolu və gələcəyə baxışı, idealları üzə çıxarılır, müəyyən edilir.

III - Şagirdin psixi inkişaf səviyyəsi, bacarıq və vərdişləri, qarşılıqlı münasibətlərinin inkişaf səviyyəsi, şəxsiyyətlərinin formalaşma səviyyəsi və s. aşkara çıxarılır.

1 - Müşahidə

2 - Müsahibə

3 - Test

4 - Sosiometrik metodlar

5 - Müəyyənedici eksperiment

6 - Öyrədici eksperimentə

7 - Laborator eksperiment

8 - Fəaliyyət məhsullarının təhlili

9 - Anketləşdirmə

10 - Əkizlər metodu

A) I - 3; II - 5; III - 10

B) I - 1; II - 4; III - 7, 8

C) I - 6; II - 8; III - 9

D) I - 7; II - 10; III - 3

E) I - 4; II - 2; III - 5
##num= 9// level= 1// sumtest= 20 // name= //Psixopedaqogikada ünsiyyətin mexanizmi //

1. Sadalananlardan hansılar pedaqoji ünsiyyət üslubları kimi xarakterizə olunur ?

A) Avtoritar, demokratik, avtokratik, konformist

B) Avtoritar, sinkretik, demokratik, sintetik

C) Avtokratik, analitik, konformist, sinkretik

D) Avtoritar, avtokratik, demokratik , liberal

E) Pozitiv, neqativ, demokratik, liberal

2. Ünsiyyət nədir ?

A) İnsanın müəyyən fəaliyyət növünə yiyələnməyə hazırlığında ifadə olunan fərdi psixoloji xüsusiyyətdir.

B) Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.

C) İnsanın cəmiyyətin üzvü kimi xarakterizə edən keyfiyyətlərin sistemidir.

D) İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirdir.

E) Şəxsiyyət üçün tipik davranış tərzini şərtləndirən fəaliyyət və ünsiyyət prosesində əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmusudur.

3. Məktəbdə əlverişli psixoloji iqlimin yaradılmasında hansı amilin rolu ön plana çəkilə bilər ?

A) Şagird kollektivində planlı və ardıcıl psixoprofilaktik işin aparılması .

B) Psixoloji yardıma və fərdi yanaşmaya ehtiyacı olan şagirdlərlə aparılacaq korreksiya işinin proqramının tərtib edilməsi

C) Müəllimin şagirdlərlə, valideynlərlə və həmkarları ilə ünsiyyət formalarının optimallaşdırılması

D) Mövcud konfliktli situasiyaların vaxtında aradan qaldırılması

E) Məktəbin pedaqoji kollektivində şəxsi – işgüzar münasibətlərin mövcud olması

4. Hansı cavab təhsilin humanistləşdirilməsinin əsas istiqamətini düzgün ifadə edir ?

A) Məktəbdə aparılan pedaqoji prosesin beten mərhələlərində şagird şəxsiyyətinin bütün istiqamətlərdə inkişaf etdirilməsi ilə əlaqədar vəzifələr diqqət mərkəzində saxlanılır.

B) Qarşılıqlı hörmət, inama əsaslanan münasibət və demokratik iş üslubu aparılan pedaqoji prosesin ayrılmaz tərkib hissəsinə çevrilir.

C) Təlim prosesində əxlaqi və sosial dəyərlərin mənimsənilməsinə və bu zəmində şagird şəxsiyyətinin tərbiyəliliyinin formalaşdırılmasına əsaslı diqqət yetirilir.

D) Şagirdin təfəkkür və hisslərinin , fərdiyyətliliyinin və bütövlükdə şəxsiyyətinin hərtərəfli inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

E) Şagirdin geniş biliklər sisteminə yiyələnməsinə və bu əsasda onun dünyagörüşünün formalaşdırılmasına nail olunur.

5. Pedaqoji prosesdə müəllimin təşkilati – kommunikativ qabiliyyətlərinin əsas komponentləri hansılardır ?

A) Kollektivi təşkil etmə bacarığı; münaqişələri ədalətlə aradan qaldırmaq bacarığı

B) İşgüzarlıq; müşahidəçilik; pedaqoji mədəniyyət; kommunikativ qabiliyyətlər; kollektivlə iş aparmaq bacarığı

C) Kommunikativ qabiliyyətlər; pedaqoji takt; təşkilatçılıq qabiliyyətləri; təlqinə məruz qoymaq qabiliyyəti

D) Fərdi yanaşma bacarığı; kollektivin fəaliyyətini təşkil etmək qabiliyyəti; kommunikativ qabiliyyətlər; pedaqoji nüfuz

E) Şagird kollektivi ilə səmimi və işgüzar münasibət yaratmaq qabiliyyəti; təşkilatçılıq qabiliyyəti; obyektiv və ədalətli olmaq bacarığı

6. Öyrətmənin mahiyyətinə hansılar daxildir?

1 - Davranış və fəaliyyətin məqsədəmüvafiq və davamlı olaraq dəyişilməsinə xidmət etməsi

2 - Təqdim edilən –öyrədilən gerçəkliyin zəruiri xassələri haqqında elmi məlumatların mənimsənilməsi

3 - Uşaq fəaliyyət şəraitinə daxil edilməsi

4 - Uşağın müxtəlif fəaliyyət növlərinin yolları, əməliyyatları və vəzifələrinin mənimsənilməsi

5 - Uşağın bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesinə nəzarət edilməsi

A) 2, 3

B) 2, 6

C) 3, 4

D) 1, 2

E) 2, 4

7. Təlimin mahiyyətini təşkil edən əsas amil hansılardır?

1 - Təlim – öyrənənlə öyrədənin birgə fəaliyyəti prosesidir

2 - Təlim – şagirdin əqli inkişafı üçün şərait yaradılması prosesidir

3 - Təlim – şagirdin məktəb fəaliyyətinin əsasının təşkil edilməsi prosesidir

4 - Təlim – şagirdlərin bilik, bacarıq və vərdişlərinə yiyələndirilməsi prosesidir

5 - Təlim – uşağın ahəngdar inkişafının əsasını təşkil ediən bir prosesdir

A) 3, 4

B) 1, 2

C) 1, 4

D) 4, 5

E) 2, 3

8. Müəllimin psixoloji mədəniyyətinin əsasını hansı amil təşkil edir ?

A) Xeyirxahlıq, səmimiyyət , şagirdin imkanlarına inam

B) Demokratik münasibət və iş üslubuna aktiv meyl

C) Şagird kollektivi ilə işləmə bacarığı

D) Əməkdaşlıq pedaqogikasında reallaşdırılan pedaqoji ünsiyyət

E) Empatiya, fəal yanaşma bacarığı, əxlaqi davranış

9. Pedaqoji fəaliyyətlə bağlı hansı əsas əlamətlər pedaqoji qabiliyyətləri şərtləndirir ?

A) Akademik qabiliyyətlər; nitqin məzmunluğu və parlaqlığı

B) Didaktik qabiliyyətlər; şagird kollektivini təşkil etmək bacarığı; pedaqoji tələbkarlıq

C) Müəllimin şəxsi keyfiyyətləri; pedaqoji takt; ünsiyyət mədəniyyəti

D) Müəllim şəxsiyyətinin istiqaməti ; ümumi akademik qabiliyyətlər ; xüsusi didaktik qabiliyyətlər

E) Ümumi psixoloji – pedaqoji hazırlıq; pedaqoji prosesdə kreativlik; şagirdə fərdi yanaşma bacarığı

10. Hansı şəraitdə tənqid və məzəmmət daha səmərəli olur ?

1 - Fərdi yanaşma şəraitində

2 - Sinif kollektivində iştirakı şəraitində

3 - Şagirdin valideynlərinin iştirakı ilə keçirilən iclaslarda

4 - Kollektivdə liderlik mövqeyinə malik olan şagirdlərin iştirakı ilə keçirilən araşdırmalar şəraitində

5 - Şagirdin fərdi – tipoloji və fərdi – psixoloji xüsusiyyətlərinin nəzərə alınması şəraitində

A) 1, 3


B) 2, 4

C) 1, 5


D) 4, 5

E) 2, 3


11. Hansı anlayışlar təhsilin humanitləşdirilməsinin məzmunlu xarakteristikasını təmin edirlər ?

1 – Hisslər

2 – Kreativlik

3 – Dünyagörüşü

4 – Mən – konsepsiya

5 – İdrak maraqları

6 – Koqnitiv fəaliyyət

7 – Şəxsi dəyərlər

A) 1, 4, 5

B) 3, 4, 6

C) 2, 3, 6

D) 1, 4, 7

E) 1, 2, 5

12. Əsas pedaqoji ünsiyyət üslubları hansılardır ?

1 – Avtoritar

2 – Aktiv

3 – Avtokratik

4 – Passiv

5 – Neqativ

6 – Demokratik

7 – Pozitiv

8 – Liberal

A) 4, 5, 7, 8

B) 1, 2, 4, 6

C) 2, 4, 5, 7

D) 3, 4, 6, 7

E) 1, 3, 6, 8

13. Pedaqoji ünsiyyətin məqsədləri hansılardır ?

1 – Obyektiv

2 – Fərdi – idraki

3 – Subyektiv

4 – Pozitiv

5 – İşgüzar

6 – Emosional

A) 5, 6

B) 2, 4

C) 1, 3

D) 2, 6

E) 4, 5

14. Müəllimin avtoritar iş üslubunu xarakterizə edən əsas əlamətlər hansılardır ?

1 – Psixoloji təcavüzə aktiv meylin olması

2 – Şagirdlərə qarşı yüksək tələbkarlıq

3 – Şagirdlərdə müəllimə sözsüz tabe olmaq adətinin formalaşdırılması

4 – Müəllimin şagirdlərlə qarşılıqlı ünsiyyətinin məhdud xarakter daşıması

5 – İrəli sürülən tələblərin məcburi qaydada yerinə yetirilməsinin təmin olunması

6 – Müəllim – şagird münasibətlərinin qeyri – səmimi xarakter daşıması

7 – Şagirdlərin müstəqilliyə və təşəbbüskarlığa olan meyllərinin qarşısının alınması

8 – Müəllimin pedaqoji mədəniyyətinin aşağı səviyyədə olması

A) 2, 4, 5, 6
B) 3, 5, 6, 8

C) 1, 3, 5, 7

D) 4, 5, 6, 7

E) 1, 2, 4, 8

15. Qarşılıqlı münasibət prosesində ünsiyyətin komponentlərinin ardıcıllığını müəyyən edin :

1 – Şəxsi – informativ

2 – Perseptiv

3 – Emosional

4 – Kommunikativ

5 – İşgüzar

6 – İnteraktiv

A) 5, 3, 1

B) 6, 5, 1

C) 4, 6, 2

D) 4, 2, 5

E) 2, 1, 6

16. Ünsiyyətin əsas psixososial əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 – Nitq mədəniyyəti

2 – İnformasiya mübadiləsi

3 – Sosial aktivlik

4 – Qarşılıqlı təsir

5 – Sosiallaşma

6 – Sosial persepsiya

A) 4, 1, 3

B) 6, 3, 5

C) 6, 4, 2

D) 5, 3, 2

E) 3, 1, 6

17. Uyğunluğu müəyyən edin :

I – Pedaqoji ünsiyyət üslubları

II – Ünsiyyət prosesinin komponentləri

1 – Kommunikativ

2 – Avtoritar

3 – İnteraktiv

4 – Liberal

5 – Avtokratik

6 – Perseptiv

7 – Demokratik

A) I – 2, 3, 4, 7; II – 1, 5, 6;

B) I – 2, 3, 5, 7; II – 1, 4, 6;

C) I – 2, 4, 6, 7; II – 1, 3, 5;

D) I – 2, 4, 5, 7; II – 1, 3, 6;

E) I – 2, 4, 5, 6; II – 1, 3, 7;

18. Uyğunluğu müəyyən edin :

I – Müəllimin pedaqoji ünsiyyətinin əsas psixoloji əlamətləri

II – Müəllimin pedaqoji mədəniyyətinin psixoloji xüsusiyyətləri

1 – Pedaqoji ünsiyyətə aktiv meyl

2 – Pedaqoji etikanın tələblərinə uyğun ünsiyyətin reallaşdırılması təmin edilir

3 – Müəllim şagirdlər arasında yaranan konfliktlərin obyektiv zəmində araşdırılmasına və aradan qaldırılmasına nail olur

4 – Ünsiyyət prosesində pedaqoji taktın tələblərinə riayət edilir

5 – Uşağa fərdi yanaşmağa aktiv meyl

6 – Müəllim – şagird ünsiyyəti əməkdaşlıq pedaqogikasının prinsipləri əsasında qurulur

A) I – 2, 4, 5; II – 1, 3, 6;

B) I – 2, 3, 6; II – 1, 4, 5;

C) I – 2, 5, 6; II – 1, 3, 4;

D) I – 2, 4, 6; II – 1, 3, 5;

E) I – 2, 3, 5; II – 1, 4, 6;

19. Uyğun variantı seçin:

I – Ünsiyyətin psixoloji xarakteristikasının əsas əlamətləri

II – Pedaqoji prosesdə ünsiyyətin əsas funksiyaları

1 – Ünsiyyət vasitəsilə pedaqoji proses fəal xarakter daşıyır

2 – Sosial persepsiya

3 – Ünsiyyət vasitəsilə müəllim – şagird münasibətləri işgüzar xarakter daşımasına nail olunur

4 – Qarşılıqlı təsir prosesini şərtləndirir

5 – Ünsiyyət amilindən istifadə etməklə qarşılıqlı şəxsi inama əsaslana münasibətin qurulması təmin edilir

6 – Məlumat mübadiləsi aktiv xarakter daşıyır

7 – Fəal və məzmunlu qarşılıqlı ünsiyyət şagirdin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılır

8 – Qeyri – verbal anlamanı şərtləndirir

A) I – 2, 4, 5, 8; II – 1, 3, 6, 7;

B) I – 2, 3, 6, 8; II – 1, 4, 5, 7;

C) I – 2, 4, 6, 8; II – 1, 3, 5, 7;

D) I – 2, 3, 4, 8; II – 1, 5, 6, 7;

E) I – 2, 5, 6, 8; II – 1, 3, 4, 7;

20. Uyğunluğu müəyyən edin :

I – Pedaqoji ünsiyyətin mahiyyətini xarakterizə edən əlamətlər

II – Pedaqoji ünsiyyətin məqsədləri

1 – Fərdi – idraki

2 – Müəllimin şagirdlərlə peşəkar ünsiyyəti həyata keçirilir

3 – Şagirdlərlə qarşılıqlı inama əsaslanan münasibətlər qurulur

4 – Şəxsi – emosional

5 – Müəllimlərlə şagirdlər arasında işgüzar münasibətlər yaranır

A) I – 1, 3, 4; II – 2, 5;

B) I – 2, 4, 5; II – 1, 3;

C) I – 1, 3, 5; II – 2, 4;

D) I – 2, 3, 5; II – 1, 4;

E) I – 1, 4, 5; II – 2, 3;

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin