##book id=064//book name=Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 0,85 Mb.
səhifə3/6
tarix11.02.2020
ölçüsü0,85 Mb.
#102094
1   2   3   4   5   6

7. Bu natiqə görə “insan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur, çünki o, bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha qovuşmuş olur”. Bu fikir kimə məxsusdur ?

A) M. Füzuliyə

B) İ. Nəsimiyə

C) Ş. İ. Xətaiyə

D) N. Tusiyə

E) S. Şiraziyə



8. N. Gəncəvi hansı əsərində natiq obrazı yaratmışdır ?

A) “ İsgəndərnamə ”

B) “ Leyli və Məcnun ”

C) “ Xosrov və Şirin ”

D) “ Yeddi gözəl ”

E) “ Qocalıq ” qəsidəsi



9. XIX əsrin sonu, XX əsrin əvvəllərində fəaliyyət göstərən mütərəqqi zialılar içərisində verilə bilməz.

A) F. Köçərli

B) N. Nərimanov

C) M. Mahmudbəyov

D) M. Ə. Sabir

E) M. F. Axundov



10. “Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” fikrinin müəllifi kimdir?

A) F.Köçərli

B) M.F.Axundov

C) N.Nərimanov

D) C.Məmmədquluzadə

E) M.Rəfili



11. XI əsrdə Bağdadda yaşamış məşhur azərbaycanlı natiq kimdir?

A) Ə.Təbrizi

B) X.Təbrizi

C) N.Gəncəvi

D) X.Şirvani

E) A.Ərdəbili



12. “Əsl sənətkarın, əsl şairin özü qocalsa da, sözü qocalmaz” aforizmi kimə məxsusdur?

A) B.Vahabzadə

B) N.Nərimanov

C) S.Vurğun

D) N.Gəncəvi

E) M.Ə.Sabir



13. “Hər bir insan öz dilinin altında gizlənmişdir” aforizmi kimə məxsusdur?

A) M.F.Axundova

B) S.Ə.Şirvaniyə

C) Həzrət Əliyə

D) İbn Sinaya

E) M.Ş.Vazehə



14. “Əvvəli deyilməmiş söz başı əzilmiş adam kimidir”. Bu kəlam kimə aiddir ?

A) S. Təbriziyə

B) S. M. Qənizadəyə

C) S. Şiraziyə

D) K. S. Stanislavskiyə

E) M. Füzuliyə



15. Bu alimə görə, natiq dinləyicinin hissiyyatına təsir etməlidir. Bunun üçün də o, natiqliyin təsirgöstərmə vasitələrindən istifadə etməyi bacarmalıdır.

A) Aristotel

B) A. P. Çexov

C) Lomonosov

D) Əflatun

E) İbn Qabus



16. Rusiyada natiqlik sənətinin məşhur nümayəndələri kimlərdir?

A) Plevako, Koni

B) Vilhelm Volf, Sigizmund

C) Anakar. Aristotel

D) Demonj, Dupen

E) Sisi, Siseron



17. “ Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər”. Bu kəlam kimə məxsusdur ?

A) Lisiyə

B) K.S.Stanislavskiyə

C) Siserona

D) A.P.Çexova

E) Aristotelə



18.Doğru fikirləri seçin.

1-Natiqlik sənətinin vətəni qədim Yunanıstan hesab olunur.

2- Diksiyanın aydınlığı və düzgünlüyü nitqdə rol oynamır.

3- İki və daha artıq şəxsin növbələşən canlı ünsiyyəti dialoq adlanır.

4- Ədəbi tələffüz həmişə yazılı nitqlə eyni olmalıdır.

A) 1, 4

B) 1, 2, 4

C) 1, 3

D) 2, 4, 3

E) 3, 4

19.Doğru fikirləri müəyyən edin.

1-Yazılı nitqin sürəti aşağıdır.

2- İntonasiya şifahi nitqdə rol oynamır.

3-Diksiya yazılı nitqin əsas elementidir.

4-Yazılı nitqdə qeyri-verbal ifadə vasitələrindən ustifadə olunmur.

A) 1

B) 1, 2, 4

C) 1, , 4

D) 2, 4, 3

E) 3, 4

20.Yalnış fikirləri seçin.

1-Aristotel orta əsrlər nitq mədəniyyətinin ən görkəmli nümayəndəsidir.

2-Natiqliyin növlərindən biri də elmi natiqlikdir.

3- B samiti tələffüz zamanı heç vaxt dəyişmir.

4-Kitab üslubuna bədii, elmi,ictimai-siyasi və digər üslublar daxildir.

A) 1, 3

B) 4, 2, 1

C) 1, 4

D) 2, 4, 3

E) 4, 3

21.Doğru fikirləri seçin.

1-Natiqlik sənəti nəzəriyyəsinin banisi Aristoteldir.

2-İntonasiyanın ünsürlərindən biri də nitq fasiləsidir.

3-Orfoqrafiyanın əsas və başlıca prisipi fonetik prinsipdir.

4-Dilimizdə bütün sözlərdə vurğu ilk hecaya düşür.

5- Nitq etiketləri milli təfəkkürlə bağlı deyil.

A) 1, 2, 3

B) 1, 4

C) 2, 3, 5

D) 2, 4, 3

E) 3, 4

22.Yalnış fikirləri seçin.

1-Nitqin sadəliyi onun asan qavranılmasına təsir göstərmir.

2-Məntiqi vurğu sözdə hecalardan birinin o birinə nisbətən qüvvətli tələffüzüdür.

3- Monoloji və dialoji nitq formaları mövcuddur.

4- Orfoqrafik prinsiplərdən biri də fonetik prinsipdir.

A) 1, 2

B) 3, 2, 1

C) 1, 3

D) 2, 1, 3

E) 1, 4

23.Doğru fikirləri seçin.

1-Azərbaycan dili sözlərində vurğu əsasən sona düşür.

2- Mürəkkəb qısaltmaların xüsusi tələffüz şəkli var.

3- Dil ünsiyyətinin geniş forması adi danışıq üslubunda aparılır.

4- Nitqin rabitəliliyi müəyyən məntiqi ardıcıllığa riayət edilməsini tələb edir.

A) 2, 4

B) Hamısı

C) 1, 4

D) 4, 3

E) 3, 4

27.Yalnış fikirləri seçin.

1-Diksiyanın pozulması fikrin anlaşılmasına təsir etmir.

2-Ədəbi tələffüz orfoepiya adlanır.

3- Elmi üslubda terminlərdən geniş istifadə olunur.

4-Ərizə əməli yazı növü deyil.

A) 1, 4, 3

B) 2, 3, 4

C) 1, 3

D) 1, 4

E) 2, 3

24. Bu cür nitqdə ən müvafiq, üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işlətmək tələb olunur.

1- Nitqin ifadəliliyində

2- Nitqin düzgünlüyündə

3- Nitqin sadəliyində

4- Nitqin yığcamlığında

5- Nitqin aydınlığında

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

25. Bu cür nitqdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsi işlədilməlidir.

1-Nitqin dəqiqliyində

2- Nitqin sadəliyində

3- Nitqin ifadəliliyində

4- Nitqin aydınlığında

5- Nitqin təmizliyində

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

26. “At naxırı” birləşməsində nitqin hansı tələbi pozulub?

1-Dəqiqlik

2- Aydınlıq

3- Orijinallıq

4- Sadəlik

5- Təmizlik

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

27. “Əli Sultanlının əsərləri 50-ci ildən bəri bir dəfə nəşr olunmasa da, indi tələbələrimiz ondan geniş istifadə edirlər ”. Bu cümlə haqqında nə deyə bilərsiniz ?

1- Düzgünlük və məntiqlik yoxdur.

2- Cümlədə aydınlıq pozulub.

3- Dəqiqlik pozulub.

4- Cümlədə ifadəlilik pozulub.

5- Cümlədə yığcamlıq pozulub.

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

28. Adları verilmiş əsərlərin nəşr olunma ardıcıllığını uyğun seçin.

1 - H.Əliyev dil haqqında və H.Əliyevin dili

2 - Orofqrafiya və orfoepiya lüğəti

3 - Nitq mədəniyyəti və natiqlik məharəti haqqında

4 - Vurğu lüğəti

5 - Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti

A) 3, 5, 4, 1, 2

B) 4, 2, 3, 5,1

C) 2, 5, 4, 3, 1

D) 1, 2, 3, 4, 5

E) 5, 4, 2, 3, 1



29. Vurğusu ilk, orta, son hecada olan sözləri ardıcıl düzün.

1-fonetika, morfologiya

2-opera, lirika

3-təhlil, vətən

A) 2, 1, 3

B) 2, 3,1

C) 1, 2,3

D) 2, 1, 2

E) 1, 3, 2

30.Heca, məntiqi və həyəcanlı vurğuya aid olanları ardıcıl düzün.

1- Axx! Nə gözəldir!

2-Azərbaycan, Bakı

3-Biz bu gün konfransda iştirak etdik.

A) 1, 2,3

B) 3, 2, 1

C) 2, 3,1

D) 2, 1, 3

E) 1, 3, 2

31. Vurğusu ilk, orta, son hecada olan sözləri ardıcıl düzün.

1-reduksiya, İngiltərə

2-ölkəmiz, Azərbaycan

3-kosmos, Afrika

A) 2, 3,1

B) 3, 1, 2

C) 1, 2,3

D) 2, 1, 3

E) 1, 3, 2

32. Uyğunluğu müəyyən edin.

I – adi nitq

II – yüksək mədəni nitq

1 - Bu nitqin leksikasında ümumişlək sözlər, frazeoloji ifadələr çox olur.

2 - Bu nitqdə cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

3 - Nitq mədəniyyətinin bu formasına sahib olan şəxs ictimai həyatın hər sahəsində fəal iştirak etməyə nail olur.

4 - Bu nitqdə cümlələr əsasən uzun və quruluşca mürəkkəb olur.

5 - Nitqin bu formasında yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir.

6 - Nitqin bu formasında söz sırası pozulmur, yəni cümlə üzvləri yerini dəyişmir.

A) I – 2, 3, 6; II – 1, 4, 5

B) I – 3, 4, 5; II – 1, 2, 6

C) I – 1, 2, 3; II – 4, 5, 6

D) I – 2, 5,6; II – 1, 3, 4

E) I – 1, 2, 5; II – 3, 4, 6



33. Uyğunluğu müəyyən edin.

I – Nədir dil ağızda ey, ağlı olan?

Hünər xəzinəsinə açardır, inan.

II – Turana qılıncdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

III – Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq ilə suvanmış divar surətinə bənzəyir.

IV - Dil nə qədər asan, sadə olsa bir o qədər gözəl, göyçək və məqbul olar

V – Hər bir gözəl insan öz dilinin altında gizlənmişdir

1 - Həzrəti Əli

2 - F.Köçərli

3 - S.Təbrizi

4 - H.Cavid

5 - S.Şirazi

A) I -5; II – 4; III – 3; IV – 2; V – 1

B) I – 3; II – 2; III – 4; IV – 1; V – 5

C) I – 2; II – 5; III – 1; IV – 4; V – 3

D) I – 1; II – 2; III – 3; IV – 4; V – 5

E) I – 4; II – 3; III – 5; IV – 1; V – 2



34. Uyğunluğu müəyyən edin:

I – Nitq mədəniyyəti

II - Üslubiyyat

1 – Tətbiqi dilçilik sahəsi olub hər hansı dilin normalarını müəyyənləşdirir.

2 – Cümlənin məqsəd və intonasiyaya görə növlərini öyrənir.

3 – Dil vahidlərindən istifadə üsüludur.

4 – Söz birləşmələrinin rolunu öyrənir.

A) I - 4, II - 3

B) I - 2, II - 1

C) I - 2, II - 4

D) I - 1, II - 3,

E) I - 2, II – 3

35. Uyğunluğu müəyyən edin:

I-Fiziki şəxslərə aid sənədlər

II-Mədəni nitqin başlıca cəhətləri

1- Fərman, nota, sərəncam

2-Düzgün nitq, kamil nitq

3-Nitqin rabitəliliyi, nitqin aydınlığı

4-Ərizə, tərcümeyi-hal

A) I - 4, II -3

B) I - 1, II – 3

C) I - 3, II – 2

D) I- 2, II- 1

E) I - 4, II – 2

36. Uyğunluğu müəyyən edin:

I- Nitq mədəniyyətinin əsasını təşkil edən komponentlər

II- Nitq mədəniyyətinin başlıca tələbləri

1- Zərurilik, təbiilik, işləklik

2- normativlik, kommunikativlik, etiklik

3- düzgünlük, aydınlıq, sadəlik

4- fonetik, leksik, orfoepik, orfoqrafik

A) I - 2, II -3

B) I - 3, II – 2

C) I - 4, II – 1

D) I- 1, II- 4

E) I - 3, II – 4
##num=5// level= 1// sumtest=79 // name= Nitq ünsiyyətinin formaları. Yazılı və şifahi nitq. Şifahi mədəni nitqin düzgünlüyü //

1. Verilən fikirlərdən biri yanlışdır.

A) Dil ümumi, nitq isə fərdidir.

B) Dil əsas, nitq isə ondan törəmədir.

C) Dil və nitq ünsiyyət vasitəsidir.

D) Nitq dəyişkəndir, dil isə az dəyişikliyə uğrayır.

E) Mədəni nitqin müxtəlif tələbləri vardır.



2. Nitq nədir?

A) Ünsiyyət vasitəsi

B) Ünsiyyət vahidi

C) Ünsiyyət prosesi

D) Ünsiyyət tələbi

E) Mücərrəd işarələr sistemi



3. Qeyd olunan fikirlərdən biri səhvdir.

A) Dil bilavasitə nitq ilə funksionallaşır.

B) Nitq dildən qidalanir, nitq dili canlandirir.

C) Dil ümumi, nitq isə fərdidir.

D) Dil və nitq ünsiyyət vasitələridir.

E) Dil öz əhatəsinə görə nitqdən genişdir.



4. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır.

A) törəmədir

B) ünsiyyət prosesidir

C) dil əsasında meydana çıxır

D) dəyişməzdir

E) nitq fəaliyyətinin məhsuludur.



5. Nitq haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq ictimai-tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək vasitəsi rolunu oynayır.

B) Nitq dilin təzahür formasıdır.

C) Nitq insan danışığının cəmidir.

D) Nitq ancaq ünsiyyət təşkilinin konkretləşdirilməsində özünü göstərir.

E) Nitq fərdi xarakter daşıyır.



6. Bu nitq xüsusi hazırlıq olmadan bədahətən söylənilmiş nitqdir.

A) dialoji

B) replika

C) spontan

D) məişət nitqi

E) məlumat



7. Spontan nitq nədir?

A) Bədahətən söylənilən nitq

B) Təşkil olunmuş nitq

C) Daxili nitq

D) Poliloji nitq

E) Planlaşdırılmış nitq



8. Verilmiş fikirlərdən biri yanlışdır.

A) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

B) Nitq fərdi-psixoloji hadisədir.

C) Dil nitq ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

E) Nitq fəaliyyətdə olan dildir.



9. Danışanın nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir.Başqasının nitqi aşağıdakı halda kəsilə bilər. Biri yanlışdır.

A) Nitqi tamamlayan ifadəli hərəkət etdikdə

B) Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda

C) Məlum olan əşya və hadisə haqqında danışdıqda

D) Bəhs olunan məsələ ilə bağlı səhvə və dolaşıqlığa yol verdikdə

E) Hər hansı bir məsələ haqqında uzun-uzadı danışdıqda



10. Bu nitq formasının ikinci adı spontan adlanır.

A) Söhbət

B) Xüsusi hazırlıq olmadan bədahətən söylənilən nitq

C) Dialoq

D) Hesabat nitqi

E) Məişət nitqi



11. Nitq nədən törəyir ?

A) fikirdən

B) xalqdan

C) işarələr sistemindən

D) dildən

E) məntiqi təfəkkürdən



12. Nitq haqqındakı mühakimələrdən yalnız biri düzgündür.

A) Nitqin mənbəyi dildir və o, ünsiyyət prosesidir.

B) Nitq tarixən çox az dəyişikliyə uğrayır.

C) Nitq fərdi xarakterə malik deyil.

D) Nitq dilin mənbəyidir.

E) Nitq ünsiyyət vasitəsidir.



13. Nitq haqqındakı fikirlərdən biri yanlışdır.

A) Nitqin mənbəyi dildir.

B) Nitq fərdi xarakterə malik deyil.

C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir.

E) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.



14. Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

D) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.



15. Nitq tənəffüsünün səciyyəvi xüsusiyyətlərindən biri yanlışdır.

A) Nəfəsalma nəfəsvermədən xeyli uzun çəkir.

B) Bu tənəffüs nitq prosesi ilə bağlıdır.

C) Bu tənəffüs danışanın məqsədindən aslıdır.

D) Nitq tənəffüsü nitqin məzmunundan asılıdır.

E) Nitqin məzmunundan asılı olaraq, nəfəsvermənin adi ritmi pozulur.



16. “Dil və nitq” problemi ilə dilçilik tarixində ilk dəfə kimlər maraqlanmışlar?

A) V.Ton.Humbolt

B) Stoiklər

C) F.De Sössür

D) A.Potebnya və B. De Kurtene

E) A.A. Reformatski



17. Dil mədəniyyəti prоblеmlərindən bəhs еdən dilçilik şöbəsi hаnsıdır?

A) оrfоqrаfiyа

B) оnоmаlоgiyа

C) оrtоlоgiyа

D) оrfоеpiyа

E) bеlə bir şöbə yохdur



18. Nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların bir-birini əvəz etməsi hadisəsi necə adlanır?

A) nitq taktı

B) nitq axını

C) nitq ritmi

D) nitq faktı

E) nitq tipi



19. Nitq prosesində baş verən xətti ardıcıllıq necə adlanır?

A) nitq fəaliyyəti

B) nitq ritmi

C) nitq faktı

D) nitq prosesi

E) nitq axını



20. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Hər ikisində həmsöhbətlə əks əlaqə olmur.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.



21. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.

A) Şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur.

B) Şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir.

C) Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur.

D) Şifahi nitqin tempi çox sürətli olur.

E) Şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir.



22. Şifahi nitqdə qeyri-nitq vasitələrindən- ekstralinqvistik vasitələrdən də istifadə edilir. Onlardan biri yanlış verilmişdir.

A) jest


B) intonasiya

C) üz hərəkətləri

D) baş hərəkətləri

E) bədən hərəkətləri



23. Bunlardan yalnız biri şifahi nitqin ekstralinqvistik vasitələrindəndir.

A) intonasiya

B) fasilə

C) mimika

D) saitlərin tələffüzü

E) qrammatik formaların tələffüzü



24. Bu ünsür nitqin ifadəliliyində ən mühüm amillərdəndir. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verir, danışanın nitq orqanlarının müəyyən sakitliyi yaranır. Bu ünsür nədir ?

A) Ton


B) Tələffüz

C) Vurğu


D) Fasilə

E) Tembr


25. Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

D) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.



26. Məntiqi fasilə ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Nitqi məntiqi məna daşıyan hissələrə bölür.

B) Bu fasilə yazıda, adətən, çox nöqtə ilə göstərilir.

C) Fasilənin köməkliyi ilə fikir dinləyicinin diqqətinə çatdırılır.

D) Bu əlaqəyə əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir.

E) Bu fasilə bəzən nitqdə yaranan dolaşıqlıqları aradan qaldırır.



27. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlış verilmişdir.

A) Şifahi nitqdə qrammatik konstruksiya mürəkkəb olur.

B) Ümumişlək sözlərə daha çox yer verilir.

C) Şifahi nitqin tempi çox sürətli olur.

D) Yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə olunur.

E) Daha tez unudulur



28. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil.

A) Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu var.

B) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir.

C) Jest və mimika yazılı nitqin təsirliliyini artırır, ona emosional çalar verir.

D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyət daşıyır.

E) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz.



29. Bu jestdə yumruq halında əlin baş barmağı yuxarı qaldırılır. İfadə edilən anlayışlardan biri düzgün deyil.

A) əladır

B) dəyərlidir

C) pisdir

D) keyfiyyətlidir

E) gözəldir



30. Gözlərin obyektə tuşlanması, baxışın gərginləşməsi kimi mimik hərəkət hansı anlayışı bildirir ?

A) icazə


B) xəlvəti işarə

C) həya


D) nifrət

E) yalvarış və sitayiş



31. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil.

A) Siyasi nitqdə jest və mimikadan istifadə etmək olmaz.

B) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir.

C) Mimika və jestlər həm təsdiq, həm də inkar ifadə edir.

D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyət daşıyır.

E) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz.



32. Nitqin yazılı formasında üslubla bağlı qüsurlar verilmişdir. Biri düzgündür.

A) Uzunçuluq

B) Qrammatik formaların yazıldığı kimi tələffüz edilməsi

C) Alınma sözlərin tələffüzü

D) Artıq, lüzumsuz söz və ifadələrdən istifadə

E) Sözlərin sətirdən-sətrə keçirilməsi



33. Nitqin yazılı formasında üslubla bağlı qüsurlar verilmişdir. Biri yanlışdır.

A) Fikir səhvi

B) Söz və ifadələrin yerində işlənməməsi

C) Lüzumsuz söz və ifadələrdən istifadə

D) Cümlədə və ya mətndə eyni söz və ifadənin yersiz olaraq təkrarlanması

E) Assimilyasiya hadisəsinin gözlənilməməsi



34. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Yazılı nitq tarixən daha qədimdir, şifahi nitq isə nisbətən sonrakı dövrlərə aiddir.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.



35. Ədəbi dilin yazılı formasına aid edilən cəhətlərdən biri yanlışdır.

A) Yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir

B) Yazılı dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.

C) Yazılı ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur

D) Yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən nəslə keçməsində əsas rol oynayır.

E) Yazılı ədəbi dilin tarixi şifahi dildən qədim deyil.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin